Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Müasir dünyada milli kimlik problemi: Gəncləri yad təsirdən necə qorumaq olar?

Müasir dünyada milli kimlik problemi: Gəncləri yad təsirdən necə qorumaq olar?

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Rəqəmsal texnologiyalar və sosial şəbəkələrin “qlobal nəsil” formalaşdırdığı qloballaşma dövründə gənclər öz milli kimliklərini qoruyub saxlamaqda ciddi problemlərlə üzləşirlər.  Müasir kommunikasiya vasitələri, sosial şəbəkələr, ünsiyyət və əyləncə platformaları, rəqəmsal qlobal şəbəkələr ənənəvi dəyərləri daha çox aparıcı Qərb ölkələrinin davranış normaları, tərzi, milli mənəvi-əxlaqi   dəyərləri ilə əvəz edərək mədəni assimilyasiya proseslərini intensivləşdirir. Gənclərin öz kökləri ilə bağlılığını qoruyub saxlamaqla onları yad təsirlərdən necə qoruya bilərik? - Bu suallara əvvəllər daha çox Qərb dünyasından kənarda cavab axtarırdılarsa, hazırda ABŞ, Avropa dövlətlərində belə bu məsələ ciddi problem kimi qəbul edilir.


Kosmopolitizm, LGBT+, feminist ideyaları ilə fəal mübarizə dövrü başlayıb

Kosmopolitizm, LGBT+, feminist ideyaları artıq Qərb  cəmiyyətlərində belə milli kimliyə təhdid yaradacaq qədər güclənib. Həmçinin,  ABŞ, Avropa dövlətlərində belə uzun illər bu ideyaların və bundan qaynaqlanan dünyagörüşün təbliği, himayə edilməsi cəmiyyətlərdə qütbləşmə yaradıb və milli hədəflər uğurunda belə həmrəylik əldə etmək mümkün olmur. Əksinə, bu cür qruplar xarici ölkələr tərəfindən daxili siyasi mühitdə təzyiq aləti kimi istifadə edilir. Bəzən bu təzyiq dövlət suverenliyinin pozulmasına qədər güclənir. Bu il Macarıstan hökuməti ilk dəfə olaraq LGBT icmasının Budapeştdə iyunun 1-nə planlaşdırdığı paradı – homofobiya və transfobiyaya qarşı yürüşü qadağan etdi. Paytaxt  Budapeşt polisi qərarını bu ilin aprelində qəbul olunmuş yeni konstitusiya düzəlişi ilə əsaslandırdı. Həmin düzəlişə görə, uşaqların hüquqlarının müdafiəsi ilə ziddiyyət təşkil edən fəaliyyətlər, o cümlədən LGBT tədbirləri məhdudlaşdırıla bilər. Bu qərar Avropa İttifaqında ciddi narazılıq doğurub. Aİ-nin 14 üzv dövləti Macarıstanın bu addımını pislədi və Avropa Komissiyasını dərhal hərəkətə keçməyə çağırdı. Hökumətin qanuni qadağasında baxmayaraq cinsi azlıqlar Budapeştdə illik paradlarını hökumətin və Budapeşt Baş Polis İdarəsinin rəsmi qadağasına baxmayaraq keçirdilər. Təxminən 70 Avropa Parlamenti deputatının da qatıldığı, yürüşə polis müdaxilə etmədi. Müxalifətin dəstəyi ilə seçilmiş mer bəyan edib ki, bu yürüş "bələdiyyə tədbiri" kimi keçirilir və əlavə icazə tələb etmir.

Gürcüstanda isə ötən il parlament LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun qəbul etdi. “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini Gürcüstan parlamentinin 84 deputatı dəstəklədi. 2024 -cü ilin dekabrın 1-də Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun qüvvəyə mindi. Avropa İttifaqı bu qanunu tənqid edərək, onun Avropa dəyərlərinə uyğun olmadığını bəyan edib və Gürcüstanın Avropa inteqrasiyasına mümkün qayıdışı üçün onun ləğvini tələb edib. Lakin Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, LGBT təbliğatına əsaslanan Avropa Birliyinə üzv olmaq istəmədikləri üçün qanunu ləğv etməyəcəklər.

ABŞ-da Prezident Tramp administrasiyası ənənəvi dəyərlərin, əxlaq normalarının və dünyagörüşünün qorunması istiqamətində ardıcıl addımlar atır.  Prezident Tramp 22 yanvar 2025-ci il tarixdə ABŞ ordusunda xidmət edən cinsi azlıqların ordudan kənarlaşdırılması barədə sərəncam verib. Bundan sonra məlum olub ki, ABŞ-nin hərbi sferasında 16 minə yaxın cinsi orientasiyası ənənəvi olmayan hərbi qulluqçu xidmət edir. Prezident Tramp uşaqların və yeniyetmələrin cinsini dəyişdirmələri üzrə aparılan tibbi əməliyyatların ABŞ dövləti tərəfindən maliyyələşdirilməsini  yasaqlayıb.  Eyni zamanda  cinsini dəyişdirmiş kişilərin qadınların idman yarışlarında iştirakını qadağan edib. Eyni zamanda ölkə daxilində və xaricdə yalnız ABŞ bayrağının dalğalanmasına icazə verən sərəncam verilib. Tramp administrasiyasının bu yeni qaydası, digər bayraqların - məsələn, LGBT (cinsi azlıqlar) bayraqlarının istifadə edilməsinə qarşıdır. Ağ Evin dövlət mülkiyyətində və diplomatik məkanlarında yalnız ABŞ bayrağının nümayiş etdirilməsi birliyi, suverenliyi təmsil edir.


Avropada milli kimlik necə qorunur?

Rəqəmsal mühitdə kənar təsirləri azaltmaq və bununla əlaqədar problemləri həll etmək üçün Avropa İttifaqı ardıcıl qanunvericilik və institusional tədbirlər görür.

Ümumi Məlumatların Qorunması Qaydası(GDPR. 2018) və Rəqəmsal Xidmətlər Aktı (DSA, 2022) ABŞ platformalarının (Google, Meta) Avropa auditoriyalarına təsirini məhdudlaşdırır. Bu normativ aktlar nəzərdə tutur ki,  Avropa istifadəçi məlumatları Aİ daxilində saxlanmalıdır.  Avropa Rəqəmsal Kimlik kimi layihələri dəstəklənməlidir, Avropa alternativləri təşviq edilməlidir. Mədəni müxtəlifliyin qorunmasına hörmət edilməlidir. Netflix, Amazon Prime kimi film və seriallar təqdim edən platformalar məzmunun 30 %-nin Avropa mənşəli olması tələbinə riayət etməlidir. "Creative Europe" proqramı vasitəsilə Avropa kinosuna dəstək verilməlidir. 

Ayrı-ayrı Avropa ölkələri də bu cür addımlar atır. Fransa Rəqəmsal Respublika Aktı (2021) YouTube-dən fransız məzmununu təbliğ etməyi tələb edir. 2022-ci ildə Almaniyada Telegram kanallarının ekstremizmə görə bloklanması ilə əlaqədar normative-aktlar qəbul edilib. Həmçinin, Avropada son illər milli kimliyin aşınmasına təsir edən amillərin müəyyən edilməsi ilə əlaqədar çox ciddi araşdırmalar həyata keçirilir. 2021-ci ildə “Platformalarəsrində milli kimlik» National Identity in the Age of Platforms» (Van Dijck et al., 2021) tədqiqatında TikTok və Instagram-ın Aİ-də gənclərin mədəni seçimlərini necə dəyişdirdiyini araşdırır. Bu tədqiqata görə, Hollandiyada yeniyetmələrin 60%-i sosial medianın onları “daha az Hollandiya, daha çox qlobal vətəndaş” etdiyinə inandığını deyib. 


Azərbaycanda hansı addımla atıla bilər?

Milli kimliyə aşınmasına zəmin yaradan təsirlərin məhdudlaşdırılması üçün davamlı, sistemli, kompleks tədbirlər həyata keçirilməlidir. İlk növbədə qabaqcıl beynəlxalq təcrübə əsasında, söz və mətbuat azadlığına, informasiya azadlığı prinsiplərinə ciddi riayət etməklə sosial şəbəkələrdə, mediada, digər əyləncə və ünsiyyət platformalarında milli-mənəvi, əxlaqi dəyərlərin gözdən salınmasına qarşı addımlar atılmalıdır. Bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilməli və nəzarət mexanizmləri gücləndirilməlidir. Bununla yanaşı, milli-mənəvi, əxlaqi dəyərləri, mədəni irsi, tarixi mirası müasir üsullarla təbliğ edən kontent yaradılması əsas vəzifə olmalıdır. Polşada belə bir təcrübə var: 2022-ci ildən başlayaraq “Historia Polski 2.0” layihəsi çərçivəsində TikTok və oyunlar vasitəsilə milli tarixi təbliğ edir. Hindistanda “Digital India” proqramı rəqəmsal mühitdə milli-mədəni irsi, tarixi kreativ təbliğ və təşviq edir. Təhsil sistemində bu istiqamətdə miqyaslı işlər həyata keçirilməlidir. Milli-mənəvi, əxlaqi dəyərlər, tarixi yaddaşla əlaqədar məşğələlər tədris proqramında xüsusi yer tutmalıdır. Nümunə kimi Yaponiyadan öyrənmək olar. Yaponiyada kalliqrafiya dərsləri tarixlə bağlılığı gücləndirir.


Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə "Baki Politoloqlar Klubu" İctimai Birliyi  tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri