Icma.az
close
up
RU
“Müəllimin əməkhaqqısının formalaşması şagird sayı ilə müəyyən olunur” KAMRAN ƏSƏDOV

“Müəllimin əməkhaqqısının formalaşması şagird sayı ilə müəyyən olunur” KAMRAN ƏSƏDOV

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Müəllimin əməkhaqqısının formalaşması birbaşa məktəbdəki şagird sayı, siniflərin komplektləşdirilməsi və müvafiq qüvvədə olan tarifləşdirmə cədvəlləri ilə müəyyən olunur”.

Gununsesi.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib:

“Sinif sayı çox olan məktəblərdə dərs yükü daha çox olur, bu isə müəllimin həm əsas əməkhaqqısına, həm də əlavə ödəmələrinə təsir göstərir. Əmək münasibətlərinin hüquqi bazası “Ümumi Təhsil haqqında” Qanun və tarif cədvəlləri ilə tənzimləndiyi üçün məktəblərdəki şagird sıxlığının analizi müəllim yüklənməsi və əməkhaqqı siyasətinin real mənzərəsini göstərmək baxımından olduqca vacibdir”.

Kamran Əsədov statistikada ölkə üzrə məktəblərin şagird sıxlığına görə paylanmasını tam şəkildə göstərən siyahıdan söz açıb:

“Aşağıdakı statistikada ölkə üzrə məktəblərin şagird sıxlığına görə paylanmasını tam şəkildə təqdim edirəm.

Şagird sayına görə məktəb:

10 şagirddən az – 94 məktəb (2%) 20 şagirddən az – 247 məktəb (6%) 30 şagirddən az – 401 məktəb (10%) 40 şagirddən az – 552 məktəb (14%) 50 şagirddən az – 684 məktəb (17%) 60 şagirddən az – 789 məktəb (20%) 70 şagirddən az – 918 məktəb (23%) 80 şagirddən az – 1 038 məktəb (26%) 90 şagirddən az – 1 136 məktəb (28%) 100 şagirddən az – 1 241 məktəb (31%) 150 şagirddən az – 1 812 məktəb (45%) 200 şagirddən az – 2 175 məktəb (54%) 500 şagirddən az – 3 147 məktəb (78%) 1000 şagirddən az – 3 637 məktəb (90%) 1500 şagirddən az – 3 833 məktəb (95%) 2000 şagirddən az – 3 933 məktəb (97%) Bütün məktəblər – 4 036 məktəb (100%)”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində bildirib ki, növbəti sertifikatlaşdırma mərhələsində artıq 35 faiz əmsalından deyil, vahid əmsaldan istifadə etmək planlaşdırılır.

Nazirin sözlərinə görə, bu əmsal müxtəlif dövlət qurumlarının birgə qərarı əsasında dəqiqləşdiriləcək və böyük ehtimalla müəllimlərin əməkhaqlarının artmasına səbəb olacaq.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri