Icma.az
close
up
RU
Müəllimlərin maaşından pul kəsilə bilərmi? Qanun nə DEYİR?

Müəllimlərin maaşından pul kəsilə bilərmi? Qanun nə DEYİR?

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə regionlardan birində yerinə yetirməli olduqları işləri gecikdirən müəllimlərin cərimələnməsi ilə bağlı məlumatlar yayılıb.

Müəllimlər doğrudanmı cərimlənə bilərlər? Bunun hansı hüquqi əsasları var?

Redaktor.az xəbər verir ki, sözügedən proses Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir.

Belə ki, məcəlləyə əsasən, işçi vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin əsaslarını müəyyən edir: “Maddə həm işçilərə, həm də işəgötürənlərə aid olsa da, onların məsuliyyətə cəlb olunma qaydaları və tətbiq edilən tədbirlər hüquqi baxımdan fərqlənir.
Qanunvericiliyə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, vəzifələrini keyfiyyətsiz icra etdikdə, daxili intizam qaydalarını pozduqda və ya əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əməl etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb oluna bilər. Bu zaman işəgötürən işçiyə töhmət verə, sonuncu xəbərdarlıqla şiddətli töhmət tətbiq edə, kollektiv müqavilədə nəzərdə tutulduğu halda cərimə edə və ya qanunda müəyyən edilmiş əsaslar olduqda əmək müqaviləsinə xitam verə bilər.

Burada mühüm məqam ondan ibarətdir ki, işçilərə münasibətdə nəzərdə tutulan intizam tənbehləri birbaşa işəgötürən tərəfindən tətbiq edilir. Yəni töhmət, şiddətli töhmət, cərimə və ya əmək müqaviləsinə xitam verilməsi barədə qərarı məhkəmə və ya başqa dövlət orqanı deyil, işəgötürən qəbul edir”.

Hüquqşünas qeyd edib ki, işəgötürənə münasibətdə isə 186-cı maddə onun da əmək qanunvericiliyindən irəli gələn vəzifələrə əməl etməli olduğunu və bu vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıya biləcəyini nəzərdə tutur: “Lakin işəgötürən özünə qarşı intizam tənbehi tətbiq edə bilməz. Onun intizam məsuliyyətinə cəlb edilməsi müəssisənin mülkiyyətçisi, onu vəzifəyə təyin etmiş səlahiyyətli şəxs və ya dövlət müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Buna görə də maddədə işçilər üçün nəzərdə tutulan intizam tənbehləri ilə işəgötürənin məsuliyyətə cəlb olunması mexanizmi eyni hüquqi mahiyyət daşımır.

Beləliklə, Əmək Məcəlləsinin 186-cı maddəsi bir tərəfdən işçilərin əmək intizamına əməl etməsini təmin edən intizam tənbehlərini, digər tərəfdən isə işəgötürənin öz vəzifələrini pozduğu hallarda onun məsuliyyətə cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri