Icma.az
close
up
RU
“Müəllim daşdəmir deyil, onun da əsəblərinin tarıma çəkilməsi mümkündür” Nadir Israfilov

“Müəllim daşdəmir deyil, onun da əsəblərinin tarıma çəkilməsi mümkündür” Nadir Israfilov

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"“Şagirdi stulla vuran...”, “Şagirdə stul atan...”, "Şagirdi stulla vurmaq istəyən müəllim" cəzalandırılıb kimi başlıqlar manşetlərin bəzəyinə çevrilib. Hələ tam dəqiqləşməyib ki, bu sözügedən müəllim stulla vurub, stulu atıb, yoxsa ki, stulla vurmaq istəyib. Səbəb də məlum deyil. Sən demə, müəllimin stul atdığı şagird sinifdə gülürmüş. Nəyə gülürdü, nə üçün gülürdü, bu da məlum deyil. Bircə onu bilirik ki, müəlim cəzalandırılıb. Cəzalandırma aləti kimi xəbərdarlıq da ola bilər, töhmət də, şiddətli töhmət də, işdən çıxarılmaq da.  Bir də ki, yaranmış insidentə hüquqi qiymət verilmədən hər hansı bir cəza tədbirinə əl atmaq nə dərəcədə düzgündür...?"

Bu fikirləri təhsil eksperti Nadir İsrafilov Redaktor.az-a açıqlamasında Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurması ilə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, müəllimin stula əl atma həddinə çatmasında yəqin ki, əsaslı səbəb var:

"Son illərin müəllim-şagird münasibətlərindəki növbəti gərginlik və məktəbdə baş verən növbəti olaya növbəti standart cavab: “Araşdırma aparılıb... İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin edilməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb. Ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür."

Həmçinin qurumdan o da bildirilib ki,  "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.”  Beləliklə bu dəfə də “qurunun oduna yaş da yanar” atalar sözünə sadiqliyimizi bir daha nümayiş etdirmiş olduq. O ki, qaldı məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalənin geri götürülməsinə, bu halda da təəccüblənməli bir şey yoxdur. Neçə illərdir ki, o qədər “həvalə” ilə işləyənlərimiz var ki, olmasın onlardan biri, məktəbimiz başsız qalmayacaq ki, ehtiyatda o qədər gözləmə mövqeyində duranlarımız var ki...

Məktəblərdə müəllim-şagird münasibətlərində baş verən bu kimi hallar o qədər adiləşib ki, burada təəccüblənməyə və heyrətlənməyə elə də ciddi bir əsas görmürəm. Təəccüb və təəssüf doğuran isə odur ki, bizdə müəllimə qarşı bu dərəcədə aqressiya görəsən nədən qaynaqlanır? Nəzərə alsaq ki, aqressiya elmi-kütləvi ədəbiyyatda hüçum etmək mənasını verir, düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək kimi assosasiya olunur. Məktəblərimizə “məktəblinin dostları” ayaq açandan, sanki müəllim gözümüzdə düşmənə çevrilib. Yenə ona da şükür etməliyik ki, müəllimlərimiz hələ ki, mənəvi hücumlara məruz qalırlar. Bir az da belə getsə, fiziki hücumlar da qaçılmaz olacaq".

Ekspertin fikrincə, uşağa qarşı hər hansı bir zorakılıq yolverilməzdir.

"“DƏHŞƏT! Azərbaycanda müəllim şagirdi stulla döydü.” Bu dəhşətdir. Ancaq, cəmiyyətdə baş verən digər hadisələr – “oğulun atasını baltalaması”, “atanın qızına təcavüz etməsi”, "məktəblilərin bir-birini bıçaqlaması" və digər bu kimi hamıya məlum olan və gündən-günə artmaqda davam edən eybəcərliklər dəhşət deyil… Uşağa qarşı hər hansı bir zorakılıq yolverilməzdir və bu birmənalıdır. Lakin, məsələyə birtərəfli yanaşmağın özü də ədalətsizlik hesab edilməlidir. Bioloji varlıq olaraq müəllim də insandır. Onun da səbr, hövsələsinin bir həddi-hüdudu var.

Düzdür, məktəb təlim-tərbiyə müəssisəsidir, baxmayaraq ki, təlimə olan ifrat dərəcədə aludəçiliyimiz tərbiyə işini böyük ölçüdə arxa plana keçirib. Bununla belə, müəllimin vəzifələrindən biri də yetirmələrinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, əsassız mühakimələrə yol verməmək, obyektivlik və qərəzsizlik nümayiş etdirməkdir. Ancaq, loru dildə desək, müəllim daş-dəmir deyil ki, hər şeyə dözümlü olsun, müqavimət göstərsin. Onun da əsəblərinin tarıma çəkilməsi mümkündür.

Tərbiyə şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Tərbiyə, ilk olaraq ailədə formalaşdırılır, məktəbdə isə inkişaf etdirilir. Konkret olaraq tərbiyə deyilən bir anlayış var. Yenidən tərbiyə, özünütərbiyə deyilən terminlər isə abstrakt təsəvvürlər olub, bugünkü reallıqlarımızı özündə əks etdirmir. Təməl ailə tərbiyəsi görməyənin hərəkətlərinə görə məktəbi, müəllimi, “günah keçisi” qismində təqdim etmək vəziyyətdən çıxış yolu ola bilməz. Nə qədər ki, məsuliyyət daşımaqda məktəb, müəllim, valideyn, şagird proporsionallığı təmin edilməyəcək, baş verənlərə birtərəfli yanaşılacaq, bu kimi xoşagəlməz halların davam etməsi də bir o qədər qaçılmaz olacaq. Müəllimi bu dərəcədə qınaq obyektinə çevirmək, onun olan-qalan nüfuzunu bir qədər də zədələməkdir", - deyə Nadir İsrafilov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri