Icma.az
close
up
RU
Müəllim 8 ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, millətə ziyan verir Kamran Əsədov

Müəllim 8 ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, millətə ziyan verir Kamran Əsədov

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı bir daha təhsilin real vəziyyətini, xüsusilə pedaqoji korpusun hazırlıq səviyyəsini acı şəkildə üzə çıxardı. Sosial şəbəkələrdə yayılan narazılıqlara baxmayaraq, əslində təqdim edilən sualların əksəriyyəti 8–9-cu sinif dərsliyi səviyyəsində, təməl fənn biliklərini və metodiki yanaşmaları əhatə edən, hər bir müəllimin gündəlik dərs prosesində müntəzəm olaraq istifadə etməli olduğu mövzulardan ibarətdir. Bu suallara cavab verə bilməyən müəllimin nəinki şagirdə bilik verməsi, heç sinfə daxil olmaq üçün mənəvi haqqı belə müzakirə mövzusudur".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, müəllim müvafiq ixtisas üzrə ali pedaqoji və ya ali təhsil almalı, daim öz ixtisası üzrə biliklərini artırmalı, metodik yenilikləri izləməli və tətbiq etməlidir. Amma real mənzərədə bunun əksi müşahidə olunur. Bir çox müəllim ilboyu tədris etdiyi sahədə nəzəriyyə və praktika arasında körpü qura bilmir, sertifikasiya imtahanı zamanı təqdim olunan mətnləri düzgün anlamaqda, sualların cavablarını təhlil etməkdə, metodiki situasiyalara adekvat yanaşma göstərməkdə çətinlik çəkir".
O bildirib ki, bu halın əsas səbəbi illərlə davam edən passivlik, oxumamaq və tənbəllikdir:
"Bəzi müəllimlər imtahandan keçmək üçün yalnız son anda hazırlaşır, ümumiyyətlə təhsilə xidmət yox, sadəcə iş yeri kimi baxırlar. Halbuki müəllimlik yalnız bilik vermək deyil, həm də öyrənmək məsuliyyəti daşımaqdır. Öz üzərində işləməyən, fənnini sevməyən və metodikasına bələd olmayan müəllim nəinki şagirdə stimul verir, əksinə, təhsildən uzaqlaşdırır.
2025-ci ilin ilkin statistik göstəricilərinə əsasən, bir çox ixtisaslarda keçid faizi 60%-dən aşağı düşüb. Xüsusilə riyaziyyat, ingilis dili və ibtidai sinif müəllimləri üzrə nəticələr ciddi suallar doğurur. Bu fənlər üzrə sualların böyük əksəriyyəti ümumtəhsil proqramlarına uyğun, mövcud dərsliklər əsasında hazırlanıb. Beynəlxalq praktika ilə müqayisədə isə bu testlər hətta sadələşdirilmiş səviyyədədir. Məsələn, Finlandiyada müəllimlərin ilkin qiymətləndirməsi yalnız bilik yox, həm də pedaqoji yaradıcılıq, refleksiya və şagirdin inkişafına yönəlik strateji planlaşdırma kimi komponentləri əhatə edir. Bizdə isə sadə qrammatik konstruksiyalar, riyazi təhlillər və ibtidai məntiqi anlayışlar çətinlik doğurursa, burada artıq təhsil sisteminin yox, müəllimin məsuliyyəti sual altındadır".
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin məqsədi müəllimləri imtahanla əzmək yox, onları inkişaf yoluna yönəltməkdir:
"Amma bu təşəbbüsə qarşı çıxan, “niyə qiymətləndirilirik?” deyə etiraz edən müəllimlər təkcə təhsilin yox, cəmiyyətin gələcəyinə də təhlükə yaradır. Çünki şagirdin təhsili müəllimin səviyyəsindən başlayır. Əgər müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, sadəcə məktəbə deyil, millətə ziyan verir.
Müsbət tərəfi odur ki, bu proses nəticəsində bacarıqlı, hazırlıqlı və öz üzərində çalışan müəllimlər fərqlənir, onların əməyinin qarşılığı olaraq maaşlarında artım təmin edilir. Hazırda sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərə 35–10% arası maaş əlavəsi verilir. Bu da sağlam rəqabəti təşviq edir. Amma maaş artımı kəmiyyətə deyil, keyfiyyətə bağlı olmalıdır. Bu baxımdan, gələcəkdə əlavə dərs saatlarının verilməsi yalnız yüksək nəticə göstərən müəllimlərə deyil, real praktik nəticələri olanlara təklif edilməlidir.
Nə dəyişəcək? Sertifikasiya imtahanlarının nəticələri rayon təhsil şöbələrinin kadr siyasətinə, müəllimlərin vəzifə irəliləyişinə və peşəkar inkişafına birbaşa təsir göstərəcək. Nə dəyişməlidir? Artıq müəllim yalnız diplomla deyil, faktiki bilik və bacarıqla sistemə daxil olmalı, hər 5 ildən bir bilik səviyyəsini rəsmi olaraq təsdiqləməlidir.
Əgər təhsilin inkişafını istəyiriksə, müəllimin inkişafı labüddür. Müəllim səviyyəsini qaldırmadan nə kurikulum dəyişəcək, nə dərsliklər faydalı olacaq, nə də şagird uğur qazanacaq. Təhsil sistemində dəyişiklik ilk növbədə müəllimin özündən başlamalıdır. Çünki müəllim həm məktəbin, həm də millətin ürəyidir. Bu ürək döyünmürsə, sistem də nəfəs ala bilməz".
Qeyd edək ki, bu il keçirilən sertifikasiya imtahanında müəllimlər sualların çətinliyindən narazı qaldıqlarını bildiriblər. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri