Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli liderin məzarını ziyarət edib, məzar önünə çələng və gül dəstələri qoyublar.
Daha sonra veteranlar görkəmli akademik Zərifə Əliyeva və tanınmış dövlət xadimi Əziz Əliyevin də məzarlarını ziyarət ediblər.
Fəxri Xiyabanda veteranlar qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Ulu öndərin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında Heydər Əliyev siyasi kursunun dayandığını bildirib.
Veteranlar həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiram hissi ilə yad ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 09 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















