Icma.az
close
up
RU
“Amnistiya mühüm siyasi və humanist addımdır” Kamaləddin Qafarov

“Amnistiya mühüm siyasi və humanist addımdır” Kamaləddin Qafarov

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin növbəti bariz təzahürüdür”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, müasir dünyada güclü dövlət anlayışı yalnız siyasi və hərbi imkanlarla deyil, həm də insan hüquqlarına, ləyaqətinə və sosial ədalətə göstərilən münasibətlə ölçülür. “Bu təşəbbüs göstərir ki, Azərbaycan hüquqi dövlət modelini formalaşdırarkən milli maraqlarla yanaşı, beynəlxalq humanitar dəyərləri də əsas prinsip kimi qəbul edir. Amnistiya qərarı ilə dövlətin cəmiyyətə verdiyi mesaj bundan ibarətdir ki, hüquq sistemi cəza mexanizmi olmaqla yanaşı, eyni zamanda insanı islah etməyə, ona ikinci şans verməyə xidmət etməlidir”.
Millət vəkili vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl və sistemli şəkildə həyata keçirilir: “Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar real idarəetmə praktikası ilə tamamlanır, sosial yönümlü qərarlarla möhkəmləndirilir. Amnistiya təşəbbüsü bu baxımdan hüquqi mexanizmlərin insan taleyinə həssas münasibətinin nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sübut edir ki, qanunun aliliyi ilə insan amili bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan anlayışlardır. Dövlət hüququ qoruyur, lakin onu vicdan və ədalət prinsipləri ilə icra edir. Xüsusilə Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara münasibətdə fərqləndirilmiş yanaşma ədalətin ən ali formasını ifadə edir. Bu yanaşma hüququn mexaniki tətbiqindən deyil, onun vicdanla icrasında ifadə olunan mahiyyətinin önə çəkilməsindən qaynaqlanır. Dövlət cəmiyyət qarşısında xüsusi xidmətləri olan şəxslərin taleyinə həssaslıqla yanaşaraq sosial ədalətin canlı nümunəsini ortaya qoyur. Bu amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, həm də milli həmrəyliyi gücləndirən, cəmiyyətlə dövlət arasında mənəvi bağları möhkəmləndirən mühüm siyasi və humanist addımdır”. 
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri