Icma.az
close
up
RU
Müəllimlərin rolu yalnız bilik ötürmək deyil, həm də uşaqları öyrənməyə həvəsləndirməkdir Əməkdar müəllim

Müəllimlərin rolu yalnız bilik ötürmək deyil, həm də uşaqları öyrənməyə həvəsləndirməkdir Əməkdar müəllim

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yeni tədris ilinin başlanması həm valideynlər, həm də müəllimlər üçün xüsusi məsuliyyət tələb edir. Bu dövrdə uşaqların dərslərə münasibəti, öyrənmə həvəsi və ümumi inkişafı daha çox böyüklərin yanaşmasından asılıdır. 

Yeni tədris ilində valideynlər və müəllimlər hansı nüanslara diqqət etməlidirlər ki, uşaqlar daha məsuliyyətli və uğurlu olsunlar? Dərs prosesi zamanı müəllimlər dərsi uşaqlar üçün necə maraqlı edə bilərlər?

Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, yeni tədris ili başlayıb və bu dövr həm valideynlər, həm müəllimlər, həm də şagirdlər üçün yeni hədəflər və məsuliyyətlər deməkdir:

"Uğurlu nəticə üçün hər kəsin rolu vacibdir. Valideynlərin əsas vəzifəsi övladlarının gündəlik rejiminə, dərs hazırlığına və psixoloji dəstəyinə diqqət göstərməkdir. Uşaqların məsuliyyət hissini formalaşdırmaq üçün onlara kiçik öhdəliklər vermək, hər nailiyyətini dəyərləndirmək və qiymətdən çox səylərinə fokuslanmaq daha faydalıdır".

Müsahibimiz qeyd etdi ki, evdə yaradılan sakit və müsbət mühit uşağın tədrisə marağını birbaşa artırır.

"Müəllimlərin rolu isə yalnız bilik ötürmək deyil, həm də uşaqları öyrənməyə həvəsləndirməkdir. Dərslərin maraqlı, interaktiv, gündəlik həyatla əlaqəli qurulması, fərdi yanaşma və motivasiyaedici ünsiyyət uşaqlarda dərsə marağı gücləndirir. Sinifdə müsbət, təhlükəsiz mühitin yaradılması isə onların sərbəst düşünməsinə və səhvdən qorxmadan öyrənməsinə şərait yaradır. Valideynlə müəllim arasındakı əməkdaşlıq nəticəsində uşaqlar yalnız bilik qazanmır, həm də məsuliyyətli, özünə inamlı və uğura yönəlmiş şəxsiyyət kimi formalaşırlar", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see236

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see220

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see180

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see138

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see134

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see130

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri