Icma.az
close
up
RU
Münaqişə dərinləşir: Qarşılıqlı sərt bəyanatlar hərbi əməliyyatların intensivləşdirəcək

Münaqişə dərinləşir: Qarşılıqlı sərt bəyanatlar hərbi əməliyyatların intensivləşdirəcək

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin müdafiə naziri İsrael Katz HAMAS-a sonuncu dəfə xəbərdarlıq edib.

O, bu barədə özünün “X” hesabında bəyanat yayıb.

“Bu gün Qəzza şəhərinin səmalarını və terror qüllələrinin damını güclü bir tufan vuracaq. Bu HAMAS-ın Qəzzada və xaricdə lüks otellərdə yaşayan qatil və təcavüzçülərinə sonuncu xəbərdarlıqdır. Girovları azad edin və silahları yerə qoyun. Yoxsa Qəzza və siz məhv ediləcəksiniz. İsrail ordusu planlaşdırıldığı kimi Qəzzanı qətiyyətlə məğlub etmək üçün manevrlərini genişləndirməyə hazırlaşır”,- Katz qeyd edib.

Qeyd edək ki, İsrail ordusu son günlər Qəzzada əməliyyatları daha da intensivləşdirib. Təl-Əviv rəsmiləri bildirirlər ki, məqsəd yalnız HAMAS-ın hərbi potensialını sıradan çıxarmaq deyil, eyni zamanda girovların azad edilməsinə təzyiqi artırmaqdır. Bu açıqlama bölgədə gərginliyin daha da artacağına işarə kimi qiymətləndirilir.


Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, İsrail müdafiə nazirinin açıqlaması bölgədə hərbi ritorikanın daha da sərtləşdiyini göstərir:


"Onun “sonuncu xəbərdarlıq” ifadəsi İsrailin əməliyyatları genişləndirmək qərarlılığını vurğulayır. Bu bəyanat həm daxili ictimaiyyət üçün siyasi mesajdır, həm də beynəlxalq auditoriyaya ünvanlanıb. Məqsəd həm də girov məsələsində qarşı tərəfə konkret siqnal verməkdir. Qəzzada vəziyyətin həssaslığı nəzərə alınsa belə ritorika gərginliyi azaldan deyil. Katzın sözlərində hərbi gücün ön plana çəkilməsi diplomatik vasitələrin arxa plana keçdiyini göstərir. Bu isə sülh prosesinin perspektivlərini daha da zəiflədir. İsrail tərəfi qətiyyət mesajı versə də bunun qarşı tərəfdə yumşalma yaratması çətin görünür.

HAMAS isə bu cür bəyanatlara adətən sərt ritorika ilə cavab verir. Bu, tərəflər arasında kompromis imkanlarını daha da daraldır".


Analitikin fikrincə, belə bir fon həm bölgə üçün, həm də beynəlxalq diplomatiya üçün çətinliklər doğurur:

"Çünki qarşılıqlı sərt bəyanatlar hərbi əməliyyatların intensivləşməsini daha real edir. Hər iki tərəfin açıqlamaları hazırda gərginliyi yumşaltmaqdan çox, artırmağa xidmət edir. Katzın fikirləri münaqişənin yaxın dövrdə azalma yox, daha da dərinləşmə ehtimalını önə çıxarır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri