Icma.az
close
up
RU
Müğənni efirdə ərinə xəyanət etdiyi dedi... Biabırçılığın dəhşətli nəticəsi

Müğənni efirdə ərinə xəyanət etdiyi dedi... Biabırçılığın dəhşətli nəticəsi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar Azərbaycanda boşananların sayında ciddi artım müşahidə olunur. Onların arasında təkcə gənclər deyil, 50-60 yaşdan yuxarı şəxslər də var. Bu isə ictimaiyyətdə narahatlıq yaradır.

20-30 ildən çoxdur, evliliyini qoruyan insanlar niyə boşanır?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, bu məsələ cəmiyyətdə xroniki sosial anemiya halını alıb:

“Əvvəllər Azərbaycanda boşanmanı faciə kimi qəbul edirdilər. Belə şəxslərə yaxşı baxmırdılar. Cəmiyyətin bu məsələyə xüsusi diqqəti boşanma halını azaldırdı. Amma bu, sovet dövrünə qədər belə idi. Ondan sonra cəmiyyətimiz sanki düşüncə transformasiyası yaşayır, ictimai qınaq azalır. Beləliklə də, liberal dəyərlər daha çox üstünlük təşkil edir. Nəticədə insanlar eqoist, zövqə düşkün həyata meyillənirlər. Azərbaycanda boşanmaların statistikasında heç vaxt olmayan qədər artım tendensiyası var. 2024-cü ildə 49 min 508 nikah, 21 min 384 boşanma qeydə alındı. Adətən uşaqlar ailələri bağlayan, boşanmaların qarşısını alan bir halqa hesab olunardı. Bu gün təəssüf ki, boşanların 50-60 faizi məhz uşaqlı ailələrdəndir. Bu isə insanların ailə, uşaq məsuliyyəti dərk etməməsindən xəbər verir”.

Üzeyir Şəfiyev

Sosioloq bildirib ki, Avropa ölkələrində, əsasən İngiltərədə 50 yaşdan sonra verilən ayrılma qərarını “boz boşanma” adlandırırlar:

“Ölkəmizdə statistikaya görə, evliliyin ilk 5 ilində boşanma baş verirdi. Lakin bu gün Azərbaycanda 4 mindən çox “boz boşanma” mövcuddur. Əvvəllər kiminsə təzyiqi, təklifi ilə ailə həyatı qururdular və cəmiyyətin qınağı ilə boğulsalar da, münaqişəli həyat sürsələr də ayrılmırdılar. Boşanmaların artma səbəblərindən biri saxta hallarla bağlıdır. Məsələn, bəziləri xaricdə vətəndaşlıq almaq üçün boşanır, əcnəbi ilə ailə qururlar. Yaxud məcburi köçkün statusununa qayıtmaq və ya sosial yardım üçün rəsmi qaydada ayrılırlar. Real hadisələrin səbəbi isə əsasən məişət zorakılığı, maddi vəziyyət, xəyanət, xarakter uyğunsuzluğu ilə əlaqəlidir”.

Üzeyir Şəfiyev boşanmaların artmasında məşhurların da rolunu vurğulayıb:

“Tanınmış simalar ayrılığı təbliğ edirlər. Bu gün hansısa bir müğənni saytda, efirdə boşandıqdan sonra gözəlləşdiyini deyirsə, təbii ki, boşanma sayı da artacaq. Yaxud düşünün, bir ifaçı açıq şəkildə ərinə xəyanət etdiyini açıqlayır. Bu, ailə dəyərlərinin deqradasiyaya uğradılmasıdır. Qərb güc mərkəzləri klassik ailə insitutunu hədəfə alıb. Bəzi efirlərdə bunu açıq görürük. Hətta olmayan şeylər real ailə hadisəsi kimi təqdim olunur. Eyni zamanda ailə problemləri efirlərə daşınır və “gender bərabərliyi” adı altında ölkəmizdə məqsədli şəkildə kişi-qadın qarşıdurması yaradılır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri