Icma.az
close
up
RU
Müasir incəsənətin təbliğatçılığı Rəvan Cavid yazır

Müasir incəsənətin təbliğatçılığı Rəvan Cavid yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəvan CAVİD

İncəsənət tarixən təkcə estetik ifadə vasitəsi deyil, həm də ideoloji, sosial və siyasi anlamların daşıyıcısı kimi çıxış edib. Xüsusilə 20-ci əsrin sonlarından etibarən formalaşmağa başlayan müasir incəsənət formaları - küçə sənəti, rəqəmsal media, performans sənəti və instalyasiya - dövrümüzdə siyasi təbliğatın ən təsirli vasitələrindən birinə çevrilib. Bu dəfə incəsənətə fərqli bir rakursdan - müasir incəsənətin siyasi təbliğata necə xidmət etdiyi, onun ideoloji yükünü və müxtəlif regionlardan real nümunələrlə bu təsirin təzahür formaları müstəvisindən baxaq.

Təbliğat məqsədyönlü informasiya və ideyaların ictimai rəyə təsir göstərmək üçün yayılması prosesidir və tarix boyu müxtəlif vasitələrlə həyata keçirilib. İncəsənət isə bu ideoloji yayımın vizual və emosional təzahür forması kimi çıxış edir. Antonio Gramşinin “mədəni hegemoniya” konsepsiyasına görə, hakim ideologiyalar yalnız zor gücü ilə deyil, həm də mədəniyyət vasitəsilə cəmiyyətə yeridilir. Müasir incəsənət bu hegemoniyanın həm daşıyıcısı, həm də ona qarşı duruş sərgiləyən bir güzgü ola bilər. Sənət özlüyündə həm bir vasitə, həm də bir meydan rolunu oynayır - burada həm güc nümayiş olunur, həm də etiraz səslənir.

Müasir incəsənətin fərqli sahələrindən fərqli nümunələrlə boz təbliğatın sənətsevərlər arasında necə yayıldığına nəzər yetirək.

Poster və qrafika

Barak Obamanın seçki kampaniyası zamanı Şephard Ferey tərəfindən yaradılmış məşhur “HOPE” posteri, sadə vizual dillə kompleks siyasi mesaj çatdırmağın bariz nümunəsidir. Bu poster emosional rezonans doğurmaqla yanaşı, ümid ideyasını kollektiv şüura yeritməyə çalışırdı. Digər tərəfdən, Sovet İttifaqı və nasist Almaniyasında istifadə olunan şüarlar, afişalar və plakatlar da incəsənətin dövlət ideologiyasının yayılmasında necə mühüm rol oynadığını göstərir, milli birliyi, güc və lider kultunu təbliğ edirdi.

Küçə sənəti və divar rəsmləri

Banksi kimi sənətkarların küçə sənətində yaratdığı əsərlər - “Girl with Balloon”, “Napalm” və “There Is Always Hope” - kapitalist cəmiyyətə, hərbi-sənaye kompleksinə və sosial ədalətsizliyə qarşı vizual etirazdır. Bu əsərlər anonim şəkildə ictimai məkanlara yerləşdirilsə də, onların gücü sosial mediada paylaşılması ilə daha geniş kütləyə çatır.

İranda Məhsa Əmini hadisəsindən sonra qadın azadlığını simvolizə edən qrafiti və divar yazıları, senzura səbəbilə tez silinsə də, rəqəmsal məkanda “yaşamağa” davam etdi və qlobal həmrəylik yaratdı.

Performans sənəti

Performans sənəti siyasi mesajların bədən dili ilə çatdırıldığı, çox vaxt sərhəd tanımayan ifadə formasıdır. Marina Abramoviçin “Rhythm 0” performansı tamaşaçılara onun bədəni üzərində istədiklərini etməyə icazə verərək, güc və nəzarətin təhlükəli hədlərini göstərdi. Pussi Riotun Moskvanın Ortodoks kilsəsində həyata keçirdiyi siyasi performans isə Rusiyada söz azadlığının boğulmasına qarşı açıq etiraz idi və onların həbs olunması beynəlxalq diqqətə səbəb oldu.

Rəqəmsal incəsənət və yeni texnologiyalar

Müharibə zamanı Ukrayna hökumətinin NFT-lər vasitəsilə həm maliyyə vəsaiti toplaması, həm də dünyaya informasiya yayması rəqəmsal incəsənətin təbliğati gücünün yeni bir formasıdır. Burada sənət həm iqtisadi alət, həm də siyasi silah funksiyasını daşıyır. Sosial media platformaları bu cür rəqəmsal işləri qlobal səviyyədə görünən və təsirli edir.

İdeoloji mövqelərin sənətdə təzahürünü təxminən bu cür qruplaşdıra bilərik:

Milliyətçilik - Bayraq simvolları, qəhrəmanlıq motivləri, tarixə istinad;

Liberalizm - İnsan hüquqları, fərdi azadlıq, seçki motivləri;

Avtoritarizm - Lider kultu, təhrif olunmuş simvollar, senzura;

Sol ideologiya - Əmək motivləri, kollektivlik, təbiət və bərabərlik.

Məsələn, Çində dövlətin dəstəklədiyi “harmoniya” konsepsiyası sənət vasitəsilə vizual harmoniya və tabeçilik mesajı verir. Eyni zamanda, alternativ sənətkarlar gizli yolla senzura və qeyri-bərabərliyə qarşı çıxırlar.

Təbliğat ilə müqavimət arasındakı toqquşma

Siyasi incəsənət bəzən güc strukturlarının sərt reaksiyası ilə qarşılaşır. Rusiyada, Çində və İranda rejimə qarşı mesaj daşıyan əsərlər cinayət kimi qəbul olunur. Lakin bu senzura, əksər hallarda əks effekt yaradır. Məsələn, Mahsa Aminiyə ithaf edilən qadın portretləri beynəlxalq müstəvidə həmrəylik simvoluna çevrildi.

ABŞ-da Corc Floydun ölümündən sonra yaranan mural və heykəllər şəhər məkanlarını “ictimai xatirə yerləri”nə çevirərək, incəsənətin kollektiv yaddaş yaratmaq gücünü ortaya qoydu.

Azərbaycanda müasir incəsənət və siyasət

Azərbaycanda müasir incəsənətin təmsilçilərindən olan Aida Mahmudova kimi rəssamlar urbanizasiya, milli identiklik və yaddaş kimi mövzuları diqqət mərkəzinə çıxarırlar. Qarabağ müharibəsindən sonra yaranmış rəqəmsal incəsənət nümunələri isə əsasən milli həmrəylik və qələbə ideyasını gücləndirmək məqsədi daşıyırdı. Bir sıra gənc rəssamlar bu sahədə yeni vizual dil formalaşdırmağa başlayıblar.

Bir neçə teatr və musiqi qrupları da hazırda vizual incəsənətin “Küləklər şəhəri”ndəki simalarıdır.

Müasir incəsənət, siyasi təbliğatda həm onun bir vasitəsi, aləti, həm də ona qarşı çıxan bir platforma kimi çıxış edir. Sənətkarlar bəzən ideologiyanın daşıyıcısına çevrilir, bəzən isə ona qarşı duruş nümayiş etdirən dissident kimi çıxış edirlər. Texnologiyanın, sosial medianın və qloballaşmanın təsiri ilə bu mübarizə artıq lokal yox, qlobal xarakter daşıyır. Beləliklə, aydın olur ki, incəsənət təkcə gözəllik deyil, həm də güc, fikir və dəyişiklik vasitəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri