Icma.az
close
up
RU
Müasir çağırışlara cavab verən şagirdlər rus yox, Azərbaycan bölməsində yetişir Təhsil eksperti

Müasir çağırışlara cavab verən şagirdlər rus yox, Azərbaycan bölməsində yetişir Təhsil eksperti

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanda uzun illərdir formalaşmış, bəzən məqsədli şəkildə dəstəklənən bir yanlış ideologiya mövcuddur: guya rus bölməsində təhsil daha yüksək səviyyədədir və oradan çıxan şagirdlər daha savadlıdır. Lakin bu iddia nə rəsmi statistikaya, nə də obyektiv təhsil meyarlarına əsaslanır. Əksinə, son illərin qəbul imtahanlarının nəticələri sübut edir ki, bu fikrin ciddi bir elmi və praktiki əsası yoxdur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Azərbaycanda aktual olan "rus bölməsində təhsil daha yaxşı verilir və daha savadlı uşaqlar yetişdirilir" fikrinə münasibət bildirərkən dedi.

"Dövlət İmtahan Mərkəzinin statistikasına baxdıqda, yüksək bal toplayan abituriyentlərin – xüsusilə 650-700 arası bal yığanların – böyük əksəriyyətinin məhz Azərbaycan bölməsinin yetirmələri olduğunu görürük. 700 bal toplayanlar içində rus bölməsi praktiki olaraq təmsil olunmur. 600-dən yuxarı bal yığan rus bölməsi məzunlarının sayı isə çox azdır və ilbəil bu fərq daha da aydın görünür", - deyən ekspertin sözlərinə görə, bu vəziyyət bir neçə səbəblə bağlıdır:

"Birincisi, rus bölməsində kurikulum və tədris proqramları bəzən yenilənmiş milli proqramlardan geri qalır və şagirdlər əsasən DİM-in imtahan strukturlarına uyğunlaşdırılmış hazırlıqdan kənarda qalırlar. Bu da nəticələrə təsir göstərir.

İkincisi, tədris dili olaraq rus dili artıq nə strateji, nə də texnoloji baxımdan müasir dünyaya uyğundur. XXI əsrdə rəqabətçi olmaq üçün ingilis, Çin və digər texnoloji dilləri öyrənmək daha önəmlidir. Azərbaycanda rus dilinin prioritet statusu keçmiş sovet mirasının bir qalığı kimi qalıb və bu yanaşma müstəqil dövlətçilik anlayışına da uyğun gəlmir.

Üçüncüsü, rus bölməsində formalaşmış bəzi stereotiplər – məsələn, “orada müəllimlər daha savadlıdır” kimi fikirlər – sosial-mədəni təzyiqlərin və illərlə təbliğ olunmuş ideoloji mirasın məhsuludur. Halbuki bu gün həm Azərbaycan bölməsində təhsil alan, həm də müəllimlik edən kadrlar kifayət qədər savadlı, yenilikçi və müasir dövrün tələblərinə cavab verən şəxslərdir. Onlar öz milli kimliyinə və dilinə sahib çıxaraq uğur qazanırlar. Milli dövlətçilik baxımından bu məsələ daha da önəmlidir".

Ə.Həsənli qeyd etdi ki, Dövlət dili olan Azərbaycan dilində təhsil alan vətəndaşlar, həm öz milli kimliklərini qoruyur, həm də cəmiyyətlə və dövlət strukturları ilə daha sağlam inteqrasiya edirlər.

"Rus bölməsi isə bəzi hallarda bu inteqrasiyanı zəiflədir və milli təfəkkür baxımından müəyyən boşluqlar yaradır. Bu, təkcə təhsil göstəricisi deyil, həm də milli təhlükəsizlik və kimlik məsələsidir.

Nəticə olaraq demək olar ki, Azərbaycanda yüksək nəticə göstərən, özünü inkişaf etdirən və müasir çağırışlara cavab verən şagirdlər əsasən Azərbaycan bölməsində yetişir. Bu, sadəcə statistika deyil – həm də milli özünüdərk və gələcəyə sağlam baxışın təzahürüdür. Dövlət olaraq milli dili, milli təhsil modelini və milli kimliyi qorumaq bizim strateji borcumuzdur. Təhsildə də bu prinsip qətiyyən güzəştə gedilməməlidir", - deyə təhsil eksperti vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri