Icma.az
close
up
RU
Müəllimlərin əlindən səlahiyyətlərini alıb, sonra da ondan xaruqələr gözləyirik AÇIQLAMA

Müəllimlərin əlindən səlahiyyətlərini alıb, sonra da ondan xaruqələr gözləyirik AÇIQLAMA

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nazir etiraflarında çox haqlıdır


Nazir məktəblərin şagirdlərin öhdəsindən gələ bilmədiyini demir, dolayı yolla valideynləri övladlarına düzgün tərbiyə verməyə çağırır


Son dövrlərdə orta məktəblərdə baş verənlər, şagirdlərin davranışları ilə bağlı neqativ xəbərlər daha intensiv şəkil almağa başlayıb. Xüsusilə məktəblilərin bir-birinə qarşı kobud rəftarının, hətta zorakılıq hallarının yaşandığını, bunların isə telefonlarla çəkilərək sosial şəbəkələrə qoyulmasını tez-tez müşahidə edirik. Məktəbli yoldaşını bıçaqlayan, döyən şagirdlərin müəyyən davranış pozuntularının olduğu isə açıq-aşkar ortadadır. Bir çoxları bu cür xoşagəlməz məqamlarda valideynləri günahkar bilsə də, böyük əksəriyyət baş verənləri məktəb rəhbərliyi və müəllimlərin məsuliyyətsizliyi, hətta səriştəsizliyi kimi qələmə verməyə çalışır.

Elm və təhsil naziri Emin Əmrullayev isə jurnalistlərin bu istiqamətdəki suallarını cavablandırarkən deyib ki, bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır: “Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq. Baş verən bütün hallara qanunvericilik çərçivəsində baxılmalıdır. İnzibati qaydada pozuntular, cinayət xarakterli məsələlər varsa, bunları hüquq-mühafizə orqanlarına yönləndiririk. Təlim-tərbiyə il bağlı məsələdirsə, problemi valideynlərlə həll etməyə çalışırıq”.

Hazırda ölkəmizdə 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagirdin təhsil aldığını xatırladan təhsil eksperti Kamran Əsədov deyib ki, oğlanlar arasında 21, qızlar arasında 11 faizdə birinin digərinə psixoloji zorakılığı müşahidə olunur: “Çox təəssüflər olsun ki, bulinq halları pandemiyadan sonra daha da artmağa başlayıb. Bunun da bir neçə səbəbi var və ən vacib səbəblərdən biri şagirdlərin telefondan istifadə zamanı yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun olmayan informasiyalar almasıdır. Xüsusən də "Tik-Tok" sosial şəbəkəsində onlar təhlükəli informasiyanın birbaşa qurbanına çevrilir. Bəzən görürük ki, sosial platformalarda məşhurlaşmaq istəyən şagirdlər digərlərinə qarşı fiziki və digər zorakılıqlar nümayiş etdirir və nəticədə şagirdlərimiz bu tipli təhlükəli hadisələrin qurbanına çevrilir. Bu gün mövcud vəziyyəti aradan qaldırmaq üçün yeni tədris proqramları hazırlamalıyıq. Etiraf edək ki, dünya artıq dəyişib, lakin bizim fənlər olduğu kimi qalıb və yaxud fənlərin daxilindəki informasiyalar artıq müasir dövrlə ayaqlaşmır. Beləliklə, mütləq şəkildə təhsil proqramlarına şagirdlərin psixoloji gərginliklərini aradan qaldıracaq, onlarda mənəvi öhdəlikləri artıra biləcək mövzular əlavə etməliyik. Biz şagirdlərdə daha çox şəxsiyyətyönümlü təhsil aşılamalıyıq. Şagirdlərimiz yeni bir şəxsiyyət olaraq cəmiyyətə daxil olmalıdır".


 Sosioloq Mətanət Məmmədovanın dediyinə görə, hər bir uşaq öz ailəsinin, yaşadığı cəmiyyətin güzgüsüdür. Onun sözlərinə görə, biz ailələrimizdə uşaqlarla necə davranırıqsa, onlar cəmiyyətdə nələrlə qarşılaşırlarsa, bu, zamanla onlarda xarakter formalaşdırır: 

“Bizim uşaqlarımız əvvəlki illərdəki uşaqlar kimi sakit ailələrdə, sakit cəmiyyətdə böyümürlər. Günümüzdə çoxsaylı gənc ailələr var ki, uşaqların yanında davranış qaydalarını bilmirlər, bir-birilərinə aqressiv münasibətlər nümayiş etdirirlər. Düşünmürlər ki, biz bunu uşağın olmadığı bir yerdə etməliyik. Uşağın yanında hər hərəkəti etmək olmaz, hər sözü danışmaq olmaz. Uşağın beyni ağ bir səhifədir. O, nəyə baxırsa, mənəvi cəhətdən nə ilə qidalanırsa, o səhifədə yazılır və sabah uşaq bağçasında da, məktəblərdə də həmin aqressiyanı göstərir. Hesab edirəm ki, bu problemlərin qarşısını almaq üçün maarifləndirmə işləri çoxaldılmalıdır. Xüsusilə analarla işlənməli, televiziyalarımızda verilişlər, sosial mediada çağırışlar vasitəsilə sürətlənməli və genişlənməlidir ki, valideynlər, xüsusilə analar uşaq böyütməyin, tərbiyə etməyin əsaslarını öyrənsinlər. Uşağı doğub dünyaya gətirmək bioloji ana olmaq deməkdir. Analıq hissinin, vəzifəsinin nədən ibarət olmağı, valideynlik hüququnun, borcunun nə olduğu anlaşılmalıdır. Çünki biz cəmiyyət arasında göndərdiyimiz uşaqlarla necə valideyn olduğumuzu təsdiq edirik. Əgər uşaq cəmiyyətdə hansısa bir səhvi törədirsə, məktəbdə hansı bir aqressivliyi, fiziki zorakılığı nümayiş etdirirsə, bunun günahı yalnız onun valideynlərindədir. Ona görə də ilk növbədə valideynlər özünütərbiyəyə keçməlidirlər. Onlar ailədə davranış qaydalarını bilməsələr, ər-arvad münasibətlərini tənzimləyə bilməsələr, uşaqları sosial şəbəkələrdən kənar tuta bilməsələr, zorakılığı aşılayan filmlərdən imtina etməsələr, cəmiyyətimizdə sakit təbiətli, düzgün, sağlam uşaqlardan söhbət aça bilmərik".


Sosioloq-jurnalist Lalə Mehralı da “Sherg.az”a açıqlamasında nazirin dediklərində böyük həqiqət payı olduğunu bildirib: 


“Biz gözləyirik ki, hər şeyi məktəb həll eləsin. Bütün problemləri, çatışmazlıqları, hətta uşaqlardakı davranış pozuntularını belə məktəblərin ayağına yazırıq. Bu uşaqlar məktəbə gedənə qədər evdə tərbiyə alırlar. 24 saatın 6-7 saatını məktəbdə olur, qalan vaxtı isə valideynlərinin nəzarətində olurlar. Biz  evdə uşaqlarımızı necə böyüdür, hansı tərbiyəni veririksə, məktbədə də həmin tərbiyəni nümayiş etdirirlər. Ona görə də şagirdlər arasında baş verən zorakılıq hallarında valideynlər özlərini kənara çəkə bilməz, valideynlər öz məsuliyyətini dərk etməlidir. Bu günə qədər məktəblərdə qeydə alınan aqressiv vəziyyətlərin, şagirdlər arasında bıçaqlama, öldürmə kimi hadisələrin böyük əksəriyyətində məktəbə töhmət verilib, direktorlar vəzifəsindən azad edilib. Bu günə qədər qeydə alınan hansı hadisədə valideynlərin məsuliyyətə cəlb olunduğunu eşitmisiniz? 14 yaşlı uşaq cibində bıçaq gəzdirirsə, bunun məsuliyyəti niyə valideynin yox, məhz müəllimin, məktəbin ayağına yazılmalıdır. Hər halda bu uşaq hər axşam evinə gedib, səhər də evindən məktəbə gəlir. Bu baxımdan nazirin etirafı haqlıdır. O, bununla məktəblərin şagirdlərin öhdəsindən gələ bilmədiyini demiş olmur, sadəcə, dolayı yolla da olsa, valideynləri övladlarına düzgün tərbiyə verməyə çağırır”. 


Lalə xanımın fikrincə, müəllimlərin əlindən bütün səlahiyyətlərini alıb, sonra da ondan xaruqələr gözləyirik: 

“Çətin tərbiyə olunan uşaqların üzərində möcüzələr yaratmasını gözlədiyimiz müəllimlər bu gün heç bir ixtiyar sahibi  deyil. Müəllim uşağa irad bildirə, onu tənbeh edə bilmir. Səsini bir balaca qaldıran kimi valideynlər müəllimin üzərinə “səlib yürüşü” edir. Bu cür valideynlərdən tərbiyə alan uşaqların özü belə müəllimə cavab qaytarır, söyüş söyür. Hətta şagirdlər müəllimin üzərinə hücum edir, müəllim qorxusundan şagirdə əl qaldıra bilmir ki, sabahı gün onu günahkar bilib işdən çıxaracaqlar. İndiki məktəblər təlim-tərbiyə yox, sadəcə, təhsil ocağıdır. Hansı ki, bu cür xaotik mühitdə şagirdlərə nəsə öyrətmək də heç mümkün olmur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri