Icma.az
close
up
RU
“Musiqi alətlərinə şou gətirməyin, bu meyxana, estrada sənəti deyil”ÖZƏL

“Musiqi alətlərinə şou gətirməyin, bu meyxana, estrada sənəti deyil”ÖZƏL

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Musiqi alətləri ifaçı üçün birinci dərəcədə yararlı olmalıdır. Musiqi aləti ərköyün uşaq olmamalıdır. Biz onlara problemlər, mürəkkəblik gətirməməliyik. Əgər varsa onların problemlərinin həllinə çalışmalıyıq. Alət məndən ötəri canlı bir varlıqdır. Milli alətlərimiz kimliyimizdir, varlığımızdır, mənliyimizdir. Mən tarı Qız qalası abidəsindən də yüksəkdə tuturam. Biz tarın dövlət standartlarını hazırladıq. Mədəniyyət Nazirliyi ilə birgə komissiya təşkil olundu və bu komissiyada qərarlar verildi. Uzun illər buna vaxt sərf olundu ki, tarı daha da sadələşdirib, ifaçılar üçün münbit şərait yaradaq”

Bunu Moderator.az-a açıqlamasında Milli Konservatoriyanın Elmi Tədqiqat labaratoriyasının rəhbəri Məmmədəli Məmmədov deyib. O, daha sonra əlavə edib.

“Amma bəzi musiqiçilər, alət düzəldənlər neynir? Tarın çanağını üçbucaq, dördbucaq, ay və ulduz edirlər. Tarın, kamançanın, sazın çanağına buta qoyub onu daha da qəlizləşdirirlər. Ustalara, ifaçıya niyə problem yaradırsan? İndi mənə deyin, bir nəfər usta buta kamança düzəldir? Düzəldə də bilməyəcək, olmayacaq. Azərbaycan milli alətlərin şou gətirmək olmaz. Bura estrada deyil, meyxana sənəti deyil. Pul qazanmaqdan ötrü müxtəlif yollara əl atırlar. Pulu mən belə də qazanıram. Dövlətim mənə müraciət edir. Beynəlxalq Muğam Mərkəzindəki musiqi alətlərindən ibarət muzeyi mən yaratmışam. Biz qədim musiqi alətlərimizi bərpa edib, onları muzeylərə hədiyyə edirik” deyə o bildirib.

Məmmədəli Məmmədov bildirib ki, musiqi alətlərinin bərpası həssas prossesdir:

“Alətin quruluş sxemi çəkilir, ölçü sistemini müəyyən edərək işə başlayırıq. Alətlərin əksəriyyəti dana, ceyran və balıq dərisindən hazırlanır. Bərpa prossesi uzun müddət vaxt alır. Bir çox dahi sənətkarlarımızın unikal musiqi alətlərini bərpa edib, muzeylərə təqdim etmişik. Həmin musiqi alətlərinin pərdələri, dəriləri və aşıqları sıradan çıxmışdı. Bu işləri görəndə fikirləşirəm ki, onların ruhları şaddır. Çünki bir zamanlar onlar bu musiqi alətlərini sinələrinə basaraq, insanlara ifaları ilə böyük sevinc bəxş ediblər” deyə Məmmədəli Məmmədov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri