Icma.az
close
up
RU
Müəllimlik bir aktyorluqdur, səhnəni elə aparmalısan ki, şagird sənə diqqət ayırsın” AÇIQLAMA

Müəllimlik bir aktyorluqdur, səhnəni elə aparmalısan ki, şagird sənə diqqət ayırsın” AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi valideynlər düşünür ki, hazırkı dərsliklər ibtidai sinif şagirdləri üçün həddindən artıq çətindir. Valideynlər daha çox ingilis dili dərsliklərinin ibtidai sinif üçün çətin olduğundan şikayətçidirlər. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.

Bəs aşağı sinif şagirdləri üçün ingilis dili dərslikləri həqiqətən də mürəkkəbdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eskperti Ramin Nurəliyev bildirdi ki, o, özü də bu hallarla qarşılaşıb. Dediyinə görə, aşağı siniflərdə tapşırıqlarda bir az çətinlik dərəcəsi var, amma tam da çətin deyil:

“Valideynlərə çətin gəlməsinin səbəbi odur ki, onların tədris aldığı vaxt kurikulum sistemi yox idi. Valideynlərə dərslər kurikulumla keçirilsəydi, onlar çətinlik qarşısında qalmazdı, onlar əvvəlki metodla tədris prosesi gördüyü üçün indiki kurikulumla olan dərs prosesi valideynlərə çətin gəlir. Nazirliyin kitablara saldığı tapşırıqlar da, kurikulum sisteminə uyğun olaraq normal səviyyədədir”.

Ekspertin sözlərinə görə, ölkəmizdə bəzi müəllimlər var ki, müasir texnoloji avadanlıqlardan istifadə edərək beynəlxalq tədris prosesinin müəyyən bir hissəsini ölkəmizə gətirməyə çalışır.

"Avropada, xüsusilə də Amerikada təhsil prosesi şagirdə əyləncəli şəkildə tədris olunur. Xaricdə universitetə qəbul olmaq asan, oxumaq isə çətindir, bizdə isə universitetə qəbul olmaq çətin, universitetdə oxumaq asandır. Amerikada şagirdlərə riyaziyyatı əyləncəli şəkildə öyrədirlər. Sanki riyaziyyatı əyləncə formasında oxuyurlar. Bizdə bir ingilis dili müəllimi var idi, ingilis dilini mahnıyla öyrətməyə çalışırdı, aktyorluq sənətindən peşəkarcasına yanaşaraq tədris prosesini əyləncəli həyata keçirirdi.

Bizim bir müəllimimiz var idi, deyirdi ki, müəllimlik bir aktyorluqdur, yəni sən səhnədəsən. O səhnəni elə aparmalısan ki, dinləyici, yəni şagird sənin tədris prosesini tam anlaya bilsin və sənə diqqət ayırsın”, - deyə Ramin Nurəliyev qeyd etdi.

Ekspertin fikrincə, ingilis dili dərsləri də əyləncəli formada çətinləşdirilməyərək, sevdirilərək tədris olunsa, daha yaxşı olar:

"Dil biliklərini sadələşdirmək yolverilməzdir, onun əvəzinə əyləncəli olaraq izah etmək daha yaxşıdır. Əyləncəli dedikdə, məsələn, lüğət verib söz əzbərlətməkdənsə, ingilis dilində səhnələşdirilmiş bir mətni tətbiq edə bilər və ya ingilis dilində bir müsiqini əzbərlətdirib onun Azərbaycan dilində mənasını öyrədə bilər və yaxud dialoqlardan istifadə edərək ingilis dili dərslərini daha cazib formaya gətirə bilərlər”.

BƏNÖVŞƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri