Icma.az
close
up
RU
“Müəllim şapalağının” kökü hara gedir? REPLİKA

“Müəllim şapalağının” kökü hara gedir? REPLİKA

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günlərdə yayılan bir videoda bağça müəlliməsi bir uşağa fiziki şiddət göstərir. Bu “müəllim şapalağının” kökü hara gedir? Özəlliklə sovet dövründə böyüyənlər və onların yetişdirdiyi nəsil “müəllimin vurduğu yerdən gül bitər” düşüncəsi ilə zəhərlənib. Arada böyüklər evdə danışırlar ki, müəllim məktəbdə bizi döyürdü, gəlib evdə valideynə deyəndə valideyn də bir dəfə döyürdü ki, yaxşı edib! Nəsə qələt etməsən, niyə döysün? Müəllim adamı döyər də, söyər də! Həmin nəsilin boğulmuş siyasi azadlıqlarının travması bu cür şeylərdə özünü büruzə verirdi. Bir az da dərinə ensək, mollaxana məktəblərinə gedib çıxacağıq - falaqqaya yatırılıb "Əlif zəbər ə, bey zəbər bə" öyrədilən uşaqlara. Avam camaat düşünürdü ki, bu falaqqaların, şallaqların nəticəsində övladları "adam olub adamlara qoşulacaq". Halbuki həmin dövrün bütün tanınmış ziyalıları o falaqqalardan qaçan, nifrət edən insanlar olublar. 

Sonra bir az da inkişaf elədik, psixologiya kitablarından öyrəndik ki, fiziki şiddət uşaqları "adam" eləmir, əksinə onlarda özgüvənsizlik, dəyərsizlik, assosiallıq, aqressiya və bir çox travmalar buraxır - hələ-hələ təhsil-tərbiyə ocaqlarında. 

Karl Qustav Yunq deyirdi ki, uşağın iç dünyasında yaranan arxetiplərin məhz erkən dövrdə formalaşır. Lakin şiddət zamanı uşaq üçün müəllim “bilgə”, “qoruyucu”, “yol göstərici” arxetipidir. Amma bu obraz zorakı davranışla birlikdə "cəza verən", "təhlükəli", "etibarsız" bir fiqura çevrilir. Bu isə uşağın gələcəkdə avtoritetlərə qarşı ya itaətkarlıq, ya da düşmənlik inkişaf etdirməsi ilə nəticələnə bilər.

Şiddət görən bu uşaq sabah məktəbə necə gedəcək? Yenidən bir müəllimə inanacaqmı? Təhsilə sevgi ilə baxa biləcəkmi? Bu suallar cavabsız qaldıqca, cəmiyyət içində travmalı, qorxmuş, özünü ifadə edə bilməyən nəsillər yetişir. Şiddətə məruz qalmış uşaqların gələcəkdə daha aqressiv, ya da tam əksinə – qapalı və özgüvənsiz olmaları çox rast gəlinən bir haldır.

Bağça və məktəblərə müəllim seçimi ciddi psixoloji testlər, empatiya təlimləri və uşaq psixologiyası üzrə hazırlıqla aparılmalıdır. Hər kəs müəllim ola bilməz. Uşağın ruhuna toxunacaq bir insanın, bu sahədə istəklə və anlayışla çalışması şərtdir.

Digər tərəfdən isə, istənilən cəmiyyətdə bu halların olması istisna deyil. Ona görə də, təhsil ocaqlarında kamera sistemləri və müşahidə mexanizmləri olmalı və bu görüntülər mütəmadi olaraq valideynlərə açıq şəkildə təqdim edilməlidir. Hesabatlılıq şiddətin qarşısında əsas sipərdir.

Əziz valideynlər, övladlarınızla dost olun, məhz işə rahat gedib-gələsiniz deyə onları bağçaya aparmayın. Daim onlarla söhbət edin, dinləyin və bu cür hallar olduqda istisnasız övladınızın yanında olun.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 May 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri