Icma.az
close
up
RU
Müəllim məktəb binasında repetitorluqla məşğul ola bilməz Kamran Əsədov

Müəllim məktəb binasında repetitorluqla məşğul ola bilməz Kamran Əsədov

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Müəllimlərin iş saatının 8 saat olacağı haqda elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilən açıqlama bəzi maraqlı məsələləri ortaya çıxarır. Bunlardan biri də müəllimlərin repetitorluq fəaliyyəti ilə necə məşğul olacaqları ilə bağlıdır.

Bəs müəllim dərsini keçib bitirdikdən sonra məktəbdə boş zamanında repetitorluqla məşğul ola bilərmi? Bu, qanunla tənzimlənə bilərmi?

Redaktor.az-a məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, müəllimlərin 8 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı aparılan müzakirələr yalnız dərs yükünün deyil, həm də məktəbdaxili əlavə fəaliyyətlərin, repetitorluğun hüquqi tənzimlənməsinin və müəllim peşə etikasının daha sistemli şəkildə qurulmasının zərurətini ortaya çıxarır.

Onun sözlərinə görə, bu modelin tətbiqi həm məktəbin resurs bölgüsünü, həm şagird bərabərliyini, həm də müəllimin əlavə gəlir fəaliyyətinə münasibəti dəyişdirəcək:

"Repetitorluq məsələsinin bu kontekstdə yenidən təhlil edilməsi hüquqi, təşkilati və beynəlxalq təcrübə prizmasından vacibdir.

Mövcud statistika göstərir ki, Azərbaycanda şagirdlərin təxminən 61%-i heç olmasa bir fənn üzrə əlavə hazırlığa gedir və bu tendensiya xüsusilə IX-XI siniflərdə 78%-ə qədər yüksəlir. Bu, məktəb təhsili ilə paralel olaraq qeyri-rəsmi bazarın geniş həcmdə fəaliyyət göstərdiyini və müəllimlərin əhəmiyyətli hissəsinin əlavə gəlir məqsədilə repetitorluğa yönəldiyini təsdiqləyir. “Ümumi təhsil haqqında” Qanunun 30-cu maddəsi müəllimlərin əlavə əmək fəaliyyəti ilə məşğul ola biləcəyini təsdiqləyir, lakin bu fəaliyyətin dövlət müəssisəsinin ərazisində, məktəbin avadanlıqları hesabına və şagirdlər arasında ayrı-seçkilik yaradacaq formada həyata keçirilməsini qadağan edən hüquqi çərçivələri də müəyyən edir. Bu, müəllimin məktəbdə repetitorluq etməsinin hüquqi risklərini ortaya qoyur.

Təhlil göstərir ki, müəllimin məktəbdaxili repetitorluq fəaliyyəti üç əsas neqativ nəticə yaradır: məktəbin maddi-texniki bazasının şəxsi gəlir üçün istifadəsi, qiymətləndirmə səlahiyyətinin kommersiya maraqları ilə toqquşması və şagirdlər arasında sosial bərabərliyin pozulması. Müqayisə üçün qeyd edək ki, Gürcüstanda məktəbdaxili repetitorluğun artdığı illərdə şagirdlərin ailə xərcləri təhsildə illik büdcənin 14%-dən 21%-ə yüksəlib, Hindistanda isə repetitor bazarı məktəbəqədər və orta təhsilin özəl xərclərindən iki dəfə sürətlə böyüyüb. Bu ölkələrdə repetitorluğun qeyri-tənzimlənməsi təhsil nəticələrində sosial uçurumun dərindən genişlənməsinə səbəb olub".

K.Əsədov vurğuladı ki, dünya təcrübəsi müəllimin əlavə hazırlıq fəaliyyətinə yanaşmada qətiyyətli hüquqi çərçivələrin vacibliyini göstərir:

"Finlandiyada müəllimin məktəbdaxili ödənişli fəaliyyət göstərməsi tam qadağandır, çünki müəllim yalnız məktəbdə ödənişsiz əlavə dəstək verə bilər. Estoniyada əlavə hazırlıq yalnız məktəbdən kənar məkanda və lisenziyalı fəaliyyət kimi icazəlidir. Sinqapurda müəllim repetitorluq edə bilər, lakin bu fəaliyyət üçün xüsusi qeydiyyat sistemi var və məktəbdə həyata keçirilməsi qəti şəkildə yasaqlanır. Bu ölkələrin hər üçündə PISA nəticələri daha yüksəkdir və bu, məktəb mühitində kommersiya maraqlarının sıfıra endirilməsi ilə birbaşa əlaqələndirilir.

Azərbaycanda Elm və Təhsil Nazirliyinin son illərdə repetitor asılılığını azaltmaq məqsədilə atdığı addımlar - məktəbdaxili dəstək məşğələlərinin artırılması, təlim-tədris resurslarının gücləndirilməsi, yeni metodik standartların tətbiqi - müsbət struktural dəyişikliklərdir. Nazirliyin tam ştatlı müəllim modelini təqdim etməsi ilə müəllimin məktəbdə daha çox vaxt keçirməsi, məktəbdaxili fəaliyyətlərin, konsultasiyaların, fərdi məşğələlərin ödənişsiz şəkildə təşkil olunması repetitorluğa tələbi azaldan mexanizmdir və bu siyasətin mütərəqqi tərəfi xüsusi vurğulanmalıdır".

Ekspert qeyd etdi ki, bu yeni model fonunda dəyişəcək əsas məsələ müəllimin məktəbdə və məktəbdən kənarda fəaliyyət sərhədlərinin daha dəqiq hüquqi şəkildə tənzimlənməsidir:

"Müəllim dərs saatını başa vurduqdan sonra məktəb binasında repetitorluqla məşğul ola bilməz; bu, qanuni, maliyyə və etik baxımdan mümkün deyil. Amma müəllim məktəbdən kənar məkanda, öz evində, lisenziyalı kursda və ya başqa tədris məkanında hazırlıq keçirə bilər. Bu, müəllimin əmək hüququdur və qanunla qadağan edilmir. Hazırlığa başqa məktəbdən gələn şagirdlərin cəlb edilməsi isə yalnız məktəbdən kənarda ola bilər, çünki məktəbin fiziki mühiti yalnız dövlət təhsilinin icrası üçündür və kommersiya məqsədi üçün istifadə oluna bilməz.

Hesab edirəm ki, repetitorluq fəaliyyəti tam qadağan edilməməli, lakin məktəbdaxili mühitdən tam ayrılmalıdır. Elm və Təhsil Nazirliyinin təhsil bərabərliyini qorumaq üçün həyata keçirdiyi islahatlar -rəqəmsal monitorinq, tədris keyfiyyətinin yüksəldilməsi və tam ştatlı müəllim modeli - repetitorluq üzərindəki sosial asılılığı tədricən azaldacaq. Bu islahatlar hüquqi çərçivə ilə tamamlandıqda həm müəllim peşəsinin nüfuzu yüksələcək, həm şagirdlər arasında sosial bərabərlik təmin olunacaq, həm də məktəbin tədris mühiti kommersiya təsirlərindən tam təmizlənəcək".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri