Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Müharibə kimindir? ABŞ Çin rəqabəti yalnız ticarət masasında qalmadı, artıq Yaxın Şərq səmasındadır

Müharibə kimindir? ABŞ Çin rəqabəti yalnız ticarət masasında qalmadı, artıq Yaxın Şərq səmasındadır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baş nazir Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman İsrail hökumətinin mesajını çatdırıb ki, İsrail İrana qarşı “Aslanın oyanışı” əməliyyatında məqsədlərinə nail olub və ABŞ prezidenti Donald Trampla razılaşaraq atəşkəs rejimini qəbul edib. "Əməliyyatın strateji məqsədlərinə nail olunması ilə əlaqədar və prezident Trampla tam razılıq əsasında İsrail onun ikitərəfli atəşkəs təşəbbüsünü qəbul edib. İsrail atəşkəs şərtlərinin istənilən pozulmasına maksimum qətiyyətlə cavab verəcək", - o Telegram kanalında yazıb.Atəşkəs elan edildiyi an 3-cü dünya müharibəsinin qapısındanmı qayıtdıq, yoxsa, ABŞ-ın Çinlə iqtisadi müharibəsinin siyasi gedişini izlədik?İsrail və İran bu qısamüddətli münaqişədən nə qazandı və indi atəşkəsdən nə qazanacaq?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaxın Şərqdə son gərginlik həqiqətən də beynəlxalq ictimaiyyəti bir neçə günlüyə üçüncü dünya müharibəsinin astanasına sürüklədi, lakin regional güclər və qlobal oyunçular, xüsusilə ABŞ və Çin genişmiqyaslı toqquşmadan yayınmaq üçün təmkin nümayiş etdirdilər.

Tural İsmayılov

Politoloq hesab edir ki, ABŞ burada bir balans siyasəti apardı – həm İsraili dəstəklədi, həm də İranla uzunmüddətli hərbi qarşıdurmadan qaçdı: “Bu, Vaşinqtonun Yaxın Şərqdəki maraqlarını qorumağa çalışarkən Çinlə olan iqtisadi və texnoloji müharibəni arxa plana atmamaq cəhdidir. İran bu toqquşmada hərbi gücünü nümayiş etdirməklə yanaşı, daxili ictimaiyyətdə milli birliyi gücləndirməyə çalışdı. İsrail isə hava hücumundan müdafiə sistemlərinin effektivliyini və diplomatik dəstəyini sübut etdi. Hər iki tərəf üçün bu münaqişə həm bir güc nümayişi, həm də diplomatik fürsət oldu”-deyən Tural İsmayılov qeyd edib ki, atəşkəsin elan olunması müvəqqəti sabitlik deməkdir, lakin bu, dərinləşmiş ziddiyyətlərin həlli anlamına gəlmir.

“İsrail atəşkəslə vaxt qazandı – həm siyasi liderlik böhranını yubatdı, həm də regiondakı manevr imkanlarını artırdı. İran atəşkəslə beynəlxalq təzyiqləri bir qədər yumşaltmağa çalışacaq”-deyən politoloqun fikrincə, üçüncü dünya müharibəsi real təhlükə olaraq qalır, lakin hazırkı mərhələdə daha çox "geosiyasi şahmat oyunu" gedir. ABŞ-Çin rəqabəti artıq yalnız ticarət masasında deyil, Yaxın Şərqdəki hadisələrin arxasında da hiss olunur.

Tural İsmayılov bildirib ki, hazırkı atəşkəs böyük güclərin lokal münaqişələri necə idarə etdiyini göstərdi.

“Bu hadisə gələcəkdə beynəlxalq hüququn deyil, güc balansının sabitliyi təmin etdiyini bir daha sübut etdi. İran və İsrail arasındakı bu epizod yeni soyuq müharibə cəbhələrinin formalaşmasının göstəricisidir. Qısamüddətli qazanc kimi görünən sabitlik əslində uzunmüddətli qeyri-müəyyənliyin başqa bir adıdır. Diplomatik kanalların aktivləşməsi gərginliyin tam yox, sadəcə ertələndiyini göstərir. Dünyanın təhlükəsizlik arxitekturası dəyişmək üzrədir və bu tip münaqişələr bu dəyişimin səhnə arxası repitisiyalarına çevrilir”-deyən politoloq vurğulayıb ki, hazırkı dünya düzənində atəşkəs – sülh yox, sadəcə fasilədir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see205

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see201

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see185

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see178

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see172

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see166

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see159

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see157

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see152

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see151

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see145

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see143

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see141

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see141

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see141

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see139

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see139

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri