Icma.az
close
up
RU
MÜAVİNƏTSİZ İŞSİZLƏR VƏ YA FONDDA QALAN HAQQIMIZ... Niyə işsizlərin cəmi 1,8% i sığorta haqqı ala bilir?

MÜAVİNƏTSİZ İŞSİZLƏR VƏ YA FONDDA QALAN HAQQIMIZ... Niyə işsizlərin cəmi 1,8% i sığorta haqqı ala bilir?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"İşiz kimi qeydiyyata düşmək özü sanki əlavə bir iş tələb edir. Çoxlu sayda sənəd və maneələr var"

"Əlçatanlığın artırılması üçün müəyyən addımlar atılıb, amma müavinətin verilmə şərtləri hələ də sərtdir”

2018-ci ilə qədər Azərbaycanda əmək müqaviləsinə xitam verilmiş şəxslərə “işsizlik müavinəti” adı altında ödənişlər verilirdi. Lakin 2018-ci ildən bu sistem dəyişdirilərək ödənişin adı “işsizlikdən sığorta ödənişi” adlandırılıb və təyinat qaydaları da yenilənib. Belə ki, əgər şəxsin əmək müqaviləsinə onun özündən asılı olmayan səbəblərdən xitam verilirsə, yəni şəxs işdən azad olunursa, ona işsizlikdən sığorta ödənişi təyin olunur və həmin şəxs müəyyən müddət ərzində çalışmadığı üçün müavinət alır.

Amma Azərbaycan reallığında, digər sosial müavinətlərdə olduğu kimi, bu məsələdə də vəziyyət qeyd edildiyi qədər sadə deyil. Çünki şəxsin işsiz olduğu dövrdə müavinət ala bilməsi üçün bütün tələb olunan kriteriyalara cavab verməsi mütləqdir.

Bəs nədir bu kriteriyalar?

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək münasibətlərinə aşağıdakı hallarda xitam verilən şəxslər bu ödənişi almaq hüququna malikdir:

-Dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi,

- İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi,

- Əmək müqaviləsinin müddətinin bitməsi,

- Müəssisənin mülkiyyətçisinin dəyişməsi,

- Əvvəllər müvafiq işdə çalışan şəxsin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı,

- Müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi.


Yəni, əgər bir şəxsin əmək müqaviləsinə yuxarıda göstərilən hallardan biri ilə xitam verilməyibsə, yəni işdən çıxma səbəbi qanunla nəzərdə tutulmuş hallardan deyilsə, ona işsizlikdən sığorta ödənişi verilmir.

Həmçinin, əgər həmin şəxsin qanunla tələb olunan sığorta stajı yoxdursa (yəni son iş yerində rəsmi işləməyib və sığorta haqqı ödənilməyibsə), o da ödəniş ala bilmir. Sığorta ödənişi bir sıra hallarda dayandırıla bilər. Belə ki, bu ödəniş işə düzəlmiş və ya məşğulluq statusu dəyişmiş şəxslərə verilmir.

Eyni zamanda, fərdi məşğulluq proqramını üzrlü səbəbsiz icra etməyən və ya hesabat təqdim etməyən şəxslərin ödənişi dayandırılır. Müavinət, ona təklif olunan münasib işlərdən imtina edənlərə, ödənişi aldığı dövrdə müvafiq orqana məlumat vermədən işə düzələnlərə və işsiz kimi qeydiyyat şərtlərini pozanlara da ödənilmir.

Ödəniş aşağıdakı hallarda da dayandırılır:

- İşə bərpa olunmaq,

- Ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olmaq,

- Hərbi və ya alternativ xidmətə çağırılmaq,

- Azadlıqdan məhrumetmə və ya tibbi məcburi tədbir tətbiq olunmaq,

- Yaşa görə əmək pensiyası və ya sosial müavinət təyin olunmaq,

- Sənədlərdə saxtakarlıq aşkar olunmaq,

- Vəfat etmək,

- İşsiz kimi qeydiyyatdan çıxmaq.

Eyni zamanda, Azərbaycanda işsizlikdən sığorta ödənişi almaq üçün qanunvericiliyə əsasən, son 24 ay ərzində sığorta stajı olmalıdır. Yəni, son 2 ildə işçinin rəsmi olaraq işləyib sığorta haqqı ödəməsi vacibdir.

İşsizlikdən sığorta ödənişinin minimum məbləği ölkə üzrə minimum aylıq əməkhaqqına bərabərdir və 400 manat təşkil edir. Bu ödənişin maksimum həddi isə ötən ilin orta aylıq əməkhaqqı məbləğindən artıq ola bilməz və 1 009,20 manatdır.

İşsizlikdən sığorta ödənişi ilkin olaraq 6 ay müddətinə ödənilir. Əgər həmin müddətdən sonra şəxs hələ də məşğul hesab olunmayıbsa, ona 3 ay müddətinə təkrar sığorta ödənişi verilə bilər. Beləliklə, bir sığorta hadisəsi üzrə ilkin təyinat tarixindən sonra 24 ay ərzində ümumilikdə 9 aydan artıq ödəniş alınması mümkün deyil. Növbəti dəfə sığorta hadisəsi baş verdikdə, ödəniş almaq üçün yenidən müvafiq sığorta stajı tələb olunur.

İşsiz şəxslərə sığorta ödənişləri Sığorta Fondu tərəfindən ödənilir. Bu fond isə əsasən işəgötürən və işləyən şəxslərin maaşlarından hər ay tutulan 0,5%-lik sığorta ödənişləri hesabına formalaşır. Bunu 2025-ci il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri və gəlir mənbələrinin planlaşdırılması ilə bağlı rəsmi məlumatda da görmək mümkündür. Belə ki, 2025-ci il üzrə fondun xərcləri 260,7 milyon manatdır. Bu məbləğin 206,4 milyon manatı işçilər və işəgötürənlər tərəfindən ödənilən sığorta haqqı, 54,3 milyon manatı isə fondun əvvəlki illərdə yığılan ehtiyatı hesabına qarşılanacaq.

2025-ci il üzrə İşsizlikdən Sığorta Fondunun büdcəsi müxtəlif istiqamətlərdə xərclənəcək. Cari ildə işsizliyə görə sığorta ödənişləri üçün 17 milyon manat nəzərdə tutulub. Ayrılan vəsaitin qalan hissəsi isə digər istiqamətlərə yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Dövlət Məşğulluq Agentliyində qeydiyyatda olan işsizlərin sayı 2024-cü il üzrə 217 228 nəfər (bu rəqəmin daha yüksək olduğu düşünülür – red.) olub. Həmin il ərzində işsizliyə görə sığorta ödənişi alanların sayı isə cəmi 3963 nəfər təşkil edib. Bu isə qeydiyyatda olanların təxminən 1,8%-nin işsizlikdən sığorta ödənişi ala bildiyini göstərir. Ötən illərdə də mənzərə təxminən eyni olub. Məsələn, 2023-cü ildə 217 608 nəfərə işsiz statusu verilib və onlardan yalnız 2797 nəfərinə bu müavinət ödənilib.

Bəs maraqlıdır, işsiz şəxslərin sayı bu qədər yüksək olduğu halda, niyə onların yalnız 1-2 faizi bu müavinətdən yararlana bilir?


Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, qanunların sərt olması işsizlik müavinətinin aşağı səviyyədə olmasına təsir göstərir: “İşsizlik sığortası müavinəti müvəqqəti xarakter daşıyır. İşsiz uzun müddət işsiz qala bilər, lakin işsizlik sığortası ödənişi adətən 4–6 ay müddətində verilir. Yəni, işsiz şəxs bu müddət ərzində müavinət alır, daha sonra ödəniş dayandırılır. Növbəti dəfə işsizlik müavinəti almaq üçün işçinin əvvəl müəyyən müddət çalışmış olması vacibdir. Həmçinin, müavinəti almaq üçün Məşğulluq Fondunun təklif etdiyi uyğun iki işdən imtina etməmək kimi şərtlər də mövcuddur. Bu səbəbdən işsizlik müavinəti alan şəxslər ümumi işsizlərin az bir hissəsini təşkil edir.”

Xalid Kərimli hesab edir ki, işsizlik müavinəti daha uzun müddət üçün təyin edilməli və əlçatanlığı artırılmalıdır: Düzdür, son dövrlərdə əlçatanlığın artırılması üçün müəyyən addımlar atılıb və ehtimal ki, bu, statistik göstəricilərə müsbət təsir edəcək. Amma müavinətin verilmə şərtləri hələ də sərtdir.”

İqtisadçı Natiq Cəfərli də “AzPolitika”ya şərhində bildirib ki, Azərbaycanda işsizliyin sığortası və qeydiyyatı ilə bağlı ciddi problemlər mövcuddur.


Ekspertin fikrincə, işsizlərə müavinətlərin ödənilməsi də bu problemlərdən biridir: “Qanunvericilik tam təkmil və mükəmməl deyil, qanunların tətbiqi üçün müəyyən edilmiş qaydalar isə həddən artıq sərt və mürəkkəbdir. Yəni, işsiz kimi qeydiyyata düşmək özü sanki əlavə bir iş tələb edir. Çoxlu sayda sənəd və maneələr var. Buna görə də qanunvericilik sahəsi təkmilləşdirilməlidir və işsizliklə bağlı ödənilən müavinətlərin məbləği artırılmalıdır. Hamımız işsizlik sığortası fonduna ödəniş edirik. Lakin fond bəzən qəribə açıqlamalar verir ki, il ərzində bu qədər vəsaitə qənaət edilmişdir. Əslində isə həmin fond vəsaitə qənaət etmək üçün deyil, vətəndaşlara ödəniş etmək üçün mövcuddur.”

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq, əksər Avropa ölkələrində işsizliyə görə müavinət alan şəxslərin sayı kifayət qədər yüksəkdir. Azərbaycanda bu göstərici 1,8% olduğu halda, Almaniyada işsizlikdən sığorta ödənişi alanların faizi təxminən 35–40%, Fransada 40%-ə qədər, İspaniyada 30–35%, Polşada isə 20–25%-dir. Avropa İttifaqına daxil olan ölkələrin bir çoxunda hər üç şəxsdən biri bu müavinətdən yararlana bilir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see129

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri