Icma.az
close
up
RU
Musiqili ömrün həzin melodiyası

Musiqili ömrün həzin melodiyası

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sevda İbrahimova – 85

Mərhum Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar mədəniyyət işçisi, professor Sevda İbrahimova 2 ildir ki, aramızda yoxdur, amma daim xoş xatirələrlə anılan sənətkarlardan biridir. Onun əsərlərindən biri “Məhəbbət işığı” adlanır. İndi özü həmin işığa bələnib.

Bəstəkarın musiqiləri təkcə ölkəmizdə deyil, ABŞ, Fransa, İsveç, Almaniya və dünyanın digər ölkələrinin konsert salonlarında səslənir. Bu isə o deməkdir ki, həyat davam edir. AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi Zemfira Səfərova 15 il əvvəl bəstəkarın 70 illiyinə həsr olunmuş konsertlə bağlı təəssüratlarını qələmə alaraq yazıb: “Konsert zamanı yanımda oturan Sevda xanıma dedim ki, görünür, ifaçılar sizi çox sevirlər, hamısı əsərlərinizə böyük qayğı, məhəbbətlə yanaşdı onları böyük bacarıqla, səmimi qəlbdən ifa etdilər. Sevda xanım gülümsəyərək mənimlə razılaşdı Salon ağzına qədər tamaşaçı ilə dolu idi. Onlar yubilyar bəstəkarı hərarətlə alqışlayır, gül dəstələri bağışlayırdılar. Sonda çıxış edən Sevda xanım konsertin təşkilinə görə öz təşəkkürünü bildirdi və həmişəki kimi, unudulmaz müəllimi Qara Qarayevi minnətdarlıq hissi ilə yad etdi...

Bir dəfə Qara müəllim mənə məsləhət görmüşdü ki, gənc qadın bəstəkarların yaradıcılıqları ilə tanış olum. Bunlar Firəngiz Əlizadə, Afaq Cəfərova və Sevda İbrahimova idi. Hər üçündən yazdım. Sevdanı mən çoxdan tanıyırdım. Eyni vaxtda xüsusi musiqi məktəbində oxumuşduq. Sonralar bu məktəbdə işləmişdik. Birgə fəaliyyətimiz, əməkdaşlığımız sonralar da davam etdi. Mənim böyük xanəndə Cabbar Qaryağdıoğlu haqqında yazdığım “Şərq musiqisinin peyğəmbəri” adlı kitabın redaktoru da Sevda İbrahimova oldu. Məlumdur ki, Cabbar Qaryağdıoğlunun məşhur triosunda uzun illər tarzən kimi Sevda xanımın babası, mahir ifaçı Qurban Pirimov çıxış etmişdi. Sevda xanım sonra mənə təşəkkürünü bildirdi ki, ona sanki keçmiş dövrü yaşatdım.

Onu da xatırladaq ki, Sevda İbrahimova görkəmli yazıçı, dramaturq Mirzə İbrahimovun və pianoçu Sara Pirimovanın qızıdır. Gələcək pianoçu və bəstəkarın musiqiyə sevgisi babası Qurban Pirimovun, eləcə də anasının ifasında dinlədiyi xalq mahnıları və muğamlardan başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində aldığı biliklər uğurlarının təməl daşı olub. Orada oxuyarkən həm solo çıxışları ilə, həm də kamera-instrumental musiqi konsertlərində iştirakı ilə püxtələşməyə başlayıb. Hətta Maestro Niyazinin rəhbərliyi ilə simfonik orkestrlə çıxış edib. Erkən yaşlarından ifaçılıq sənəti ilə bərabər, dünya musiqi mədəniyyətinin təcrübəsini, klassik musiqinin milli özəlliklərini mənimsəyib. Beləliklə də, Sevda xanım Hcıbəyli ənənələrini davam etdirən bəstəkar kimi formalaşıb.

Sevda İbrahimova Azərbaycan Dövlət Konservatoriyasının piano (professor Mayor Brennerin sinfi) və bəstəkarlıq (Qara Qarayevin sinfi) fakültələrini bitirib. Onun diplom işi fortepiano ilə orkestr üçün “Poema” olub. Dövlət imtahanında əsərini fortepianoda özünün ifa etməsi gələcək yaradıcılığında bəstəkarlıq istedadını və ifaçılıq məharətini birləşdirəcəyindən xəbər verib. Təsadüfi deyil ki, 1965-ci ildə bu əsər ilk “Zaqafqaziya baharı” musiqi festivalının proqramına daxil edilib və bu dəfə də müəllifin özü tərəfindən ifa olunub.

Bir çox görkəmli musiqiçilərlə yaradıcılıq ünsiyyətində olsa da, bir bəstəkar, nəzəriyyəçi, pianoçu və insan kimi dahi Qara Qarayevi özünün ən böyük müəllimi sayıb. Çoxsaylı yetirmələrini də əsl musiqiçi nümunəsi olan Qara müəllimin yolu ilə getməyə çağırıb.

Sevda İbrahimova təkcə yaradıcılıq irsi ilə deyil, eyni zamanda, pianoçu və musiqi xadimi, gözəl pedaqoq – Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının müdiri, professor olaraq, gənc istedadlara daim dayaq olması ilə böyük rəğbət qazanıb. Hər zaman ətrafında olanların – kafedra üzrə həmkarlarının və həyat şəraiti, maddi durumu, əhval-ruhiyyəsi ilə yaxından maraqlanıb. Hər kəsə elə incəliklə kömək edib ki, bunu onun ana qayğısı adlandırıblar.

İki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olub. Qədim hind dastanı əsasında libretto müəllifi Hikmət Ziya olan “Nənəmin nağılları” və “Biri vardı” operalarını musiqi ictimaiyyəti maraqla qarşılayıb və təqdir edib.

Ünlü bəstəkar Vasif Adıgözəlov çıxışlarının birində həmkarının yaradıcılığını belə səciyyələndirib: “Sevda İbrahimova Azərbaycan qadınları arasında ən istedadlı bəstəkardır. Onun yaradıcılığı Azərbaycanın milli-mədəni əlaqələri ilə sıx bağlıdır. O, Mirzə İbrahimov kimi görkəmli bir ziyalının ailəsində böyüyüb boya-başa çatıb, dahi Qara Qarayevin bəstəkarlıq məharəti məktəbini keçib. Tale Sevdanı istedadla, təmiz və açıq ürəklə mükafatlandırıb. Onun yaradıcılığı, məzmunlu daxili aləmi ahəngdar milli üslublu mövzularla, dərin psixoloji obrazlarla zəngindir”.

Böyük ədibin övladı olan Sevda İbrahimova sözə, şeir mətnlərinə qeyri-adi tələbkarlıqla, həssaslıqla yanaşan bəstəkarlardan olub. Məhz bu səbəbdən də həmişə ən yüksək poeziya nümunələrinə müraciət edib. Sevda xanımın yaradıcılığında zaman-zaman itirdiyi əzizlərinin xatirəsi də öz əksini tapıb. O, babasının ruhuna “Qurbansız qalan tarım” adlı kamera əsəri yaradıb. Atası Mirzə İbrahimovun sözlərinə “Laylay” nəğməsini bəstələyib. “Əhval-ruhiyyələr” silsiləsindən pyeslərini anası Saranın xatirəsinə həsr edib. Yuxarıda adını çəkdiyimiz “Məhəbbət işığı” adlı pyeslərində isə ömür-gün yoldaşı Arif müəllimi sevgi və nisgillə xatırlayıb.

Sevda İbrahimova 17 iyul 2022-ci ildə 82 yaşında vəfat edib. Gözəl pianoçu, musiqi xadimi, müəllim, başlıcası isə həssas insan kimi onu tanıyanların qəlbində özünə taxt-tac qurub.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri