Icma.az
close
up
RU
İran İslam Respublikası Suriya məsələsində geri çəkilməklə mövcudluğunu qorumağa çalışdı

İran İslam Respublikası Suriya məsələsində geri çəkilməklə mövcudluğunu qorumağa çalışdı

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Son illərdə baş verən dəyişiklik şübhəsiz, global və lokal aktorların geniş anlaşması çərçivəsində baş vermişdir. Buradakı əsas hədəf, Bəşər Əsəd rejimini devirməkdən daha çox bölgədəki terroru bitirmək və terrorizmin qaynaqlarını qurutmaqdan ibarət idi.

"Bəşər Əsəd Suriyası" lokal terrorun ən önəmli mərkəzlərindən biri olsa da, bu sistemin tamamı olmadığını və "ilanın başı"nın İran İslam Respublikası rejimi olduğunu hər kəs bilir. Bu baxımdan bölgədə HƏMAS və Hizbullaha endirilən ölümcül zərbələrlə birlikdə Suriyada baş verən dəyişiklik, bölgəni terrordan təmizləmək prosesinin ayrı-ayrı parçalarıdır, ancaq tamamı deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Çingiz Göytürk danışıb.

Çingiz Göytürk

"Bunu bilə-bilə İran niyə Suriyadakı prosesləri sadəcə uzaqdan seyr etdi və müdaxilə etmədi?" sualına gəldikdə, şərhçi qeyd eidb ki, bunun iki səbəbi ola bilər: “Birincisi, İran İslam Respublikası rejimi başa düşmüşdür ki, vəziyyət 2011-ci ildən tamamilə fərqlidir. Çox ciddi siyasi, ictimai və iqtisadi problemlərin pəncəsində can çəkişən İran, beynəlxalq və lokal güclərin dəstəyini arxasına alan Suriya müqavimətinə qarşı hərhansı savaşa daxil olarsa, bu savaşdan sağlam çıxması mümkün deyildi. İkincisi, bölgədə "qol-qanadı qırılan" İran dünya ictimaiyyətini inandırmağa çalışa bilər ki, artıq İran dəyişir və terrordan təmizlənməyə çalışır. Bununla da rejimin ömrünü uzatmağa çalışa bilər. Əlbəttə, burada üçüncü bir ehtimaldan da söhbət gedə bilər. Bu da ondan ibarətdir ki, İran arxa planda Suriya müqavimətini dəstəkləməklə öz varlığının davam etdirilməsi qarşılığında anlaşmışdır. Əlbəttə, bu da sadəcə bir ehtimaldır. Doğru olsa belə, İran İslam Respublikası rejiminə sadəcə məhdud bir zaman qazandıra bilər və onu sona qədər qoruya bilməz”.

“Bunu artıq əminliklə demək mümkündür ki, bu bölgədə terror və terrorizmə qarşı mübarizədə öncəlikli hədəf İraq və Yəməndəki qruplaşmalarla yanaşı birbaşa İran İslam Respublikası rejiminin özü olacaq”-deyə Çingiz Göytürk qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri