Icma.az
close
up
RU
Müəllimlərə güzəştli təhsil kartı nə vaxt veriləcək? AÇIQLAMA

Müəllimlərə güzəştli təhsil kartı nə vaxt veriləcək? AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin keçmiş sədri Elnur Nəsibov bir neçə ay öncə bildirmişdi ki, 2025-ci ilin ilk yarısından gec olmayaraq Azərbaycanda müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartlarından istifadəyə başlanılacaq. Onun işdən çıxmasından sonra qurum adından mətbuata verilən digər açıqlamada isə qeyd olunmuşdu ki, məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulan kart pillələr üzrə yeni tədris ilindən etibarən istifadəyə veriləcək.

Qeyd edək ki, təhsil kartları ilə müəllimlərə kafe və restoranlar, iaşə obyektləri, geyim və ərzaq mağazaları, gözəllik, sağlamlıq və tibbi xidmət mərkəzləri və s. istiqamətlərdə güzəştlər nəzərdə tutulur.

Yeni tədris ilinin bir ay yarımı geridə qalmasına baxmayaraq, sözügedən məsələ hələ də həllini tapmayıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov bildirdi ki, Təhsilin İnkişaf Fondunun belə bir layihəsi mövcud idi və bu istiqamətdə hazırlıqlar gedirdi:

"Mən, doğrusu, hazırda həmin layihənin nə yerdə olması ilə bağlı məlumata malik deyiləm. Amma bütün hallarda düşünürəm ki, Azərbaycan müəllimləri üçün müəyyən güzəştlərin olması çox vacibdir. O, təkcə müəllimlər üçün deyil, eyni zamanda tələbələr üçün də böyük əhəmiyyətə malikdir. Biz dünyanın fərqli ölkələrində bu cür mənzərə ilə rastlaşırıq. Bu, əslində təhsilə olan münasibət deməkdir, bu, təhsilə olan qayğı deməkdir və eyni zamanda müəllim əməyinə önəm verilməsi deməkdir".

Müsahibimiz ümid edir ki, belə bir layihə reallaşacaq:

"Çünki, qeyd etdiyim kimi, o, çox faydalı bir layihə ola bilər. Hazırda Təhsilin İnkişaf Fondunun rəhbərliyi dəyişib, amma hesab edirəm ki, hansısa qurumda rəhbər və kadr dəyişikliyi əvvəllər başlanılmış nəcib bir missiyaya, hansı ki, onunla bağlı hazırlıqlara start verilmişdi, son verilməsi üçün əsas ola bilməz. Bu mənada mən Elm və Təhsil Nazirliyinin müəllimlərə yönəlik bu aksiyaya dəstək verməsini arzu edərdim. Təbii ki, sualın sonunda qeyd edirsiniz: onun reallaşması lazımlıdırmı? Düşünürəm ki, bəli, lazımlıdır, həm də çox lazımlıdır".

Qeyd edək ki, hazırda Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlıdır.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri