Murad Arifdən “90 lar” etirafı: “Ayaqqabılarımın altı həmişə yırtıq idi”
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəstəkar, müğənni Murad Arif yeni paylaşımı ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, ifaçı sosial media hesabında arxiv fotolarını izləyicilərinə təqdim edib.
O, həmin paylaşımında uşaqlıq xatirələrindən söz açaraq deyib: pizza mizza
“Birisi "90-lar başqa idi" deyəndə, yadıma altı deşik ayaqqabılarım düşür. Xatırlayıram ki, ayaqqabılarımın altı hər zaman yırtılırdı, yenisini almağa imkan olmurdu. O ayaqqabılar zatən xalam uşaqlarının köhnəsiydi, bəlkə də ona görə ömrü qısa idi. Evdə atamla "lifehack" fikirləşmişdik: ayaqqabının içinə karton ya da linolyum kəsib sərərdim. Mamamın toxuduğu yun corabların üstündən salafan torba da geyinirdim. Yenə də su keçirir, ayaqlarım donurdu. Həm də necə narahat idi”.
Bəstəkar bildirib ki, həmin illərdəki çətinliklər bu gün də özünü hiss etdirir:
“İllərlə məktəbə beləcə ayaq döymüşəm. O vaxtdan soyuğu, qışı heç sevmirəm. Hava dəyişən kimi ayaqlarım hələ də üşüyür”.
Aydan Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 19 Sentyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















