Icma.az
close
up
RU
Samir Abasov: Fərdi olaraq müdafiəmiz bərbaddır

Samir Abasov: Fərdi olaraq müdafiəmiz bərbaddır

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov ölkə kubokunun yarımfinal mərhələsinin "Sabah"la görüşündən sonra mətbuat konfransında iştirak edib. 

Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Cavab qarşılaşması öncəsi finala adlayacağınıza inamınız var?

- 100 faiz var. Böyük hesabı demirəm, belə hesab hər şeyi həll etmir. Cavab matçına da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz budur. Bəzi şeyləri dəyişdirməliyik. Ən azından bəzi epizodları yaxşılaşdırmalıyıq. Heç olmasa, bu oyunlar üçün. Birəbir mübarizələrdə rəqibə çox uduzduq. 

- Hazırkı heyət finala çıxmaq üçün yetərlidir?

- Bu, başqa mövzudur. İndi onu desəm, danışsam, incələməyə başlasam məsələ özü də şişəcək. Qarşıdakı 8 tur qalır. Mən tərəfdən bu məsələləri incələsəm, yersiz olar. Problemlərimizi, boşluqlarımızı bilirik. Düşünmürəm ki, problemlər 8 tura başa çatsın. Amma indiki futbolçularla bağlı nəsə desəm, mövzu "şişəcək". Mövsümün sonun gözləyək.

- Vasili Berezutski dedi ki, 14 nəfərə qarşı oynadıq. O, həm "Neftçi"ni, həm də hakimləri nəzərdə tuturdu...

- Ehtiyat skamyada da etirazlarını görürdüm. Bunu görməmək mümkün deyil. Nəyə etiraz edirdilər, bu dəqiqə bilmirəm. Həmkarımın danışıqlarına da fikir bildirmək istəmirəm. Yersiz olardı. 

- Oyundan narazı qaldız, yoxsa keyfiyyətdən?

- Oyundan narazı qalmadım. Birinci hissədəki elementləri yaxşı edirdik, epizodlar da yaradırdıq. Keyfiyyət deyəndə, incələməliyik. Bu haqda hələ danışmayım. Mövsümün sonuna qədər oyunlarımız var. Bizim fərdi olaraq müdafiəmiz çox bərbaddır. Birəbir olduğumuz epizodları uduzuruq, rəqibin hücumları ilə bitir. Bunu bir-birimizi sığortalamaq və çox epizod yaradıb, qol vurmaqla qarşısını ala bilərik. Bunu da bacarmırıq. "Araz-Naxçıvan"la görüşdə 4 epizod yaratmışıq, sıfır qolla çıxırıqsa, problemimizdir. Qarşıdakı oyunlara baxacağıq. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 Aprel 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see199

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri