Icma.az
close
up
RU
Qarşılıqlı maraqlara, regional sabitliyə söykənən tərəfdaşlıq

Qarşılıqlı maraqlara, regional sabitliyə söykənən tərəfdaşlıq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanla ərəb ölkələrinin münasibətləri enerji əməkdaşlığı ilə məhdudlaşmır

Son illər Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Ukraynalı ekspert İvan Usun yazır ki, bu maraqlar təsadüfi deyil və Azərbaycanın həm regional, həm də qlobal siyasətdə artan rolundan qaynaqlanır. Ərəb ölkələrinin, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərin Azərbaycana olan marağı onların beynəlxalq sistemdə mövqelərini gücləndirmək məqsədilə etibarlı tərəfdaşlarla əməkdaşlıq etməyə çalışmaları ilə izah olunur.

Azərbaycanın regional liderliyə doğru atdığı addımlar, Vətən müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqlar və geosiyasi mövqeyini möhkəmləndirməsi ərəb ölkələrinin diqqətini cəlb edən əsas faktorlardır. Bakı yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sabitləşdirici aktor rolunu oynayır. Ölkəmiz həm də beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdüyü təşəbbüslərlə tanınır. Bu da Azərbaycanın beynəlxalq statusunu gücləndirir və onunla əməkdaşlığı daha cəlbedici edir.

Ərəb dünyasının aktual gündəmlərindən biri olan Suriyanın yenidən qurulması məsələsində Azərbaycanın potensial rolu getdikcə daha çox vurğulanır. İvan Usun da vurğuladığı kimi, hazırda ərəb dünyasının əsas prioritetlərindən biri məhz Suriyanın bərpasıdır və bu istiqamətdə əldə olunan razılaşmalara görə Azərbaycan bu prosesdə mühüm rol oynayacaq. Azərbaycan özü də post-münaqişə reallığını yaşayan ölkə kimi bu sahədə əhəmiyyətli təcrübəyə malikdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri ölkəmizin bu sahədə nə qədər çevik və səmərəli idarəçilik modelinə sahib olduğunu göstərir. Bu təcrübə Suriya üçün nümunə ola bilər. Ərəb ölkələri də bu potensialdan istifadə etmək niyyətindədirlər.

Digər tərəfdən, Azərbaycan Suriyadakı münaqişədə tərəf tutmayan neytral bir ölkə kimi qəbul olunur. Bu mövqe Bakıya həm islam ölkələri, həm də digər beynəlxalq aktorlar qarşısında etibarlı vasitəçi statusu qazandırır. Eyni zamanda, Azərbaycan balanslı və prinsipial xarici siyasəti sayəsində bir çox ziddiyyətli maraqların kəsişdiyi Yaxın Şərqdə belə proseslərə cəlb oluna biləcək azsaylı ölkələrdən biridir. Bundan əlavə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəallığı, Suriyanın bərpası üçün qurulacaq regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində rol almaq imkanlarını genişləndirir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə, infrastrukturun bərpası, elektrik, su təchizatı və sosial xidmət sahəsində malik olduğu müasir texnoloji imkanları da ərəb ölkələrində maraqla qarşılanır. Bu əməkdaşlıq formatı, həmçinin Azərbaycanla Ərəb Liqası arasında münasibətlərin dərinləşməsi baxımından da əhəmiyyətlidir.

Ərəb ölkələri yaxşı anlayırlar ki, Azərbaycanla əməkdaşlıq edərək, xüsusilə onun coğrafi mövqeyi və inkişaf etmiş enerji infrastrukturundan istifadə etməklə Avropaya yönəlmiş yeni enerji marşrutlarının qurulması mümkündür. Bu marşrutlar həm enerji təhlükəsizliyini gücləndirir, həm də yeni bazarlara çıxış imkanlarının yaradır. Bu baxımdan, Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda, vacib tranzit ölkə rolunu oynayır. Xüsusilə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və strateji əhəmiyyətə malik olan Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans–Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. Ərəb ölkələri üçün bu prosesə qoşulmaq, həm iqtisadi, həm də geosiyasi baxımdan ciddi üstünlüklər vəd edir.

Enerji sahəsində əməkdaşlıq təkcə karbohidrogen ehtiyatlarının daşınması ilə məhdudlaşmır. Bu sahədə texnoloji yeniliklərin tətbiqi, birgə logistika layihələrinin inkişafı, həmçinin enerji infrastrukturuna yönəlmiş qarşılıqlı investisiyalar üçün geniş imkanlar mövcuddur. Bundan əlavə, bərpa olunan enerji sahəsində də əməkdaşlıq perspektivləri diqqətəlayiqdir. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını artırmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə ərəb ölkələri ilə texnologiya və maliyyə baxımından əməkdaşlıq etmək məqsədəuyğundur.

Son illər Azərbaycan ilə ərəb ölkələri arasında başqa sahələrdə də münasibətlərdə dinamik və çoxşaxəli inkişaf müşahidə olunur. Bu münasibətlər diplomatik sahə ilə məhdudlaşmır, həm də iqtisadi, ticarət və mədəniyyət sahələrində əhəmiyyətli irəliləyişlərlə müşayiət olunur. İki tərəf arasında artan yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan əməkdaşlıq sənədləri və genişlənən ticarət əlaqələri bu tərəfdaşlığın strateji xarakter aldığını sübut edir. Yada salaq ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlmiş iqtisadi strategiyası ərəb ölkələri ilə əməkdaşlığın yeni mərhələyə keçməsinə səbəb olub. Bu sahədə atılan məqsədyönlü addımlar həm daxili iqtisadiyyatı gücləndirir, həm də xarici bazarlarda Azərbaycanın mövqeyini möhkəmləndirir.

Kənd təsərrüfatı sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatında mühüm yer tutur. İstehsal həcminin artması fonunda daxili və xarici bazarlarda satışın düzgün təşkili prioritet məsələ kimi qarşıya qoyulub. Azərbaycan istehsalı olan ət, tərəvəz, meyvə və süd məhsulları artıq BƏƏ bazarında özünə yer tutub. Bu, həm məhsulların keyfiyyətinin, həm də Azərbaycanın ixrac strategiyasının uğurunun göstəricisidir. Eyni zamanda, Körfəz ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi üçün yaradılan institusional mexanizmlər bu prosesi daha da sürətləndirir. Hazırda BƏƏ-də fəaliyyət göstərən Azərbaycan Ticarət Nümayəndəliyi biznes əlaqələrinin genişlənməsinə töhfə verir, “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində mühüm işlər həyata keçirilir. Bütün bu fəaliyyətlər nəticəsində Azərbaycan ilə ərəb ölkələri arasında yeni əməkdaşlıq modeli formalaşır. Bu model diplomatik, iqtisadi və mədəni münasibətlərin paralel və harmonik inkişafını təmin edir. Həm Azərbaycan, həm də ərəb ölkələri üçün qarşılıqlı fayda əsasında qurulan bu münasibətlər regional sabitliyə və iqtisadi inteqrasiyaya töhfə verir. Gələcək perspektivlər isə daha geniş əməkdaşlıq imkanlarını vəd edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan–ərəb ölkələri münasibətləri regional çərçivədən çıxaraq qlobal iqtisadi sistemdə dayanıqlı tərəfdaşlıq modelinə çevrilmək potensialına malikdir.

Mövzu ilə bağlı politoloq Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, ərəb ölkələrinin Azərbaycana marağı təkcə iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır: “Bu münasibətlər həm geosiyasi baxımdan qarşılıqlı maraqlara, həm də ortaq regional sabitlik səylərinə əsaslanır. Azərbaycan üçün ərəb dünyası həm iqtisadi imkanlar baxımından geniş bazar, həm də beynəlxalq səviyyədə dəstək mənbəyidir. Onlar üçün isə Azərbaycan regionda sabitlik, enerji təhlükəsizliyi və diplomatik balans mənbəyidir. Bu, nəinki Azərbaycan və ərəb ölkələrinin milli maraqlarına xidmət edir, həm də daha geniş regionda sülh və inkişaf üçün mühüm platforma yaradır”.

Onun sözlərinə görə, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətləri xüsusi yer tutur: “Dövlət başçıları arasında formalaşan qarşılıqlı etimad siyasi əlaqələrin yüksək səviyyədə inkişafına zəmin yaradıb. 16 sentyabr tarixində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin onu Füzulidə qarşılamasını təhlil etsək, bir sıra mühüm məqamları aydın görə bilərik. Qeyd etmək lazımdır ki, xarici dövlət başçılarının paytaxtdan kənarda qarşılanması nadir hallarda baş verir. Bu fakt Azərbaycan–BƏƏ münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən əsas göstəricidir. Belə səfərlərin xüsusən işğaldan azad olunmuş ərazilərə edilməsi həm də həmin dövlətlərin Azərbaycanın Zəfərinə və ərazi bütövlüyünə səmimi dəstəyini nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, BƏƏ-yə səfər edən Azərbaycan vətəndaşları – ümumi, xidməti və xüsusi pasport sahibləri üçün 90 günədək viza tələbinin olmaması iqtisadi əlaqələri artıran amillərdən biridir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri