Icma.az
close
up
RU
Müharibə zamanı yalnız fiziki yox, həm də mənəvi və siyasi itkilər baş verir POLİTOLOQ ŞƏRH ETDİ

Müharibə zamanı yalnız fiziki yox, həm də mənəvi və siyasi itkilər baş verir POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Müharibənin gedişi və onun davamında həyata keçirilən xüsusi əməliyyatlar təbii olaraq genişmiqyaslı dağıntılar və insan tələfatı ilə nəticələnir. Bu da həm cəmiyyətlərdə, həm də beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Müharibələrin ən ağrılı tərəfi ondadır ki, onlar insan yaddaşında sağalmaz yaralar qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu yaralar zamanla unudulmur, əksinə, daha da dərinləşir və gələcək nəsillərə ötürülür: "Digər tərəfdən, müharibə zamanı yalnız fiziki yox, həm də mənəvi və siyasi itkilər baş verir. İnsan tələfatı birinci dərəcəli məsələdir. Ardınca, ölkələrin infrastrukturunun dağıdılması, müasir texnologiyalar əsasında istehsal olunan silah və sursatların istifadəsi gəlir. Bu silahlar son dərəcə dağıdıcı gücə malikdir və bu da vəziyyəti daha da gərginləşdirir. Bütün bu səbəblərə görə, müharibənin tez bir zamanda dayandırılması yalnız münaqişə tərəfləri üçün deyil, bütün region və dünya üçün həyati əhəmiyyət daşıyır. Bu məsələ təkcə Rusiya və Ukrayna üçün deyil, bütün ölkələr – o cümlədən Azərbaycan üçün də aktualdır. Müharibə davam etdikcə yeni gərginlik ocaqları yaranır, bu da siyasi münasibətlərə mənfi təsir göstərir.

Məsələn, Azərbaycanla bağlı bəzi təxribat xarakterli iddialar irəli sürülür. Rusiyadakı müəyyən dairələr guya Azərbaycanın Ukraynaya yardım etdiyini və buna görə də onların "düşməni" olduğunu iddia edirlər. Bu, olduqca səthi və reallıqdan uzaq bir yanaşmadır. Halbuki Azərbaycan həm Rusiyanın strateji tərəfdaşı, həm də qonşusudur. Eyni zamanda, Ukrayna ilə də dostluq münasibətlərimiz mövcuddur.

Əgər Azərbaycan humanitar yardım göndərirsə, bu, hərbi dəstək demək deyil. Bunu bilərəkdən təhrif etmək və Azərbaycanın adını ləkələmək cəhdləri qəbuledilməzdir. Biz dostluq və əməkdaşlıq siyasəti yürüdürük. Eyni vaxtda həm İranla, həm də İsraillə münasibətlərimiz var. Türkiyə ilə Rusiya arasında gərginlik yarananda Prezident İlham Əliyev vasitəçi kimi çıxış etdi və bu münasibətlərin tarazlı və sabit formada bərpa olunmasına çalışdı. Azərbaycan bu prosesdə də uğur qazandı.

Bu fakt onu göstərir ki, Azərbaycan müharibənin deyil, sülhün, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Bizim mövqeyimiz sadəcə imic yaratmaq məqsədi daşımır. Azərbaycan müstəqil və suveren xarici siyasət yürüdür, bölgədə sülh və sabitlik üçün ardıcıl addımlar atır. Ermənistan istisna olmaqla, digər bütün ölkələrlə yaxın və qarşılıqlı faydalı münasibətlər qurmağa çalışırıq. Bu münasibətlər etimad və qarşılıqlı anlaşma üzərində qurulur.

Azərbaycan üçün vacib olan odur ki, həm Ukraynada, həm də Rusiyanın müvafiq bölgələrində sabitlik bərpa olunsun. Çünki Ukraynada yaranmış vəziyyət təkcə həmin ölkəyə deyil, bütün Şərqi Avropa regionuna təsir edir. Bu bölgə bizim üçün də iqtisadi və siyasi baxımdan böyük əhəmiyyətə malikdir. Müharibə nəticəsində enerji və nəqliyyat kommunikasiyaları iflic vəziyyətinə düşüb. Bütün bağlayıcı xətlər pozulub. Bu vəziyyətdən heç kim fayda götürə bilməz. Ona görə də Azərbaycan sabitliyin və əməkdaşlığın tərəfdarı kimi beynəlxalq sistemdə daha fəal mövqe tutur.

İllər keçdikcə Azərbaycanın qlobal proseslərdə rolu və töhfəsi artır. Bizim məqsədimiz aydındır: sabitlik və davamlı inkişaf təmin edilməlidir. Biz bölgəmizdə bu məqsədlərə nail olmağa çalışırıq. Təəssüf ki, Ermənistan hələ də əks istiqamətdə addımlar atır və bölgədə sabitliyi pozmaq istəyən dairələrin təsiri altındadır. Ermənistanın daxilində xalqın düşüncə tərzi dəyişdirilib. Xalqa elə fikirlər təlqin olunur ki, guya Azərbaycan və Türkiyə ilə daimi qarşıdurma vəziyyətində olmaq onlar üçün daha faydalıdır. Bu isə sağlam düşüncə məhsulu deyil. Bu, xarici qüvvələrin kənardan müdaxiləsi, kognitiv manipulyasiyası və regionda sabitliyi pozmağa yönəlmiş planlarının nəticəsidir. Ancaq Azərbaycan buna imkan verməyəcək. Biz bir tərəfdən qalib bir ölkə kimi çıxış edirik, digər tərəfdən isə regionda bütün ölkələrin ərazi bütövlüyünü və suveren hüquqlarını tanıyırıq. Biz istəyirik ki, sülh və sabitlik şəraiti beynəlxalq inteqrasiyanı daha da gücləndirsin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri