Icma.az
close
up
RU
Müəllimlərin maaşı iş ilə bağlı YENİ QAYDA nə vəd edir?

Müəllimlərin maaşı iş ilə bağlı YENİ QAYDA nə vəd edir?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin ötən həftə keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı əsas diqqətçəkən məsələlərdən biri də müəllimlərin əməkhaqqısının müəyyənləşdirilməsi prinsipləri ilə bağlı olub.

Elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında bildirib ki, hazırda gündəmdə olan təkliflərdən biri müəllimlərin əməkhaqqı yükünün dərs saatlarına deyil, onların ümumi iş saatlarına əsaslanaraq hesablanmasıdır.

“Sertifikasiyada məqsədlərdən biri də müəllimlərin əməkhaqqının artmasıdır. Əməkhaqqı dərs saatı ilə bağlıdır. 30% müəllimin 24 saat dərsi var, 29,4 %-i isə 24 və daha çox dərs alan müəllimlərdir. Onların əməkhaqqı 1300-1500 manat arası dəyişir. Müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata bərabərdir. Sertifikasiya prosesi yekunlaşandan sonra orta aylıq əməkhaqqı da artacaq. Müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək. Növbəti mərhələdə biz müəllimlərin əməkhaqqının artmasının başqa yollarını düşünürük və təkliflər təqdim edəcəyik”, - nazir müavini parlamentdə bildirib.

Müzakirə olunan və sözügedən təklifin müəllimlərin əməkhaqqısına necə təsir edəcəyi isə hələlik məlum deyil.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, ümumiyyətlə, bu məsələni müzakirə edərkən bir neçə mühüm məqam nəzərə alınmalıdır. Onun sözlərinə görə, əgər prosesdə dəyişiklik ediləcəksə, bu, bütövlükdə sistemin yenidən qurulmasını tələb edəcək. Bir sözlə desək, bütün sistemə yenidən baxmaq zərurəti yaranacaq.

“Müəllimlərin əməkhaqqısı hər zaman onların dərs yükünə - yəni keçdikləri dərs saatlarına əsasən hesablanıb. Əgər bu mexanizmi orta məktəblərdə dəyişmək niyyətindəyiksə, onda ali təhsil müəssisələrində bu proses necə tənzimlənəcək? Bununla bağlı sual yaranır. Məhz bu baxımdan düşünürəm ki, məsələ ilə bağlı aydın və rəsmi açıqlamanı Elm və Təhsil Nazirliyi versə, daha məqsədəuyğun olar”.

Deputatın fikrincə, əməkhaqqının əvvəlki qaydada - yəni dərs saatlarına uyğun hesablanması daha məntiqlidir:

“Çünki əgər dəyişiklik ediləcəksə, o zaman eyni prinsip universitetlərdə də tətbiq olunmalıdır. Ali təhsil müəssisələrində çalışan müəllimlərin bir çoxu isə bir neçə yerdə fəaliyyət göstərir və bu da məsələnin daha mürəkkəb xarakter almasına səbəb olur”.

Millət vəkili, həmçinin vurğulayıb ki, dərs yükünə görə əməkhaqqının hesablanması indiyə qədər məlum və anlaşılan sistem olub:

“Amma əgər yeni model saat əsasında hesablanacaqsa, bu prosesin necə həyata keçiriləcəyi və hansı formada tətbiq olunacağı barədə aydınlıq gətirilməlidir. Əgər bu dəyişiklik müəllimlərin əməkhaqqısına müsbət təsir göstərəcəksə, düşünürəm ki, bu, uğurlu bir addım kimi qiymətləndirilə bilər. Lakin əgər dəyişikliklər nəticəsində əməkhaqqının artımı ciddi şəkildə hiss olunmayacaqsa, bu, cəmiyyət arasında geniş müzakirələrə səbəb olacaq.

Ona görə də hesab edirəm ki, məsələ ciddi şəkildə araşdırılmalı, beynəlxalq təcrübə də diqqətlə öyrənilməlidir. Qeyd etmək vacibdir ki, son illər təhsil sahəsində davamlı islahatlar həyata keçirilib, lakin bu dəyişikliklər zamanı beynəlxalq təcrübəni nəzərə almaq və balansı qorumaq xüsusilə vacibdir",- deyə C.Məmmədov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri