Icma.az
close
up
RU
Müəllim həm də fədakar və cəfakeş olanda…

Müəllim həm də fədakar və cəfakeş olanda…

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İslam Salahov - 90 

Dövran dəyişib. Dünən peşəsinə və cəmiyyətdə daşıdığı missiyasına görə hörmət və izzətlə məclisin yuxarı başına keçirilən müəllim bu gün bir çox hallarda yerini “iş adamına”, “obyekt sahibinə”, “oliqarxa” verməli olub. Nə etmək olar, quruluşla bərabər əsr, hətta minillik     dəyişib və biz bunu, əlbəttə, təəssüf hissilə yazırıq. 

Amma ya dünən, ya bu gün, ümumiyytlə, heç vaxt dəyişməyəcək dəyərlər də var. Çoxdan dünyasını dəyişmiş, intəhası, heç vaxt unutmadığımız dogma müəllimimizi düşünəndə qeyri-ixtiyari bu fikirlər beynimizdə dolaşdı. 

Əsl müəllimi, yüksək kateqoriyalı pedaqoqu, qayğıkeş insanı, nurlu şəxsiyyəti el-obanın dərd-sərinə yanan, nəsllərin taleyinə işıq salan çırağa bənzədərdim. Belə insanlar Yaradanın yazdığı ömür qismətini başa vurandan sonra şərəfli missiyalarını öz ardıcıllarına əmanət edib əbədiyyətə qovuşurlar. Kəlbəcər rayonunun Sarıdaş kəndində boya-başa çatan, tarix müəllimi, kənd orta məktəbinin direktoru, rayon təhsil şöbəsinin müdiri olan, doğulduğu kənddə hər kəsin ağsaqqal kimi qəbul etdiyi İslam Salahov məhz belə insan olub. Tam səmimi olaraq deyə bilərəm ki, İslam müəllim şagirdlərinə, həmkarlarına, doğmalarına örnək sayıla biləcək bir ömür yaşayıb. 

Respublika miqyasında tanınmış pedaqoq-ziyalı, ali kateqoriyalı müəllim, qabaqcıl təhsil işçisi bütün həyatını məsləyinə, gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Dürüstlüyü və halallığı, haqqı və ədaləti, vicdanla yaşayıb işləməyi özünə həyat devizi seçmiş İslam müəllimin fədakarlığı və cəfakeşliyi, qayğıkeşliyi barədə düşünəndə gözümün qarşısında bu mənzərə canlanır: direktor təyin olunanda Sarıdaş kənd məktəbində vəziyyət çox acınacaqlı, cəmi 4 sinif otağından ibarət məktəbin divarları suvaqsız, döşəməsi, tavanı çılpaq, maddi-texniki təminatı isə bərbad vəziyyətdə idi. Nəinki normal təlim-təcrübə sahəsi, idman meydançası, idman avadanlıqları, heç dərs ləvazimatları belə yox idi. 

Çox keçmədi ki, bu mənzərə yenisi ilə əvəzləndi: məktəb ixtisaslı müəllimlərlə təmin olundu, ardınca yeni məktəb binasının inşasına başlanıldı, 1,5 hektarlıq təlim-təcrübə sahəsi hasarlandı, ərazidə bağ salındı, meyvə ağacları, gül kolları əkildi, idman meydançası yaradıldı, müxtəlif idman növləri üçün yer düzəldildi.
Üstəlik, müəllimlərin yaradıcılıqla işləməsi üçün metodiki ədəbiyyat, əyani vəsaitlər təşkil edildi. Dərsdənkənar məşğələlər, idman yarışları keçirilməyə başlandı. Beləcə, Sarıdaş kənd orta məktəbi rayonumuzun ən qabaqcıl təhsil ocaqlarından birinə çevrildi. Məktəbimiz məhz İslam Salahovun adı ilə tanınıb, sonradan onun yetirmələri də öz töhfələrini veriblər.
Müəllimlik bütün zamanlarda şərəfli peşə hesab olunub, müəllim isə cəmiyyətdə ən hörmətli şəxs kimi qəbul edilib. İslam müəllim dünyaya sanki müəllimlik etmək, maarif ziyasını yaymaq üçün gəlmişdi. O, ömrünü ancaq məsləyi uğrunda yaşadı, peşəsinə verdiyi dəyərlə bu adı daha da yüksəltdi. Onun xatirələrdə yaşayan işıqlı obrazı bu gün də canlıdır, kənd sakinləri məktəbimiz barədə məbəd kimi danışırlar. Təsadüfi deyildi ki, kiçik bir kənd məktəbinin 70-ə yaxın məzunu ali təhsil alıb, müxtəlif ixtisaslara yiyələniblər.

Bu günlərdə İslam müəllimin anadan olmasının 90 illiyi tamam oldu. Sevimli müəllimimiz örnək sayılacaq ömrünü bizə - kəndimizin uşaqlarına, o məktəbdə təhsil alanların hamısına həsr etdi. 

Ruhun şad olsun, böyük müəllim. Sarıdaş kənd orta məktəbin məzunları, bütün sarıdaşlılar Sizi heç vaxt unutmayacaq, adınız daim dərin ehtiram və rəhmətlə anılacaq.

Şahin Əliyev,
Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbin 1981-ci il məzunu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 May 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri