Müəllim məktəbə gəlib şagirdə “müştəri” gözü ilə baxmamalıdır Emin Əmrullayev
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Repetitorluq öz-özlüyündə pis bir şey deyil. Sadəcə biz istəmirik ki, müəllimlərimiz səhər müəllim, günorta repetitor olsunlar”.
Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirin sual-cavab sessiyasında deyib.
Nazir bildirib ki, müəllim məktəbə gəlib şagirdə “müştəri” gözü ilə baxmamalıdır. O, sinfə girib düzgün dərs deməlidir:
“Müəllim öz dərsini yaxşı dedikdən sonra repetitorluq edirsə, valideynlər bunun üçün əlavə pul ödəyib övladının daha yaxşı öyrənməsini istəyirsə, burada problem yoxdur. Repetitorluğun təhsil sisteminin keyfiyyəti ilə əlaqəsi yoxdur. Çünki qəbul sistemi rəqabətli olduğu üçün yenə də repetitora müraciət edəcəklər”.
Onun sözlərinə görə, tamştatlı müəllim sisteminə keçid də özlüyündə çətin prosesdir:
“Uzun illərdir ki, stavka sistemidir. Əgər tamştatlı müəllim sistemini həyata keçirə bilsək, təhsil sistemində böyük dəyişiklik olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















