Icma.az
close
up
RU
“Müdafiəmiz fərdi olaraq çox bərbaddır” Samir Abasov

“Müdafiəmiz fərdi olaraq çox bərbaddır” Samir Abasov

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/2 finalının ilk oyunlarında "Sabah"a 1:2 hesabı ilə uduzduqları ev oyununu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, uduzmalarına baxmayaraq, cavab matçı üçün yüz faiz inamları var: “Bu gün olan heç bir hesab cütün taleyinu həll etmirdi. Futbolçuların fikrimizi yerinə yetirib-yetirməməkləri ayrı məsələdir. Amma növbəti matça da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz artıq qalibiyyətdir. İnamım var. Oyunçularda da bəzi şeyləri dəyişməliyik. Heç olmasa bu görüş üçün bəzi epizodları yaxşılaşdırmalıyıq. Bəzi şeyləri içimizdən çıxarmalıyıq. Təktəbək mübarizələrdə rəqibə bu gün çox uduzduq. Fikirləşirəm ki, bunları etsək, qalibiyyət üçün gedəcəyik”.

– Hesab etmirsiniz ki, əlinizdə olan heyət kubokun finalına çıxmaq üçün yetərli deyil? 

– Bu artıq, doğrudan da, başqa mövzudur. Bu gün mən onu desəm, bu haqda danışıb incələməyə başlasam, artıq mövzu şişəcək və başqa bir şey olacaq. Hələ 8 tur və kubok oyunu var. Ona görə də heyəti incələmək yersiz olar. Amma bizim özümüz üçün müəyyən etdiyimiz və "Neftçi" komandası üçün gördüyümüz problemlər var. Bunu bilirik. Həm statistik, həm oyun, həm məşqdə etmək istədiyimiz, amma oyunda edə bilmədiyimiz baxımdan olan problemləri bilirik. Açığı, düşünmürəm ki, çempionatın sonuna kimi bu problemlər həll oluna bilsin. Amma dediyim kimi, bu gün heyətimizdəki  oyunçulardan danışsam, mövzu şişəcək. Ona görə də bu haqda danışmaq istəmirəm. Ən azından çempionatın sonunu gözləyək. 

– Rusiyalı həmkarınız Vasili Berezutski mətbuat konfransını yarımçıq tərk edərək "bu gün biz 11 nəfərə və 3 qarşı oynadıq" dedi. Sizcə, bu, nə dərəcə məntiqəuyğun fikirdir?

– Mən əvvəlcə onların etirazlarını görürdüm. Bunu görməmək mümkün deyildi. Açığı, hansı epizodlara və nəyə görə etiraz edirdilər, deyə bilmərəm. Həmkarımın danışığına da fikir bildirmək istəmirəm. O da emosional insandır. Bu dəqiqə mənim üçün həmkarım haqda danışmağım yersizdir. Siz məndən yaxşı bilirsiniz. 

– Oyundan narazı qaldınız, ya keyfiyyətdən? 

– Oyundan narazı qalmadım. Birinci hissədə bəzi elementlər var idi ki, yaxşı da edirdik. Epizodlar da yaradırdıq. Yuri Matiasın və Ağadadaş Salyanskinin epizodları var idi. Bunları edirdik və bəzi şeyləri də alındırmağa çalışırdıq. Sadəcə elə məqamlar var ki, bunu dəyişə bilmirəm desəm, yaxşı qəbul olunmayacaq. Keyfiyyətdən danışsaq gərək bu gün incələyək, kimi və nəyi nəzərdə tuturuq. Gəlin, bu haqda hələ ki, danışmayım. Ən azı çempionatın sonuna qədər oyunlarımız var. Amma biz analizin nəticələrini özümüz müəyyən edirik və boşluqların harada olmasını, nədən irəli gəlməsini bilirik. Təkcə məşqdə və oyunda etdiklərimiz analizin əsasında demirik. Bəzi şirkətlər var ki, onlarla çalışırıq. Onların statistik nəticələrini çıxarıb görürük ki, bizim qeyd etdiyimizlə üst-üstə gəlir. Uzağa getməyək, bu gün bizim müdafiəmiz fərdi olaraq bərbad gündədir. Çox bərbaddır. Bizə qarşı təkbətək qurulan hücum rəqibin xeyrinə bitəcək. Bunu bir-birini sığortalamaqla aradan qaldıra bilərsən. Amma bu halda da əgər rəqib say baxımından üstünlük yaradırsa, bu, artıq böyük problemlərə gətirib çıxarır. Bunu çoxlu epizodlar yaradıb qol vurmaqla düzəltmək olar. Yəni ən azından riskləri gözə alıb qolları çox vurursan. Amma əfsuslar olsun ki, epizod yaratdığımız oyunlarda belə bunu bacarmırıq. Ötən oyun "Araz-Naxçıvan"a qarşı dörd epizod yaradıb sıfır qolla çıxırıqsa problemdir. İnşallah, qarşıda gələn oyunlara baxacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Aprel 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see291

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see258

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see234

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see233

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see232

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see229

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see223

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see220

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see216

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see213

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see195

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see189

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? Tramp açıqladı

22 Sentyabr 2026 20:19see174

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see173

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see172

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see171

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see165

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see165

Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır Video

22 Sentyabr 2026 20:31see162

Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi Video

22 Sentyabr 2026 20:31see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri