Müharibə başlayandan bəri İranın neçə universitetinə hücum edilib? Rəsmi AÇIQLAMA
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simai Sərraf bildirib ki, 28 fevraldan bəri ABŞ və İsrail ölkədə 30 universitetə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.
Nazirin sözlərinə görə, düşmən açıq şəkildə universitetləri və tədqiqat müəssisələrini hədəfə alıb. O qeyd edib ki, laboratoriyalar, sinif otaqları və tələbə yataqxanaları zərbələrə məruz qalıb və indiyədək ölkə üzrə 30 universitet hücuma məruz qalıb.
Hüseyn Simai Sərraf vurğulayıb ki, Tehran ABŞ və İsrailin bu hücumlarını düşmənin “ümidsizliyi və çarəsizliyinin” göstəricisi kimi qiymətləndirir, çünki onların İran silahlı qüvvələri ilə birbaşa toqquşmada nəticə əldə edə bilmədikləri iddia olunur.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 06 Aprel 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















