Icma.az
close
up
RU
Müsəlman Ağsaqqalları Şurasının sədri Şeyxi Misirə dəvət etdi

Müsəlman Ağsaqqalları Şurasının sədri Şeyxi Misirə dəvət etdi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası — COP29-da iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyib ilə görüşüb.

Modern.az xəbər verir ki, Misirin dünya şöhrətli din xadimi ilə baş tutan səmimi görüş zamanı Azərbaycan və Misir arasında dərin tarixi  köklərə malik dini-mənəvi əlaqələr barədə danışıldı, inkişaf perspektivləri müzakirə edilib.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin ünvanına Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyibin göndərdiyi müraciət məktubuna və Misir dövlətinin tədbirdə yüksək səviyyədə təmsil olunmasına görə dərin təşəkkürlərini bildirən Şeyxülislam A.Paşazadə qlobal forumun qəbul etdiyi Bakı Bəyannaməsi və tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyib, öz növbəsində, Azərbaycanın mədəniyyətlər, dinlərarası dialoq sahəsində uğurlu təcrübəsinə, gördüyü əhəmiyyətli işlərə böyük dəyər verərək, ölkəmizin bəşəri həmrəylik istiqamətində səylərini yüksək qiymətləndirdi. BMT səviyyəsində belə bir mötəbər forumu yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini və xalqını təbrik edən Şeyx Əhməd Əl-Tayyib: “Sizin prezidentiniz öz parlaq çıxışında dünya müsəlmanlarının qəlblərindəki qayğıları və amallarını əks etdirdi. Bir sözlə desəm, o, cəsarətli prezidentdir!” deyərək, Azərbaycan Prezidentinin islam həmrəyliyi yönündə səylərini xüsusi dəyərləndirdi. Həmçinin, COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla başa çatması münasibətilə Şeyxülislam A.Paşazadəni təbrik edib.

Əl-Əzhər Əl-Şərifin Baş İmamı Əhməd Əl-Tayyib region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoqunda Azərbaycanın iştirakının vacibliyinə diqqəti çəkdi. Azərbaycanın dinlərarası və İslamdaxili dialoq sahəsində çox uğurlu örnək təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Əl Tayyib sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvü - Şeyxüslislam A.Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.

Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri R. Məmmədov, Misir müftisi Dr. İyad Nəzir və b. iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri