Müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək Ukraynalı deputat
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək.
Ölkə.az xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı İvan Krilenko Milli Məclisdə keçirilən QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib.
Onun sözlərinə görə, süni intellekt bu minilliyin bəlkə də ən vacib nailiyyətidir: "Hazırda düşünülür ki, süni intellekt insanlığa qarşı silahdır. Bu gün Avropanın mərkəzində - Ukraynada müharibə üç ildir davam edir. Biz sadəlövh olmamalıyıq. Suveren Ukrayna ərazisinə yüzlərlə tank, qırıcı təyyarələr daxil olub. Döyüş meydanlarında dronlar var. Dronu idarə edən pilotlara isə süni intellekt kömək edir. Obyektlərin bir çoxu məhz dron vasitəsilə vurulur. Bütün bunlar süni intellektin bir növüdür".
Deputatın fikrincə, müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək: "Müharibələrin əvəzində diqqəti başqa problemlərə, iqlim dəyişikliklərinə, pandemiyalara yönəldə bilərik".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















