Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.
Reyting.az bildirir ki, BŞİH mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.
Qeyd edilib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan Respublikası tərəfindən Rusiya tərəfinə rəsmi etiraz bildirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Bildirilib ki, qeyd olunanı, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq, 08 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin inzibati binası qarşısında piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.
Bu mövzuda digər xəbərlər:BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciəətinə cavab verib
04 İyul 2025 18:20
Müsavat fəalı saxlanıldı
19 Yanvar 2025 17:57
Müsavat Partiyası İTV dən efir vaxtı istəyir
24 Fevral 2025 23:35
Müsavat Tofiq Yaqublunun taleyini hakimiyyətlə müzakirə etmək istəyir
07 Aprel 2025 17:25
Hökumət Müsavat Partiyasına PUL AYIRDI
07 May 2025 16:28
Baxış sayı:111
Bu xəbər 04 İyul 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















