Icma.az
close
up
RU
Müəllimlərin günlük iş rejiminə keçidi: müsbət və mənfi cəhətlər nədir? Deputat aydınlıq gətirdi 

Müəllimlərin günlük iş rejiminə keçidi: müsbət və mənfi cəhətlər nədir? Deputat aydınlıq gətirdi 

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Düzgün planlaşdırıldığı halda bu model təhsilin keyfiyyətində müsbət dönüş yarada bilər". 

"Lakin hazırlıqsız, sürətli tətbiq olunsa, həm müəllimlərin məmnuniyyətsizliyini, həm də qarşıdurmaları artıra bilər"

Son illərdə təhsil sistemində aparılan islahatların əsas istiqamətlərindən biri müəllim əməyinin təşkil formalarının dəyişdirilməsi, daha müasir və səmərəli modelə keçididir. Ən çox müzakirə olunan yeniliklərdən biri isə müəllimlərin uzun illərdir tətbiq edilən “dərs saatı”na əsaslanan əmək modelindən çıxaraq “günlük iş rejimi”nə, yəni tam iş saatı ilə işləməsinə keçid məsələsidir. Bu dəyişiklik müəllimin yalnız dərs saatına görə yox, bütövlükdə iş gününə görə qiymətləndirilməsi, maaş sisteminin dəyişməsi, işin mahiyyətinin yenidən formalaşması kimi mühüm nəticələr doğurur. Sözgedən model həm üstünlüklərə, həm də çətinliklərə malikdir. 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında əvvəlcə müsbət məqamlara toxunub.  Deputat bildirib ki, saat hesabı sistemində müəllim yalnız sinifdə keçdiyi dərsə görə əmək haqqı alırdı. Lakin müəllimin real iş yükü təkcə dərslə məhdudlaşmır: hazırlıq, yoxlama, metodik iş, valideynlərlə ünsiyyət, fərdi dərslər və s. Parlament üzvünün sözlərinə görə, yeni modeldə bu fəaliyyətlərin hamısı “iş vaxtı”nın tərkib hissəsi hesab olunur ki, bu da əməyin daha ədalətli qiymətləndirilməsinə səbəb olur: 

"Tam iş rejiminə keçən müəllimlərin maaşının artacağı gözlənilir. Çünki yeni modeldə sabit əmək haqqı sistemi tətbiq olunur, dərs saatlarının artıb-azalması maaşa ciddi təsir etmir. Bu isə peşəyə marağı artırır, xüsusilə gənc müəllimlərin cəlb olunması baxımından müsbət addımdır. Müəllimin məktəbdə bütün gün olması, dərs planlaşdırmasını, kollektivdə metodik iş aparmağı, təcrübə paylaşımını, şagirdlərlə fərdi və əlavə məşğuliyyəti asanlaşdırır. Bu isə tədrisin keyfiyyətini yüksəldə bilər. Məktəb rəhbərliyi müəllimlərin iş vaxtını daha səmərəli planlaşdıra bilər. Məsələn, dərsdənkənar məşğələlər, kiçik qruplar üçün hazırlıq, zəif şagirdlərlə fərdi iş, olimpiada hazırlığı yeni rejimdə məktəb daxilində optimal şəkildə bölüşdürülə bilər".

Parlamentari qeyd edib ki, bu, "hazırlıq" dərslərinin azalmasına səbəb ola bilər: 

"Tam iş rejiminə keçən müəllimlərdə əlavə qazanc üçün repetitorluğa ehtiyac nisbi olaraq azalır. Bu isə məktəb təhsilinin keyfiyyətini artırmağa yönəldilmiş məqsədlərdən biridir".

C.Məmmədov qərarın digər mə qamlarına da münasibət bildirib: 

"Saat hesablı sistemdə müəllim dərslərini bitirdikdən sonra boş vaxtını sərbəst planlaşdıra bilirdi. Günlük rejimdə isə müəllim günün böyük hissəsini məktəbdə keçirməli olacaq. Bu ailəli və uşaqlı müəllimlər, paralel iş yeri olanlar, uzun məsafədən gələn müəllimlər üçün əlavə çətinlik yarada bilər. Gündəlik iş rejimi tələb edir ki, müəllim otaqları geniş və rahat olsun, internet və kompüter təminatı gücləndirilsin, müəllimlər üçün iş guşələri yaradılsın. Bir çox məktəbdə bu şərait hələlik tam uyğun deyil. Bu çatışmazlıqlar aradan qaldırılmadan tam iş rejiminə keçid narazılıqlar yarada bilər. Müəllimin məktəbdə bütün gün olması bəzən əlavə funksiyaların yüklənməsi ilə nəticələnə bilər. Artıq hesabatların verilməsi, formal toplantıların çoxalması, lazımsız inzibati tapşırıqlar və s. Bu isə müəllim peşəsinin mahiyyətini zəiflədə bilər".

Millət vəkili əlavə edib ki, bəzi müəllimlər saat hesablı sistemdə paralel olaraq hazırlıq dərsləri, repetitorluq, əlavə layihələrdə iş kimi gəlir mənbələrinə malik idilər: 

"Tam iş rejimi onlara bu fəaliyyətləri məhdudlaşdıra bilər. Bu da ümumi gəlirin azalmasına səbəb ola bilər. Uzun illər saatlıq rejimdə işləyən müəllimlərin birdən-birə “ofis rejimi”nə keçməsi psixoloji narahatlıq yarada bilər. Təhsil sahəsində hər islahatın uğuru üçün adaptasiya dövrü çox vacibdir. Müəllimlərin saat rejimindən günlük iş rejiminə keçməsi Azərbaycan təhsilində mühüm və strateji islahat addımıdır. Bu islahat: müəllimin əməyinin dəyərini artırmaq, tədrisin keyfiyyətini yüksəltmək, müəllim peşəsinə nüfuz vermək məqsədi daşıyır. Bununla belə, real tətbiqdə ciddi hazırlıq, infrastrukturun yenilənməsi, məktəb rəhbərliyinin və müəllimlərin adaptasiyası tələb olunur. Düzgün planlaşdırıldığı halda bu model təhsilin keyfiyyətində müsbət dönüş yarada bilər. Lakin hazırlıqsız, sürətli tətbiq olunsa, həm müəllimlərin məmnuniyyətsizliyini, həm də qarşıdurmaları artıra bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri