Icma.az
close
up
RU
Müğənninin qanadının altına girib, pul verib.... Maestro Ceyhundan ŞOK ETİRAF

Müğənninin qanadının altına girib, pul verib.... Maestro Ceyhundan ŞOK ETİRAF

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mən həmişə yaxşı verlişlərə çıxıram. Əgər, məni efirlərdə az-az görürsünüzsə, deməli, efirlərdə yaxşı verlişlər azalıb.

Bu sözləri News24.az-a açıqlamasında Maestro Ceyhun deyib.

İfaçı hazırda pedaqoq kimi də fəaliyyət göstərirdiyini bildirib. 

"Onlayn şəkildə də bunu həyata keçirirəm. Tələbələrim tək Azərbaycandan yox, eyni zamanda Cənubi Azərbaycandan, Türk dünyasından, Orta Asiyadan, Avropa və Ərəbistandandır".

Maestro skiripka sənətindəki boşluqlar haqda da danışıb:

"Etiraf edək ki, məndən sonra skiripka sənətində vəziyyət ürəkaçan deyil. Çünki skiripka ifaçılarının böyük əksəriyyəti öz üzərlərində  işləmək, solo repertuarlar hazırlamaq, bundan başqa, əsərlər üzərində işləmək əvəzinə, gedirlər hansısa müğənninin qanadının altına girib, toylara getmək üçün bu yolu seçirilər. Toyda da muğənni bunlara qalx deyəndə qalxır, əlini endirəndə əyləşir, ifa etdiyi repertuar da bir yerə qədərdir. Böyük əksəriyyətində yeni üslub, muasir yaradıcılıq, demək olar ki, yoxdur. Toylara görə dar bir çərçivədə fəaliyyət göstərirlər, solo yaradıcılıq da yaddan çıxır. Çox acınacaqlı bir durumdur. Hətta bəziləri bunu maddi vəziyyətlə əlaqələndirə bilərlər, ancaq vaxt olub ki, mən də ölkənin ən öndə gedən müğənniləri ilə bərabər çalışmışam. O vaxtlar Aygün Kazımova, Faiq Ağayev, Xəyyam Nisanov kimi ulduzlarla çalışmışam, bu gün də dostluq edirik. Məsələ bunda deyil. Muğənni ilə işləyirsən, toylara gedirsən, arada öz solo sənətinə də bax, yaradacılığa vaxt ayır.

Sağlıqlarına qismət, elə skripika ifaçıları var ki, ayın 20 günü müğənnilərlə toya gedirlər, ancaq gedin baxın, alətlərinin vəziyyəti nə gündədir, simləri xarab. Nə fikirləşirlər, Allah bilir".

Yeni əsərlər üzərində işlədiyini deyən C.İsmayılov bildirib ki, formatı yerində qalır, öz əsərlərini yazır, mahnılarını bəstələyir. 

"Yaxın zamanda "Ver əlini, gəl ömrümə" bəstəmiz işıq üzü görəcək. 

Düşünürəm ki, 2025-də yadda qalan, sevilən ifalarım olacaq. Onu da deyim ki, daha çox sənətimlə məşğulam, insanların gözünü "ağrıdan", boş-boş verlişlərə çıxmıram. Heç insanlar da o verlişlərə, mənasız proqramlara baxmırlar. Misal üçün sizin saytı izləyirəm, oxuyuram, müsahibə verirəm. 

Ancaq bəzi sənətçilər var ki, bəzi junralistlərə pul verib, müxtəlif xəbərlər yazdırırlar. Ay, toyda filan qədər pul verdilər, maşın verdilər. Hətta müğənni jurnalistə pul verib ki, toyda bir nəfər başıma pul səpəcək, onu çək, paylaş. İnanın, ucuz söhbətlər heç kimə lazım deyil. Dünyanın heç bir yerində belə şeylər yoxdur. Bizim şou-biznes dünyadakı şou-biznes kimi inkişaf etməlidir". 

Ağa Dadaşzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri