Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Münasibətlərin möhkəmlənməsi regional sabitliyə və qarşılıqlı maraqlara xidmət edir

Münasibətlərin möhkəmlənməsi regional sabitliyə və qarşılıqlı maraqlara xidmət edir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan və Vyetnam arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin son illərdə daha da möhkəmlənməsi, hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Vyetnam arasında dostluq münasibətləri ötən əsrin ortalarına, Ümummilli lider Heydər Əliyev və Vyetnamın böyük lideri Ho Şi Minin dövrünə dayanır.

Son illər münasibətlər yüksələn xətt üzrə inkişaf edərək siyasi, iqtisadi və mədəni sahələrdə əhəmiyyətli nəticələr vermişdir. Prezident İlham Əliyev 2025-ci il mayın 6-da Vyetnamın rəsmi xəbər agentliyi “Vietnam News Agency”yə verdiyi müsahibədə bu əlaqələrin inkişafını yüksək qiymətləndirərək, onların qarşılıqlı etimad və dəstəyə əsaslandığını vurğulamışdır.
Dövlət başçısı müsahibəsində 2014-cü ildə Vyetnama etdiyi dövlət səfərinə və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinə diqqət çəkərək, bu qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərdə yeni səhifə açdığını və onların gələcək inkişafına təkan verdiyini bildirib. 2014-cü ilin may ayında Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri zamanı hər iki ölkənin liderləri arasında keçirilən görüşlərdə iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuş və bu sahələrdə bir sıra sazişlər imzalanmışdır. 2015-ci ilin may ayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri çərçivəsində müxtəlif sahələrin nümayəndələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir. Bu forumda neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılmışdır. Bundan əlavə, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılmışdır. Bu komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platforma rolunu oynayır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu qarşılıqlı səfərlər və yaradılan mexanizmlər iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə vermiş və əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan və Vyetnam beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək vermiş, çoxtərəfli diplomatiya sahəsində sıx əməkdaşlıq etmişdir. İkitərəfli münasibətlərin möhkəmlənməsində siyasi partiyalararası əlaqələr də mühüm rol oynayır. Bu baxımdan, 2023-cü ilin noyabr ayında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında imzalanmış Əməkdaşlıq Sazişi xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd, iki partiya arasında qarşılıqlı əlaqələrin inkişafına və ölkələrimiz arasında dostluğun dərinləşməsinə töhfə verməkdədir.
Əlbəttə ki, enerji sektoru, Azərbaycan-Vyetnam münasibətlərində əsas istiqamətlərdən biridir. SOCAR və Vyetnamın "PetroVietnam" şirkəti arasında əməkdaşlıq, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır.
Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub. SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – “PetroVietnam” və “Vietsovpetro” arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş və 2018-ci ildə birgə müəssisələrin yaradılması barədə qəbul olunmuş qərar bu istiqamətdə mühüm mərhələlər hesab olunur.

Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də SOCAR Trading şirkətinin 2020-ci ildə BSR ilə bağladığı müqavilələrdir. Bu müqavilələr çərçivəsində “Dung Quat” Neft Emalı Zavoduna beş milyon barrel “Azeri Light” markalı neft tədarük olunub. Bu, Vyetnamın xam neft idxalına tətbiq etdiyi rüsumu ləğv etməsindən sonra mümkün olub və Azərbaycan neftinə yeni ixrac imkanları açıb. Bununla yanaşı, bərpa olunan enerji sahəsində də əməkdaşlıq perspektivləri müzakirə olunur, bu da hər iki ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına və ekoloji dayanıqlılığın artırılmasına töhfə verir.
Son illərdə Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, - deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.
Təhsil sahəsində əməkdaşlıq, Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biridir. Sovet dövründə çox sayda vyetnamlı tələbə Azərbaycanda təhsil almışdır. Bu ənənənin davamı olaraq, iki ölkə arasında tələbə mübadiləsi proqramları və akademik əməkdaşlıq layihələri həyata keçirilir.
Azərbaycan və Vyetnam arasında münasibətlərin gələcəkdə daha da güclənməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə, enerji, ticarət, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi, hər iki ölkənin inkişafına və beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfə verəcəkdir. Bu istiqamətdə atılan addımlar, Azərbaycan və Vyetnam arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri