Icma.az
close
up
RU
Müstəqilliyimiz əbədidir: Ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır, işğalçılıq məqsədi daşımır AZƏRTAC

Müstəqilliyimiz əbədidir: Ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır, işğalçılıq məqsədi daşımır AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 dekabr, AZƏRTAC

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 2-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin 2-ci kitabına Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-dən 1994-cü il martın 9-dək keçirdiyi görüşlərə dair materiallar, çıxış və nitqlərinin, xalqa müraciətlərinin, bəyanatlarının mətnləri, müsahibələri, məktubları daxil edilib. O zaman Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi və Ermənistanla müharibə şəraitində idi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı 1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyev milli televiziya və radio ilə xalqa müraciət edib ordu yaradılmasının vacibliyini vurğulayıb: “İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər”. Oxucular müraciətin tam mətni ilə çoxcildliyin bu kitabında tanış ola bilərlər.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasətində sülhsevərliyi başlıca prinsip kimi müəyyən etmişdi. Dövlətlərarası münasibətə gəldikdə isə Türkiyə ilə əməkdaşlığı xüsusilə diqqətdə saxlayır, eləcə də digər dövlətlərlə sıx əlaqələr qurulmasına önəm verirdi. 1994-cü il fevralın 9-da Türkiyədə səfərdə olduğu zaman Ankarada Hacəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın xarici siyasəti ilə bağlı da fikirlərini söyləmişdi: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Ölkəmiz bütün dövlətlərlə sülh və əmin-amanlıq əlaqələri yaratmaq istəyir. Azərbaycan dövləti öz xarici siyasətini məhz bu istiqamətdə yeridəcəkdir. Buna görə də Azərbaycan qonşu dövlətlərlə daha sıx əlaqələr yaratmağı xüsusilə önəmli hesab edir. Lakin burada bizim Türkiyə ilə əlaqələrimiz xüsusi yer tutur. Çünki Türkiyə ilə Azərbaycanın birgə tarixi keçmişi var. Xalqlarımız bir kökdəndir. Bizim mədəniyyətimiz də, tariximiz də, ənənələrimiz də birdir, dilimiz, dinimiz də birdir. Bütün bunlar əsrlər boyu bizi birləşdirmişdir”.

Çoxcildliyin 2-ci kitabında yer alan materiallar oxucularda, tədqiqatçılarda, politoloqlarda dövrün ictimai-siyasi prosesləri haqqında geniş təsəvvür yaradır.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur. Çoxcildlik “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təkrar nəşr edilir.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see140

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see131

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see125

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see115

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see111

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see110

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see109

Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar

17 İyul 2025 09:55see108

Vaşinqtonda siyasi qalmaqal: Epşteyn işi respublikaçılar arasında parçalanmanı genişləndirir

17 İyul 2025 04:22see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri