Icma.az
close
up
RU
Şahin İsmayılov: Azərbaycan elminin müasir çağırışlara cavab verən inkişafı dövlət siyasətinin prioritetidir

Şahin İsmayılov: Azərbaycan elminin müasir çağırışlara cavab verən inkişafı dövlət siyasətinin prioritetidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu MÜASİR müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə bütün istiqamətlərdə hərtərəfli, uzunmüddətli tərəqqisini davam etdirir. Ötən illər ərzində ictimai həyatın bütün sahələrində olduğu kimi, elm və təhsilin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, tədqiqat və tədrisin məzmunca yenilənməsi istiqamətlərində də əsaslı addımlar atılıb. Bu gün Azərbaycan elmi ölkəmizdə gedən dayanıqlı inkişaf proseslərinin mühüm tərkib hissəsini təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına uyğun olaraq, ölkəmizdə elmin inkişafına xüsusi diqqət ayrıldığını söyləyən Şahin İsmayılov deyib ki, dövlətimizin başçısı bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də Ümummilli Liderin siyasətini uğurla davam etdirib. Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında qeyd etdiyi kimi, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artırılıb, Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, şəhərciyində yerləşən binaların təmiri aparılıb və bir sıra digər addımlar atılıb. Bu xüsusda, 2009-cu ildə yaradılan Elm Fondunun təsis olunmasının önəmini qeyd etmək istərdim. Bu qərar ölkənin elmi potensialının gücləndirilməsi, elmi fəaliyyətin stimullaşdırılması və innovasiyalı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.

“Azərbaycan Prezidentinin ölkəmizin milli maraqlarına əsaslanan məqsədyönlü, nəticəyə hesablanmış siyasəti ölkəmizin dayanıqlı inkişafını təmin edərək, şanlı zəfərlərin qazanılmasına əsaslı zəmin yaratdı. Son on il ərzində Azərbaycan tarixi qələbələr qazanaraq, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi, iqtisadi dayaqlarını daha da gücləndirdi, beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Bu gün isə qlobal müstəvidə baş verən proseslərə uyğun olaraq, inkişafının yeni mərhələsində inamla addımlayır. Bu xüsusda, Azərbaycanda süni intellektin inkişafı və tətbiqi, rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, rəqəmsallaşma ölkəmizdə geniş miqyasda tətbiq edilir və fayda verir”, - deyə komitə sədri vurğulayıb.

Elmi araşdırmaların innovativ texnologiyaların formalaşmasına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə və müdafiə sənayesində müasir həllərin tətbiqinə şərait yaratdığını deyən Şahin İsmayılov qeyd edib ki, alimlərimizin bilik və təcrübəsi rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellekt əsaslı idarəetmə modellərinin yaradılması, kibermühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətlərdə elmi-tədqiqat fəaliyyətləri Azərbaycanın elmi və texnoloji inkişafının təmin olunmasına mühüm töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri