Icma.az
close
up
RU
Samir Abasov: “Nəticələrimiz ürəkaçan deyil, hətta bərbaddır”

Samir Abasov: “Nəticələrimiz ürəkaçan deyil, hətta bərbaddır”

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərə açıqlama verib. 

QOL.az xəbər verir ki, o, qarşıdakı oyunlar və komandanın durumundan danışıb: "Qış fasiləsinə qədər son iki oyunumuz qalıb. Biri evdə olacaq, digərisi də səfərdə. İşimiz tam düzəlməsə də, ən azı əhval-ruhiyyəmizi bu iki oyunda maksimal nəticə götürərək düzəltmək istəyirik.

Qış fasiləsində yaxşı motivasiya ilə hazırlaşmaq üçün son iki matç vacibdir. Baxmayaraq ki, nəticələrimiz ürəkaçan deyil, hətta bərbaddır, amma bu, bizim işimizə qətiyyən mane olmur. Tam gücümüzlə işləyirik. Artığını etməyə çalışırıq, çünki bilirik ki, vəziyyətdən çıxmalıyıq. Bunu da ancaq çox çalışaraq edə bilərik. Həmişəki proqramımızla davam edirik". 

Mütəxəssis qış transfer pəncərəsinə olan planlar haqda da söz açıb: "Gedən futbolçularımız da olacaq. Çalışacağıq ki, yeni oyunçular da gətirək. Bəyəndiyimiz və danışıqlar apardığımız futbolçular var. İnşallah ki, yaxşı nəticələnər və gətirmək istədiyimiz oyunçuları gətirə biləcəyik". 

S. Abasov qış təlim-məşq toplanışında səfərə getməyəcəklərini qeyd edib: "İstirahətdən sonra öz bazamızda yığışacağıq. Heç bir səfərə getməyəcəyik. Meydançamız və şəraitimiz imkan verir ki, burada hazırlaşaq. Qışdan əvvəl və ya sonra gözləntilərimiz dəyişməyəcək. Məğlub olanda belə vəziyyətdən nəticə çıxarmağa çalışırıq. Bilirik ki, bu həftə uduzub, gələn həftə hər şey mütləq düzələcək deyə bir şey yoxdur. Düşdüyümüz vəziyyət elədir ki, çətinliklərlə çıxacağıq. Ümidlərimiz böyükdür". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Dekabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri