Icma.az
close
up
RU
Müharibənin yeni mərhələsi: Ukrayna parçalanır, ya sülh müqaviləsi imzalanır?

Müharibənin yeni mərhələsi: Ukrayna parçalanır, ya sülh müqaviləsi imzalanır?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə borc müqabilində Ukrayna torpaqlarını ABŞ-yə verməyi təklif edib. Tramp bunun qarşılığında müharibənin yekunlaşacağını desə də, itirilmiş ərazilərin Kiyevə qaytarılacağını vəd etməyib. O bildirib ki, ABŞ xərclədiyi bütün pulları geri istəyir. Bunun üçün 500 milyard dollar ekvivalentində nadir torpaq minerallarını Ukraynadan tələb edir. Ukrayna da mahiyyətcə bununla artıq razılaşıb.

Trampın sözlərinə görə, ABŞ bundan sonra Ukraynaya dəstək ola bilər. Əbəs deyil ki, Zelenski də torpaq mübadiləsinə ümid edir və Kurskda ələ keçirdikləri əraziləri itirdikləri bölgələrlə dəyişdirməyi təklif edir. Ukrayna ərazisinin bir hissəsi onsuz da Rusiyanın nəzarətindədir və geri qaytarılması sual altındadır. Bu baxımdan, Zelenski daha çox torpaq mübadiləsinə ümid edir. Trampın şərti qəbul edilərsə, digər ərazilər də müəyyən mənada ABŞ-nin sərəncamına verilə bilər. Qeyd etmək yerinə düşər ki, artıq Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışıb şəxsi görüşlərinin təşkili barədə razılığa da gəliblər. Bir sıra məsələləri müzakirə edən dövlət başçıları təbii olaraq Ukraynada nizamlanma mövzusunu da müzakirə ediblər. Donald Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Vladimir Putin isə öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib və Donald Trampla razılaşıb ki, uzunmüddətli nizamlamaya sülh yolu ilə nail olmaq olar.

Bu, Ukraynanın bölünməsi deməkdirmi? Bu gedişata Ukrayna xalqı razı olacaqmı? Ümumiyyətlə, proseslər bundan sonra necə cərəyan edəcək?

Mövzunu Oxu.Az-a şərh edən politoloq Rəşad Bayramovun sözlərinə görə baş verənləri analiz edəndə, artıq görmək olur ki, Rusiya-Ukrayna müharibəsinin başlama səbəbləri təkcə Moskvanı qarşıdurmaya cəlb edib zəiflətmək və ya NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaqdan ibarət olmayıb:

"Yəni bu, yalnız yaxın və orta perspektiv üçün bir hədəf olub. Uzaq perspektivdə isə Ukraynanın dəyəri trilyonlarla dollarla ölçülən təbii ehtiyatlarla zəngin ərazilərinə bu və digər şəkildə nəzarəti ələ keçirmək, həmin təbii sərvətlərdə pay sahibi olmaqmış. Bu isə təsadüfi deyil. Çünki Ukrayna öz təbii ehtiyatlarına, zəngin təbii sərvətlərinə görə Avropanın ən varlı ölkələrindəndir. İndi də ABŞ Trampın timsalında artıq həmin təbii sərvətlər üzərində pay sahib olmaq istədiyini gizlətmir. Tramp hələ fevralın 3-də verdiyi açıqlamada açıq şəkildə bəyan etdi ki, ölkəsinə Ukraynadakı nadir təbii ehtiyatlardan istifadəyə girişə icazə verilməsi üçün Kiyevlə razılığa gəlmək istəyir. Tramp məhz bunun qarşılığında Kiyevə yardımın davam etdiriləcəyinə də işarə etdi və bildirdi ki, Ukrayna ilə elə bir sövdələşmə əldə etmək istəyir ki, onlar Vaşinqtonun verdiyi yardımları alsın, əvəzində nadir torpaq elementləri və digər məhsullarla bağlı təminat verilsin. Trampın bu bəyanatının məhz Zelenski ilə danışıqlardan sonra verilməsi, bu təklifə Ukrayna tərəfinin də isti yanaşdığını deməyə əsas verir. Hətta bu təklifin vaxtı ilə Zelenskinin qələbə planında yer aldığı da bildirilir".

"Zelenski 2024-cü ilin payızında Ukraynanın nadir təbii ehtiyatlara - uran, litium, titan və s. malik olduğunu bildirmiş və bunların Rusiyanın əlinə keçməsinə imkan verilməyəcəyini demişdi. O, həmin ehtiyatların əsas tərəfdaşlarla xüsusi istifadə edilməsini təklif etmişdi. İndi Tramp da buna uyğun olaraq Vaşinqtondan Kiyevə verilən və bundan sonra da veriləcək milyardlarla dollarlıq dəstəyi Ukraynanın hansısa yolla kompensasiya etməsini istəyir. Ukraynanın iqtisadi sistemi çox ağır durumdadır, istehsal azalıb, infrastruktur layihələri iflic olub. Belə vəziyyətdə Kiyevin ABŞ-nin maliyyə dəstəyinə çox böyük ehtiyacı var. Hətta müharibə indiki reallıqla bitsə, yəni işğal edilən ərazilər Moskvanın əlində qalsa, bu əraziləri heç kim Rusiya ərazisi olaraq tanımasa belə, atəşkəs sazişi əldə oluna bilər. Kiyev üçün ən ağır təkliflər ilə imzalanacaq atəşkəs sazişindən sonra belə Ukraynanın dağılmış infrastrukturunu bərpa etməsi, sənayenin inkişafı, dağılmış evlərin yerinə yenilərinin tikilməsi, şəhərlərin qurulması üçün trilyonlarla dollar vəsaitə ehtiyac olacaq. Təbii ki, indiki durumda da heç kim boş-boşuna həmin vəsaiti Ukraynaya ödəmək niyyətində deyil", - deyə analitik vurğulayıb.

O əlavə edib ki, bu baxımdan, Ukraynanın özü də məcburən indiyə qədər olan və gələcək yardımları kompensiya etmək, iqtisadiyyatı dirçəltmək üçün mütləq şəkildə investisiyalara əlavə ehtiyac duyacaq:

"Ona görə də müvafiq ərazilərin ABŞ-yə verilməsi yox, təbii ehtiyatlardan Ukraynaya maliyyə yardımı etmiş tərəfdaş ölkələrin birgə istifadəsi mümkündür. Yəni Ukrayna bu və digər şəkildə belə bir addım atmaq məcburiyyətində qala bilər".

Siyasi şərhçi Zeynal Əmrəliyev isə Oxu.Az-a açıqlamasında deyib ki, Trampın əsas məqsədi Çinin çökdürülməsi ilə bağlıdır:

"Çünki Çin uzun müddətdir ki, ABŞ-ni əsas bazarı olan Avropadan sıxışdırıb çıxarıb. Eyni zamanda, Panama və Kanada vasitəsilə Vaşinqtonu iqtisadi cəhətdən mühasirəyə alıb. Bu ölkələrə Trampın sanksiya tətbiq etməsi də bununla bağlıdır. Burada Rusiya amili də xüsusi rol oynayır. Çünki Çin məhz Rusiya vasitəsi ilə Avropa və Amerikaya ayaq açır, bu siyasəti Şimal qütbü vasitəsilə həyata keçirir. Bu da Ukrayna məsələsində ABŞ və Rusiyanın razılaşmalı olduğunu göstərir. Yəni Tramp Çinin önünün Rusiya tərəfindən kəsilməsi qarşılığında Ukraynada güzəştə getməlidir. Lakin Tramp Ukraynada həm də ABŞ-nin qazanmasına çalışır ki, onu tamamilə Rusiyaya vermiş kimi görünüb ittiham edilməsin. Mineral torpaqların ələ keçirilməsi siyasəti də məhz buna hesablanıb".

"Görünən odur ki, Ukrayna da, Qərb dünyası da bu reallıqla barışmalıdır. Lakin unutmaq olmaz ki, bu, hər şeydən əvvəl Ukraynanın suverenliyinə çox böyük təhlükədir. Bu baxımdan, nə Ukrayna xalqı, nə də tərəfdaş ölkələr buna razı olacaqlar. Bu da yeni etirazlarla yadda qala bilər", - deyə ekspert vurğulayıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri