Müğənninin maşınına hücum etdilər “Çox xahiş edirəm, bu şəxsi tapsınlar” VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Nüşabə Musayevanın maşınına hücum ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.
Nüşabə deyib ki, hadisə gecə saatlarında baş verib:
“Mənim yaxınıma gələ bilməyn şəxs, maşınıma yaxın dura bilər. Şikayət etmək xarakterimdə yoxdur. Nə üçünsə, etmərəm ki, xərcimi ödəsin. Onsuz da sabah aparıb təmir etdirəcəyəm. Sadəcə kimliyini və mənə nə üçün bunu etdiyini, bilmək istəyərəm. Binadan daş atıla bilməz. Mən gecə 2-də marketə getmişəm, belə deyildi. Bu hadisə 3-4-də baş verib.
Qəsdən olub. Zərbəylə yalnız bir nöqtəyə vurulub, yüz faiz yaxınlaşıb elə vurub. Hətta daş içəri düşüb. Kimliyini bilmək üçün Daxili İşlər Nazirliyinə müraciət edirəm. Çox xahiş edirəm, bu şəxsi tapsınlar, niyəsini bilmək istəyirəm. Mənim bu dərəcədə düşmənlik etdiyim kimsə yoxdur. Bu maşınımı digərinin yanında saxlamışam. Bəlkə də onun mənim olduğunu bilməyiblər.
Mənim sözüm olanda ad çəkirəm, sözümü deyirəm. Adam düşmənlik edəndə də mərd kimi edər, həyatını kişi kimi yaşayar. Qadın, ya kişi fərqi yoxdur. Bu, sənin xoşuna gəlməsə, yenə özünə deyərəm, Sözün var, gəl mənə de. Qatil, cani deyiləm, ədavəti üz-üzə edərlər, canıma gələn malıma gəlsin” (Bizim.Media).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















