“Müasir texnologiyada molibden xalkogenidləri” monoqrafiya AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 noyabr, AZƏRTAC
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Samirə Cəfərovanın “Müasir texnologiyada molibden xalkogenidləri” adlı monoqrafiyası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müxtəlif üsullarla alınmış molibden xalkogenidlərinin nazik təbəqələrinin fiziki-kimyəvi, fotoelektrokimyəvi və yarımkeçirici xüsusiyyətlərinin tədqiqi, onlar əsasında heterostrukturların yaradılması və günəş elementləri və ya hidrogenin ayrılma reaksiyalarında elektrokatalizator kimi işləməsinin səmərəliliyi sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlər öz əksini tapıb. Bu xalkogenidlərin optik və elektrik xassələrinin tədqiqi onların müxtəlif optoelektronik cihazlarda və günəş elementlərində tətbiqini müəyyən edib.
Monoqrafiya bu sahədə çalışan alim, mühəndis və texnoloqlar üçün nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















