Icma.az
close
up
RU
​Münxendəki fiaskonun Berlindəki davamı Yüngül həmlə və böyük rüsvayçılıq

​Münxendəki fiaskonun Berlindəki davamı Yüngül həmlə və böyük rüsvayçılıq

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Siyasi kommunikasiya təkcə ideoloji mövqelərin toqquşması deyil, həm də arqumentlərin, faktların və polemika mədəniyyətinin sınaq meydanıdır. Debatlarda üstünlük emosional ritorika ilə deyil, məntiqi ardıcıllıq, faktoloji hazırlıq və auditoriyanı inandırmaq bacarığı ilə müəyyənləşir. 

Məsələn, bu ilin fevral ayında Münxendə birinci–vitse prezident Mehriban xanım Əliyeva cəmi bircə tarixi faktı Emin Hüseynova xatıratmaqla onu mat vəziyyətinə saldı... İki gün əbvəl isə eyni aqibəti Prezidentin köməkçisi Hikmət Hacıyevin həmləsi ilə Tural Sadıqlı yaşadı.

Mühacir adı altında vətənə xəyanət edənlərin əsl məqsədinin nədən ibarət olduğu hər kəsə məlumdur. Hamı bilir ki, bu adamların yeganə məqsədi Azərbaycanı hədəfə almaqla Avropada öz şəxsi güzəranlarını yaxşılaşdırmaqdır. Onlar hakimiyyət təmsilçilərinin qarşısına çıxanda faktarla danışa, fikirlərini arqumentəşdirə bimirər. Birinciər isə yüngül həmlə ilə onarı rüsvayçı duruma salırlar.

Necə ki, bunu Meriban xanım Əliyeva elədi. Necə ki, Hikmət Hacıyev elədi. Yüngül həmlələr belə o qədər effektli alınır ki, Emin Hüseynov, Tural Sadıqlı və dəstənin digər üzvləri nokaut vəziyyətinə düşürlər . Bunu hakimiyyətə qarşı tənqidi mövqedə olanlar da görür və etiraflar etmək məcburiyyətində qalırlar 

Məsələn, feminist kimi tanınan və hakimiyyətə qarşı tənqidi mövqedə olan Nərmin Şahmarzadə Tural Sadıqlının düşdüyü vəziyyətə belə münasibət bildirib: “Müxalifət iddialıları(mühacirləri nəzərdə tutur) heç ağıllarına belə gətirə bilmirdilər ki, hakimiyyət nümayəndəsi onlara cavab verə bilər.) Bu səbəbdən də heç biri hazırlıqlı deyil və mənzərə biabırçılıqdır.

Bir tərəfdən diktator şüarları, bir tərəfdən diktator adlandırdığınız adamın nümayəndəsi yaxınlaşıb deyir ki, “təhqirlərə davam?”. Arxasında da xəyanət iddiası...

Adam sənə orada saydırır, arxa-qabaq, hər yer kameradır, deyirsən, “çəkə bilərəm?”)))

Məzələnirsən, ala sən?)) Adam qabağında səni “başa salır”, sən hələ o 3-5 “online” dəstəkçinə mövzu verirsən?) Mövzu elə sənsən də.(( Üstəlik, sənin üzərindən hamının qabağına qoydu - nə özünü, nə digərlərini müdafiə etdin...”

Yaxud, başqa bir misal. Avropada Azərbaycan hakimiyyətinə qarşı sırt tənqidi fikirlər səsləndirən Elvin adlı bloqer Tural Sadıqlıya xitabən deyir: “Sənin əgər deməyə sözün yoxdursa Hikmət Hacıyevin qarşısına niyə çıxıb özünü biabır edirsən?..  İnandırım sizi ki, onların hamısının məqsədi oturum almaqdır. Ya da İlqar hacıyev kimi adamlardan 300-500 avro dilənçi payı almaq istəyirlər. O insanlar vətən üşün, xalq üçün mübarzi aparan insdanlar deyil. Onlar şəxsi mənafeləri üçün xalqın adından istifadə edən insanlardır...”

Əlbəttə bütün bunlar Azərbaycanda hamıya məlumdur. Lakin gerçəyin müxalif mövqeyi olan şəxslərin dilindən söylənilməsi, xaricdəki “demokratiya dağarcıqlarının hansı bərbad durumda olduqlarının çılpaqlığı ilə ortaya çıxması məhz hakimiyyət nümayəndələrinin yüngül həmləsinin nəticəsidir. Bircə söz, bircə sual, bir xatıratma kifayət edir ki, mühacir adı ilə maskalananların mahiyyəti ortaya çıxsın...

Bəziləri üçün Vətən sadəcə alver predmetidir. Bayrağın, dövlətin, xalqın şərəfi isə şəxsi rifah uğrunda xərclənə biləcək "kapital". Belələri yaxşı bilirlər ki, öz ölkəsini nə qədər qara rəngdə təqdim etsələr, bir o qədər "diqqət" qazanacaqlar. Ona görə də hər uğuru görməzdən gəlir, hər problemi isə şişirdərək Azərbaycanın əleyhinə istifadə edirlər. Onlar üçün həqiqətin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, yazdıqları, danışdıqları xaricdə kimlərinsə maraqlarına uyğun gəlsin.Bunun üçün hər yola əl atırlar. Ən çətin işin altına qol qoymağa belə çəkinmirlər. Ən çətin iş isə nədir? Bəli, ən çətin iş Vətəni, Dövləti satmaqdır…

Nicat Dağlar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyul 2026 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri