Icma.az
close
up
RU
Müstəqil siyasət yürütməyən Ermənistan, havadarlarının təsiri ilə sülh mühitini pozmağa təhrik olunur

Müstəqil siyasət yürütməyən Ermənistan, havadarlarının təsiri ilə sülh mühitini pozmağa təhrik olunur

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Təcavüzkarlıq, xəyanət, başqalarının torpağına göz tikmək Ermənistanın dövlət siyasətinin əsasıdır. Çünki bu dövlət uzun illər nəinki Azərbaycana qarşı, eləcə də qonşu ölkələrə - Türkiyə, Gürcüstana qarşı torpaq iddiası da olub. Təcavüzü özünün siyasi xətti hesab edib. Bunun da nəticəsində 30 ildən artıq bir müddətdə Azərbaycan torpaqlarını işğal altında saxladı, kəndlərimizi şəhərlərimizi viran qoydu və insanlara çox ciddi maddi, mənəvi zərbələr vurdu”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, Azərbaycan tarixi qələbəsini qazandıqdan və erməni separatçılarını tarixi torpaqlarından qovduqdan sonra da Ermənistan özünün təcavüzkarlıq əməllərini davam etdirməkdədir.

Tahir Rzayev

“Halbuki Ermənistan məğlub ölkədir, erməni faşistləri tamamilə Azərbaycan torpaqlarından çıxarılır və onlar Azərbaycanın diktə etdiyi təklifləri qəbul etməli və sülhə razılaşmalı idilər. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışlarında daimi olaraq sülhdən, əməkdaşlıqdan və qonşu dövlətlərlə sağlam münasibətlərdən danışsa da, bu sözlər havada qalır. Əməldə biz bunun nəticələrini görə bilmirik. Ermənistan xarici havadarlarına arxalanaraq, yenidən silahlanmaya cəhd göstərir və xarici ölkələrdən öldürücü silahlar alır, eyni zamanda Azərbaycana qarşı böhtan kampaniyasını həyata keçirir”-deyən deputatın fikrincə, son günlərdə intensiv olaraq atəşkəsin pozulması bir daha göstərir ki, Ermənistan sülhün deyil, müharibənin tərəfdarıdır və Azərbaycanı yeni müharibəyə təhrik etmək fikrindədir.

“Bu, məkrli bir yoldur. Bu, Ermənistanın baş nazirinin fikri deyil, xarici ölkələrin bilavasitə təhrikidir. Ermənistan və Ermənistanın baş naziri müstəqil siyasətə malik olmadığı üçün bu cür çirkin əməllərə əl atılır. Ona görə də bu gün Ermənistanda hakimiyyət bir çox istiqamətdən idarə olunur. Ermənistan həm Qərbə, həm Avropaya, həm də Fransa kimi mürtəce dövlətə arxalanır, digər tərəfdən Rusiyaya meyillənir. Əlbəttə ki, belə olan halda müstəqil dövlət siyasəti yürütmək Ermənistan üçün müşkül prosesə çevrilir”-deyən deputat bildirib ki, bu gün Ermənistan ordusu da müxtəlif əllərlə idarə olunur və bu orduda keçmiş prezidentlərin tərəfdarlarından olan xarici ölkədən gətirilmiş mütəxəssislər fəaliyyət göstərirlər.

“Orduda olan komandirlər öz ağalarının təhriki ilə atəşkəsi pozur, müharibəni yenidən qızışdırmaq istəyirlər. Ancaq Azərbaycan dövləti bütün hadisələrə səbrlə yanaşır və dövlətimizin rəhbəri cənab İlham Əliyev sülhün tərəfdarı olduğu üçün bütün məsələləri beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirməyə səy göstərir. Ölkə rəhbəri bildirir ki, sülh danışıqlar yolu ilə həll olunmasa, Ermənistan öz çirkin əməllərindən əl çəkməsə, bu dövlət yenidən çox ağır zərbələrə düçar olacaq və Ermənistan ordusu tamamilə məhv ediləcəkdir. Belə olan halda, Ermənistan düşünməlidir ki, Azərbaycan ordusunun qarşısında heç bir erməni yaraqlısı davam gətirə bilməz və həm də Ermənistanın bugünkü böhranlı vəziyyəti iqtisadi çətinliklər imkan vermir. Buna görə də Ermənistanın baş naziri atəşkəsin pozulmasına ciddi münasibətini bildirməli, sülhə gəlməli və irəli sürülən təklifləri qəbul etməlidir. Əks halda, Ermənistanı daha ağır məğlubiyyət gözləyir və erməni rəhbərləri bunu dərk etməlidirlər”-deyə Tahir Rzayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri