Icma.az
close
up
RU
Müsyö Be xüsusi mükafata “layiqdir”

Müsyö Be xüsusi mükafata “layiqdir”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa parlamentarisinin ermənipərəstliyinə sözardı

Qondarma “erməni soyqırımı”nın növbəti ildönömü yaxınlaşdıqca, dünyanın ermənipərəstləri özlərinin hay təəssübü notlarını saxta iddianın musiqisinə kökləyirlər. Bu yolu tutan “musiqişünaslardan” biri də Avropa Parlamentinin Nikola Be adlı fransalı deputatıdır. Onun “Armenpress”ə dediklərindəki cəfəng məqamları diqqətə çatdıracağıq. Ancaq əvvəlcə bir nüansa nəzər salaq.

Məlumdur ki, AP həmişə Azərbaycana qarşı qərəzli mövqe tutub. O da həqiqətdir ki, bu qurum ermənipərəstliyi özünün fəaliyyət istiqamətinə çevirib. İndiyədək AP-nin ölkəmiz əleyhinə çıxardığı qətnamə adlı lakmus kağızları da fikrimizin sübutudur. Eyni zamanda, təsisatın ayrı-ayrı deputatlarının erməni təəssübü üzrə, bir növ, ixtisaslaşdığını söyləyə bilərik. Bu mənada, N.Be hələ “körpə” sayıla bilər.

Beləliklə, “körpə” fransız deyib ki, 1915-ci ilin “erməni soyqırımı”ndan sonra Türkiyənin və Azərbaycanın haylara qarşı ambisiyaları dəyişməyib və Ermənistan yenə eyni təhdid və çağırışlarla üzləşib. “Bir fransız və avropalı olaraq deyə bilərəm ki, biz və Avropa İttifaqı Ermənistanla həmrəyiy və bu, paylaşdığımız ümumi sivilizasiyaya əsaslanır”, – deyən Benin fikirlərinə görünməmiş həyasızlıq tonu verməkdən çəkinmədiyi aşkardır.

Ermənistan erməni xalqı ilə Aİ arasında əlaqə yaradan ilk xristian ölkəsi imiş. Görəsən, bu, necə yanaşmadır? Cavab tapmaq çətindir. Ancaq cənab Benin sərsəmləmələri diqqətə çatdırdıqlarımızla məhdudlaşmır. Onun sözlərinə görə, Ermənistan geosiyasi mövqeyinə görə daim qonşu Azərbaycan və Türkiyə tərəfindən hücuma məruz qalır(?).

“Erməniləri heç vaxt təklikdə qoymayın”, – deyə vay-şivən qaldıran fransız deputat onu da bildirib ki, “erməni soyqırımı”ndan 105 il keçdikdən sonra bu gün dünya eyni problem və təcavüzün təzahürlərinin sahibidir. Hər halda, Benin dilə gətirdiklərinə nəzərən, söhbətin Qarabağda ermənilərə qarşı etnik təmizləmə cəfəngiyyatından getdiyini təxmin etmək çətin deyil. Deməli, deputatın növbəti fikirlərinin beynəlxalq hüquq normalarına tüpürmək olduğunu müəyyənləşdirmək də asandır: “Artsax əsrlər boyu Ermənistan ərazisi olub. İndi oradakı kilsələr, müqəddəs yerlər məscidə çevrilir. Bu, erməni kimliyinin məhv edilməsidir. Avropa strukturları, bəzi ölkələr var ki, öz iqtisadi və siyasi maraqlarına əsaslanırlar. Biz Ermənistanı ciddi şəkildə dəstəkləyərək, bu tendensiyalara məhəl qoymur, erməni xalqını narahat edən məsələləri gündəmə gətiririk”.

Göründüyü kimi, N.Be beynəlxalq hüququ ənənəvi erməni təbliğat aparatından çıxma “şparqalka”ları təkrarlamaqla heçə sayır. Əslində, zavallı fransızın bildirdiklərinin çox qismi yenilik deyil. Yəni, onun istər bəzi ölkələrin maraqları naminə, guya, Azərbaycanın hərəkətlərinə susqun yanaşdıqlarına, istərsə də Fransanı ermənipərəstlik baxımından, necə deyərlər, kontrabasda tək olduğuna dair dediklərinin oxşarını başqa hay təəssübkeşlərinin dilindən də eşitmişik. Ancaq Benin ümumi həyasızlıq ritorikasına gətirdiyi “yenilik” var. Sən demə, Azərbaycan Qarabağdakı kilsələri məscidə çevirirmiş. Hesab edirik ki, fransız parlamentarinin bu ağ yalanı Ermənistan rəhbərliyi tərəfindən xüsusi “qiymətləndirilməlidir”. Təklif edirik ki, gənc Beyə qol-budaqlı cəfəng təfəkkür tərzinə görə Andranikin kəsilmiş qulağının mumiyası, yaxud “ütülmüş Xoren” mükafatı verilsin. Axı adam əməlli-başlı “əziyyət” çəkir. Heç şübhəsiz, onun dini təəssüblü ermənipərəstliyə söykənmiş “əziyyəti” dünyanın, xüsusən Avropanın xristianlığa sitayiş edən çoxluğunu anti-Azərbaycan ritorikasına qarşı alətə çevirməyə hesablanmış ekstremist məqsəd güdən təfriqə cəhdidir.

“Azərbaycanın erməni əsirləri azad etməməsinin”, guya, Ermənistana qarşı təcavüzün növbəti təzahürü olduğundan dəm vuran Benin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında ərazi münaqişəsi yoxdur, ancaq sərhədlərlə bağlı mübahisələr var. “Artsax xalqı” isə öz ərazisində təhlükəsiz yaşamalıdır. Həqiqətən, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olmasaydı, bu gün Qarabağın erməni sakinləri bölgədə yaşayardılar. Ancaq Benin yanaşması haqqında söz açdığı, ayrıca əlahiddə xalq kimi göstərdiyi Qarabağ ermənilərinin vaxtilə ömür sürdükləri ərazinin beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycana məxsusluğunu danmağı rəhbər tutur. Onu deyə bilərik ki, vicdansızların fərqləndirici nişanları olmur. Onlar elə belələrindən çıxır.

Nəhayət, fransız parlamentari “sözünün Mustafasını” deyə bilib. Onun dediyindən belə çıxır ki, Azərbaycan və Ermənistan arasındakı sülh sazişində ermənilərin təhlükəsizliyi mühüm ilkin şərt olmalıdır. Belə getsə, cənab Beni Ermənistan müxalifətinin görkəmli nümayəndəsi kimi qələmə vermək üçün “əsaslar” yaranacaq. Görəsən, adam barış sazişinin mətninin rəsmi İrəvan tərəfindən təsdiqləndiyini və həmin mətndə Qarabağ erməniləri ilə bağlı bir nöqtənin də olmadığını bilmir? Fikrimizcə, ermənipərəstliyə yeni start vermiş fransız deputat durumdan xəbərdardır. Onun səsləndirdiyi növbəti fikirlər də bunun təsdiqidir.

Benin dedikləri, habelə, sülh müqaviləsi ətrafında anti-Azərbaycan ritorikasını körükləməyə çalışanların dilə gətirdiklərinin təkrarıdır: “Əlbəttə, Ermənistan hökuməti mübahisəli məsələlərdən yayınaraq, sülh müqaviləsini həyata keçirməyə çalışır. Bu anlaşılandır. Lakin Azərbaycan yeni tələblər irəli sürür, prosesə mane olur və hətta Ermənistanın ərazi bütövlüyünə iddialar irəli sürür. Aydındır ki, Azərbaycan yeni ilkin şərtlərlə, əslində, sülh müqaviləsini imzalamaq istəmir. Saziş isə iki mühüm və toxunulmaz komponentə əsaslanmalıdır. Birincisi, Ermənistanın ərazi bütövlüyü, ikincisi erməni xalqının təhlükəsizliyi”.

Qeyd edək ki, son zamanlar anti-Azərbaycan fikirlərin sayının artdığını müşahidə edirik. İstər-istəməz, belə yanaşmalarla Ermənistanın əldə edilmiş razılıqdan boyun qaçırması üçün bəhanə hazırlamaq məqsədi güddüyünə dair rəy formalaşır. Görünür, “plan” belədir: Fransa hakimiyyətinin əli ilə hərəkətə gətirilən Be kimi deputatlar ölkəmizi mənfi yöndə təqdim edirlər. Yaranmış kütləvi antipatiya fonunda rəsmi İrəvan bildirə bilər ki, dünyanın qəzəbini qazanmış ölkə ilə barışa gəlmək mümkünsüzdür.

Heç şübhəsiz, belə sərsəm gedişlər Yelisey sarayının kluarlarında hazırlanır. Beyə bənzər deputatlar isə Fransa administrasiyasının dövlət idarəçiliyi “inqubatorlarında” yetişdirilir. Avropalı parlamentarinin yenidən xristian təəssübkeşliyinə söykənərək ideya qismində dilə gətirdiyi digər məsələlərin də Fransa prezidenti Emmanuel Makronun komandasının aciz direktivləri olduğu şübhəsizdir. O direktivlər ki, Ermənistanı illüziya bataqlığında bacardıqca çox boğmaq mahiyyətini daşıyır. Məsələn, cənab Be bildirir ki, Ermənistan həmişə sülh arzuladığı üçün beynəlxalq ictimaiyyətin və təşkilatların qeyd-şərtsiz dəstəyinə arxalana bilər. Onun sözlərinə görə, “Fransa və xristian dəyərlərini qorumağa sadiq Avropa ölkələri Ermənistanla həmrəydir”. Ən başlıcası isə Ermənistan – Avropa İttifaqı münasibətlərindən danışan fransız parlamentari vurğulayıb ki, avropalılar, xüsusən fransızlar sivilizasiya və xristian dəyərlərini nəzərə alaraq, İrəvana hər zaman hörmət və ehtiram göstərilməsini istəyirlər. Buna görə Ermənistanla siyasi, iqtisadi, maliyyə və ticarət əlaqələri növbəti illərdə xeyli gücləndirilməlidir. Hər halda, Benin səsləndirdiyi fikirlərdə İrəvanın daha çox silahlandırılmasının vacibliyi əsas yer tutur.

Onu da bildirək ki, AP-nin fransalı deputatının Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması baxımından əsaslandırması da özünün həm illüziya motivi, həm də populizmi ilə diqqət çəkir. Guya ki, sözügedən liberallaşma Avropa xalqları ilə ermənilər arasında daha sıx əlaqələrə töhfə verməli imiş: “Ümumi sivilizasiya əsasımız olduğuna görə, viza rejiminin liberallaşdırılmasının tərəfdarıyıq. Eyni zamanda, təhlükəsizlik şəraiti yaradırıq. Amma bütün bunlar təkcə sözdə deyil, həm də əməldə nümayiş etdirilməlidir. Avropa xalqları ilə ermənilər arasında sərbəst gediş-gəlişin asanlaşdırılması işin xüsusilə mühüm tərkib hissəsinə çevrilməlidir. Fransadakı erməni icmasının timsalında bizim yaxşı təcrübəmiz var”.

Sonda bir məqamın da üzərində dayanaq. Benin və sərsəm fikirlər səsləndirən başqa deputatların, eləcə də “köhnə qitə”nin digər vəzifə və status sahiblərinin ermənipərəst baxışlarını tirajlamalarının Cənubi Qafqazda sülh mühitinin qərarlaşmasına mane olduğunu vurğuladıq. Eləcə də bu “mahiyyətin” İrəvanın illüziyasını dərinləşdirməyə şərait yaratdığından söz açdıq. Hesab edirik ki, Beyə bənzər yarımçıq təfəkkürlülərin gündəmi məşğul etmək üçün uydurduqları tezislər hay rəhbərliyinin reallıq hissini tamamilə itirməsinə dəstəkdir. Reallıq hissinin itirilməsi isə Ermənistan adlı dövlətin gələcək mövcudluğu baxımından böyük riskdir. Əgər avropalı müsyö “be”lərin istəkləri budursa, əllərindən gələni ardlarına qoymasınlar.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see362

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see221

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see188

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see146

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see134

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see130

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see129

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see128

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see128

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see127

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see127

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see127

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see126

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see125

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see125

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see124

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see123

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see119

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see119

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri