Icma.az
close
up
RU
Müəllimlərə yeni qayda: Problemlərə yol açacaq?

Müəllimlərə yeni qayda: Problemlərə yol açacaq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək. 

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq, əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir. 

Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək. 

Qeyd edək ki, hər zaman məktəblərdə müəllimlər məzuniyyətə ancaq yay tətili vaxtı çıxıblar. Ancaq pedaqoji işçilərin əmək məzuniyyətində ediləcək dəyişiklik ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu proses müəllim-şagird münasibətlərinin, dərs sisteminin pozulmasına gətirib çıxarmayacaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ümumtəhsil məktəblərində fövqəladə bir vəziyyət yaranarsa, həmin məzuniyyət halı baş verə bilər və bu baxımdan istisnalar olmalıdır: 

“Yəqin ki, bu müəllimin öz hesabına reallaşacaq. Çünki onların məzuniyyət müddəti yalnız 52 gün ərzində yay tətilinə hesablanır. Mən yeni qanunvericiliklə tanış deyiləm. Ancaq ehtimalım odur ki, bunun ibtidai sinif, fənn müəllimlərinə tətbiqi çətin olacaq. 

Əgər Milli Məclis bu cür qərar verirsə, orada mütəxəssislərlə məsləhətləşmələr aparmalıdırlar ki, ümumtəhsil məktəbləri üçün məzuniyyət ancaq yay tətili üçün mümkündür. Bu prosesin son vaxtlar müəllimlərlə bağlı aparılan islahatlardan biri olduğuna gəldikdə isə mən belə hesab etmirəm. 

Çünki fərqli məsələlərdir. İş rejimi ilə bağlı pilot layihə hələ 2027-ci ildən sonra nəzərdə tutulub. Ancaq bu, əmək qanunvericiliyə dəyişikliklərlə bağlı müzakirələr hazırda aparılır. Bunların bir-biri ilə əlaqəsi olduğunu düşünmürəm”. Onun fikrincə, ümumilikdə, məzuniyyətlə bağlı yeni layihəni sənaye müəssisələri, bank sektoru kimi bir sıra sahələrə tətbiq etmək mümkündür:

“Ancaq ümumtəhsil məktəbləri üçün yolverilməzdir. İbtidai sinif şagirdləri müəllimə uyğunlaşandan sonra, hətta təqaüd yaşına çatan müəllimlərə belə güzəşt olunur ki, həmin sinifi başa çatdırana qədər şagirdlərlə məşğul olsunlar”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Müəllimlər Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri