Icma.az
close
up
RU
“Müasir dünya anlamalıdır ki, Putinin qarşısından geri çəkilməklə onu dayandırmaq mümkün olmayacaq”

“Müasir dünya anlamalıdır ki, Putinin qarşısından geri çəkilməklə onu dayandırmaq mümkün olmayacaq”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiyanın Ukraynaya avqustun 28-də gecə saatlarında hücum dalğasından növbəti dəfə Azərbaycan ziyan çəkib. Kiyevə raket və dron hücumları zamanı raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Bizimyol.info xəbər verir ki, güclü partlayış və yanğın nəticəsində səfirliyin binasına ciddi ziyan dəyib. Binanın pəncərələri sınıb, tavan hissəsi zədələnib.

Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, təxminən ay yarım əvvəl də Rusiyanın Kiyevə hücumu zamanı dronlardan biri Azərbaycan səfirliyinin yaxınlığına düşmüşdü.

Bundan başqa, Rusiya son vaxtlar Ukrayna ərazisində SOCAR-a aid bir neçə obyektə də hücum edib.

Avqustun 28-nə keçən gecə Rusiyanın hücumu nəticəsində Kiyev ətrafında “Bayraktar” PUA zavodu da iki raketlə vurulub.

Qeyd edək ki, bu, Rusiyanın son yarım il ərzində “Bayraktar” zavoduna ikinci hücumudur.

Həmçinin Britaniya Şurasının binasına zərər dəyib, Avropa Birliyi nümayəndəliyinin ofisinə zərər dəyib.

Bütün bu hücumlar nəticəsində Kiyevdə 4-ü uşaq olmaqla, 21 nəfər dinc sakin həlak olub. Xarkovda ölənlər arasında bir azərbaycanlı da var.

Politoloq Şahin Cəfərli baş verənləri Bizimyol.info xəbər portalına şərh edərkən bir həftə əvvəl Rusiyanın Ukraynanın Mukaçovo şəhərində yerləşən ABŞ şirkətinə məxsus müəssisəyə raket zərbəsi endirməsini xatırladır. Onun sözlərinə görə, Putinin bütün bu davranışları ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünə açıq-aşkar saymazlıq nümayiş etdirməkdir.

“ABŞ başda olmaqla, müasir dünya nəhayət anlamalıdır ki, Rusiyanın başındakı obsessiv sindroma düçar olmuş psixopatı dialoq yoluyla, qabağından geri çəkilməklə dayandırmaq mümkün deyil”, - Şahin Cəfərli bildirib.

Şahin Cəfərlinin fikrincə, Putinin qarşısında zəiflik nümayişi onun aqressiv instinktlərini daha da tətikləyir.

Politoloq hesab edir ki, hətta Ukrayna ilə bağlı bütün tələbləri yerinə yetirlisə belə, rus imperializmi dayanmayacaq: “Sadəcə, öz itkilərini, çatışmazlıqlarını kompensasiya edərək, növbəti ekspansiyalar üçün ciddi hazırlığa başlayacaq”.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri