Icma.az
close
up
RU
Murad Süleymanov: PAŞA Bank ın yeni istiqraz emissiyası kapital bazarının dərinləşməsinə və maliyyə inklüzivliyinə tövhə verəcəkdir”

Murad Süleymanov: PAŞA Bank ın yeni istiqraz emissiyası kapital bazarının dərinləşməsinə və maliyyə inklüzivliyinə tövhə verəcəkdir”

Icma.az, Banco.az saytına istinadən bildirir.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” alternativ maliyyələşmə alətlərini genişləndirmək və yerli kapital bazarının inkişafına töhfə vermək məqsədilə yeni istiqraz emissiyasına start verib. Yeni emissiyanın Bankın strategiyasındakı rolu, investisiya risklərinin necə balanslaşdırıldığı və maliyyə inklüzivliyinə verəcəyi töhfələri Bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanovla müzakirə etdik.

Hörmətli Murad bəy, məlumdur ki, istiqraz emissiyası bir maliyyə aləti olmaqla yanaşı, bankın uzunmüddətli strategiyasını və bazardakı mövqeyini də əks etdirir. Bu baxımdan, cari emissiyanın “PAŞA Bank” üçün əhəmiyyəti nədən ibarətdir?

Yeni istiqraz buraxılışı “PAŞA Bank”ın uzunmüddətli inkişaf planlarında mühüm strateji komponent hesab olunur. Bu addım yalnız vəsait cəlb etməyə yönəlməyib, həm də yerli maliyyə bazarının şaxələndirilməsinə və maliyyə infrastrukturlarının dərinləşdirilməsinə xidmət edir. Bank bu vasitə ilə bazarda institusional iştirakçılığı artırmaq, investorların seçimlərini genişləndirmək və ölkə daxilində davamlı maliyyələşmə modellərinin tətbiqinə liderlik etmək niyyətindədir. Belə təşəbbüslər həmçinin bankın investisiya mədəniyyətinin formalaşdırılmasına verdiyi töhfənin bir göstəricisidir.

İstiqrazlar investisiya üçün maraqlı alət olsa da, hər zaman risk və gəlirin balanslaşdırılması vacib məqamdır. “PAŞA Bank”ın yeni istiqraz emissiyasında bu balans necə təmin olunur və investorlar üçün hansı təhlükəsizlik mexanizmləri mövcuddur?

İstiqrazların buraxılışı həm sabit gəlir təmin etmək, həm də risklərin effektiv idarə olunmasını nəzərdə tutur. 12 aylıq tədavül müddəti və illik 10.5%-ə qədər gəlirlilik, investorlara həm likvidlik, həm də gəlir sabitliyi baxımından cəlbedici fürsət yaradır. Hüquqi baxımdan tam tənzimlənmiş bu emissiya, şəffaflıq və etibarlılıq prinsipləri üzərində qurulub. İnvestorlar bu istiqraz emissiyasında iştirak etməklə, risklərini effektiv şəkildə diversifikasiya edir və ölkənin aparıcı və etibarlı banklarından birinə sərmayə qoyaraq sabit gəlir imkanından faydalanırlar.

Qeyd edək ki, bu emissiyada iştirak üçün minimum investisiya məbləği 10,000 AZN olaraq müəyyən edilib. Bu yanaşma həm peşəkar, həm də fərdi investorlar üçün effektiv sərmayə planlaşdırması imkanı yaradır. Eyni zamanda, fiziki şəxslər üçün bu emissiya vergi baxımından da cəlbedici alətdir. Belə ki, mövcud 12 aylıq əmanətlərdən fərqli olaraq fiziki şəxslərin bu istiqrazlardan əldə etdikləri faiz gəlirləri vergidən azaddır. Bu, xüsusilə əmanətlərə alternativ axtaran fərdi investorlar üçün əlavə motivasiya yaradır.

Bu təşəbbüs Azərbaycanda investisiya mədəniyyətinin genişlənməsinə, yerli investorların maliyyə alətlərinə çıxışının asanlaşmasına və ümumilikdə kapital bazarının inkişafına necə dəstək olacaq?

“PAŞA Bank” olaraq, biz inanırıq ki, ölkəmizdə maliyyə inklüzivliyinin genişlənməsi və sağlam kapital bazarının formalaşması iqtisadi inkişafın davamlılığı üçün vacibdir. Bu istiqraz emissiyası vasitəsilə yerli investorlar üçün əlçatan və rəqabətli investisiya alətləri təqdim edirik. Bu, həmçinin fərdi investorların və kiçik müəssisələrin maliyyə bazarına çıxışını asanlaşdırır və investisiya imkanlarını genişləndirir.

Eyni zamanda, emissiya yerli qiymətli kağızlar bazarının institusional dərinləşməsinə xidmət edir, yəni bazarda daha çox iştirakçı və daha müxtəlif maliyyə alətləri meydana çıxır. Bu, likvidliyin artmasına və bazarın dayanıqlılığının güclənməsinə şərait yaradır.

Uzunmüddətli perspektivdə, belə təşəbbüslər iqtisadiyyatın real sektoru ilə maliyyə bazarlarını daha sıx bağlayır və investisiya mədəniyyətinin inkişafına təkan verir. “PAŞA Bank” olaraq məqsədimiz, şəffaflıq və etibarlılıq prinsiplərinə əsaslanan maliyyə mexanizmləri yaradaraq, cəmiyyətin geniş təbəqələrinin iqtisadi proseslərdə iştirakını artırmaqdır. Nəticədə, bu, ölkədə dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir.

Murad bəy, dəyərli vaxtınızı bizə ayırdığınız və “PAŞA Bank”ın istiqraz emissiyası ilə bağlı ətraflı məlumat verdiyiniz üçün təşəkkür edirik.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://banco.az
archiveBu xəbər 05 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri