Icma.az
close
up
RU
Müasir mərhələ və gələcək perspektivlər

Müasir mərhələ və gələcək perspektivlər

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə, iki ölkə arasında mövcud olan çoxşaxəli strateji əməkdaşlığın hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatəli şəkildə ortaya qoyur. Bu müsahibə, Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün əsas sahələr üzrə dərin inteqrasiyasını, yüksək səviyyəli siyasi dialoqu, iqtisadi tərəfdaşlığı, mədəni-humanitar əlaqələri və ortaq türk kimliyi əsasında formalaşan qardaşlıq münasibətlərini bir daha təsdiqləyir.

Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr yüksək səviyyəli etimad, tarixi qardaşlıq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır. İki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlərlə dərinləşməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlətlərarası münasibətlərin bütün səviyyələrdə inkişafını təmin edən fəal və konstruktiv dialoq bu əməkdaşlığın mühüm dayağını təşkil edir.

Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da intensivləşdiyini göstərir. Prezident Əliyevin bildirdiyinə görə, son üç ildə onun Qazaxıstana bu, yeddinci səfəridir və bu müddət ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycana altı dəfə səfər edib. Bu, siyasi liderlər arasında yüksək səviyyəli təmasların intensivliyini və qarşılıqlı strateji fəaliyyətin praktiki nəticələrə yönəldiyini göstərir. Xüsusilə, Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin Qazaxıstan tərəfindən inşa edilməsi, iki ölkə arasında humanitar əməkdaşlığın konkret nümunəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan ilə Qazaxıstan arasında 2005-ci ildə imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi qeyd edilir. Bu müddət ərzində 170-ə yaxın sənədin imzalanması və bütün əsas sahələri əhatə edən əməkdaşlıq mexanizmlərinin yaradılması hüquqi-institusional bazanın möhkəmliyini göstərir. Ali Dövlətlərarası Şura formatı isə bu münasibətlərin daha yüksək mərhələyə çatdırılması baxımından mühüm platforma kimi çıxış edir.

İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Qazaxıstan münasibətlərinin əsas sütunlarından biridir. Prezident Əliyevin verdiyi məlumata görə, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon ABŞ dolları təşkil etmiş, 2025-ci ilin ilk səkkiz ayında bu göstərici üç dəfə artaraq 547 milyon dollara çatmışdır. Bu dinamika Orta Dəhliz üzrə nəqliyyat və logistika imkanlarının modernləşdirilməsi, tariflərin optimallaşdırılması və infrastrukturun inkişafı ilə əlaqələndirilir.

Hazırda Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində strateji əməkdaşlıq davam edir. Tranzit daşımalarının 2024-cü ildə 3,5 milyon tondan çox olması bu istiqamətdə əldə olunan irəliləyişi təsdiq edir. 2022-ci ildə imzalanmış Orta Dəhliz üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” üç ölkə – Azərbaycan, Qazaxıstan və Türkiyə arasında nəqliyyat-logistika sahəsində sinxron inkişafı və əməkdaşlığın effektiv koordinasiyasını nəzərdə tutur. Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı fiber-optik kabel layihəsi də rəqəmsal inteqrasiyanı sürətləndirməyə xidmət edəcək və 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Enerji əməkdaşlığı kontekstində SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tranzitinə dair sazişlərin imzalanması, nəqliyyat və enerji sektorlarında strateji sinerjini gücləndirir. Gəmiqayırma və liman infrastrukturunun yenilənməsi isə Orta Dəhlizin Avropa-Asiya tranzit xətti kimi strateji əhəmiyyətini artırmaqdadır.

Bərpaolunan enerji sahəsində də mühüm əməkdaşlıq təşəbbüsləri həyata keçirilir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış strateji sənədlər enerji sistemlərinin birləşdirilməsi və yaşıl energetika sahəsində regional inteqrasiyanın dərinləşdirilməsinə xidmət edir.

Humanitar sahədə əməkdaşlıq, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha da genişlənir. TDT-nin Azərbaycan-Qazaxıstan münasibətlərində oynadığı aparıcı rol, siyasi, iqtisadi və mədəni inteqrasiyanın əsas platforması kimi qəbul edilir. Qəbələdə keçirilmiş TDT-nin 12-ci Zirvə Görüşü və 2023-cü ildə Şuşada təşkil edilmiş qeyri-rəsmi Zirvə, təşkilat çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etmişdir. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA kimi strukturlar vasitəsilə həyata keçirilən mədəni və elmi əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı və ortaq dəyərlərin qorunmasını gücləndirir.

Tarixi və mədəni əməkdaşlıq çərçivəsində keçirilmiş Mədəniyyət Günləri, ədəbiyyat nümunələrinin qarşılıqlı tərcüməsi, o cümlədən Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, iki xalq arasında mənəvi yaxınlığı daha da artırır. 2026-cı ildə qeyd ediləcək Birinci Türkoloji Qurultayın 100 illik yubileyi isə ümumtürk elmi və mədəni birliyinin simvolik hadisələrindən biri olacaqdır.

Ekoloji sahədə Prezident İlham Əliyev Xəzər dənizində su səviyyəsinin azalması problemini xüsusi qeyd etmiş və bu istiqamətdə Xəzəryanı ölkələr arasında sıx əməkdaşlığın, elmi araşdırmaların və koordinasiya olunmuş tədbirlərin vacibliyini vurğulamışdır. Bu çağırış, regionun ekoloji təhlükəsizlik gündəliyində prioritet mövzu kimi önə çıxır.

Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq, tarixi və mədəni bağlarla bərabər, qarşılıqlı maraqlar əsasında qurulan, davamlı inkişaf perspektivinə malik çoxşaxəli əməkdaşlıq modelidir. Bu münasibətlər yalnız iki ölkənin milli maraqlarına deyil, həm də bütövlükdə Türk dünyasının birliyinə və regional sabitliyə mühüm töhfə verir.
 

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri